Cümə günü, 09 oktyabr 2026
     

Neft Azərbaycana yeni milyardlar qazandıracaq...

Image


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub.

Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı  OPEC+ üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.

Beləliklə, OPEC-ə üzv və qeyri-üzv ölkələr üçün ümumi xam neft hasilatının səviyyəsi gələn il yanvarın 1-dən dekabrın 31-dək sutkada 40,46 milyon barrelə çatdıracaqlar. Ümumilikdə, hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barrel azaldacaq. Beləliklə, bu azalma ekspertlərə görə, gələn il də neftin qiymətini yüksək həddə saxlamağa imkan verəcək. Bir hasilatçı kimi hadisələrin qeyd edilən müstəvidə inkişafı zərbaycanın da maraqlarına cavab verir. OPEC+ tərəfindən verilən yeni qərarı şərh edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır: “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək”. Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 dollara bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 dollar çoxdur. Elə bundan irəli gələrək, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barrelinin orta ixrac qiyməti 60  dollar götürülüb. OPEC+ tərəfindən qəbul edilən qərar qiymətlərin gələn ildə də yüksək olacağını göstərir.  Xatırladaq ki, neft qiymətlərinin artırılması üçün pandemiya dövründən başlayaraq OPEC+ ölkələri toplantılar keçirərək bu məhsulun hasilatında icbari formada ciddi məhdudiyyətlər tətbiq edirlər ki, bu, neft bazarına öz təsirini göstərir Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu proses neft ixracı edən ölkələrə, o cümlədən Azərbaycana sərf edir. Çünki daha az hasilatla daha yüksək gəlir əldə olunmasına xidmət edir. Xatırladaq ki, ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq, OPEC+ qiymət sabitləşdirməsinə nail olmağa çalışır. 

Təhlilçilər deyir ki, tələbat və təklif nisbətən yaxşı tarazlaşdırılıb və bu, hasilatın azaldılması ilə gələcək aylarda qiymətlərin yüksələ biləcəyi deməkdir. Məsələ burasındadır ki, xam nefti benzinə, dizelə və təyyarə yanacağına çevirən neft emalı zavodları səyahət tələbatının illik artımını qarşılamaq üçün yay istehsalında artıma hazırlaşır. Bütün bunlar neft istehsalçısı kimi Azərbaycana da təsirsiz ötüşməyəcək. Hazırda hasilatçı ölkələrin böyük əksəriyyəti bazarı qorumaq məqsədilə müvafiq fəaliyyətin davam etdirilməsini, xüsusən də OPEC-ə üzv və qeyri-üzv ölkələrin işbirliyinin zəruri olmasını gündəmə gətirir. Çünki məhz bu şəraitdə neft bazarını siyasi təsirlərdən xilas etmək mümkün sayılır. Hesab edilir ki, OPEC+  ölkələrinin addımı qarşıdakı dövr ərzində neftin qiymətini yüksək həddə saxlamağa xidmət edəcək. Bunu Azərbaycan da daim gündəmə gətirib. Bakı hesab edir ki, OPEC+ yalnız güclənərək və genişlənərək effektli olacaq. Azərbaycan qurumun genişlənməni dəstəkləyir. Bu fonda Bakı müəyyən təhlillərdən sonra təşkilata üzvlüyünü də istisna etmir. Hesab edilir ki, bu hal dünya neft siyasətinin müəyyən edilməsində Azərbaycanın rolunun daha da artmasına gətirib çıxaracaq. Hazırda Azərbaycanla OPEC  arasında sıx əməkdaşlıq mövcuddur və  bu əməkdaşlıq OPEC+ formatında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə neftin qiymətinin müəyyən qədər artması, ən əsası isə sabitləşməsi və neft bazarının tarazlaşdırılması əldə olunub. OPEC Azərbaycanla işbirlyinin davam etməsində maraqlı tərəf kimi çıxış edir. ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” isə hesab edir ki, hazırda neft qiymətlərinin müəyyən edilməsində OPEC+ formatı vacib əhəmiyyət kəsb edir. Bank bildirir ki, neft qiymətlərinin sonrakı taleyi OPEC+ formatından xeyli asılı olacaq. Bununla yanaşı, onu da qeyd edək ki, Azərbaycan indi dünya enerji bazarlarına həm də qaz tədarükçüsü kimi daxil olur və bu da ona əlavə üstünlüklər gətirir. Son illərdə gedən geosiyasi proseslər isə enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb. Enerji ixracının artırılması məqsədilə Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını 2 dəfəyə qədər artıraraq 20 milyard kubmetrə çatdıracaq. Artıq bu proses başlayıb və 2022-ci ildə ümumilikdə Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdisə, bu il 12 milyarda qədər artırılacaq. Beləliklə, ötən illər ərzində Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar və icra etdiyi beynəlxalq əhəmiyyətli layihələr onun dünya enerji xəritəsində mövqeyini əsaslı şəkildə möhkəmləndirib və ölkəmizi dünyada əsas enerji təminatçılarından birinə çevirib. Enerji sahəsində əldə edilmiş bu uğurlar ölkənin ümumi inkişafına da böyük dəstək verib, əhalinin rifah halını əsaslı şəkildə yaxşılaşdırıb və ölkə iqtisadiyyatının beynəlxalq investorlar üçün cəlbediciliyini əsaslı şəkildə artırıb. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ