Cümə günü, 09 oktyabr 2026
     

Neft bazarında yenidən müəmmalı proseslər başladı

Image


Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişir. Bu məhsulun qiymətində yenə sabitlik müşahidə edilmir. Ekspertlər qeyd edir ki, Rusiya və Səudiyyə Ərəbistanı arasında yaranan fikir ayrılığı dərinləşərsə, neft qiymətində xoşagəlməz mənzərə yarana bilər.

Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı Rusiyanın neft hasilatı sahəsində hərəkətlərindən narazıdır. “The Wall Street Journal” qəzetinin mənbələrə istinadla yazdığına görə, Ər-Riyad Moskvanın OPEC+ çərçivəsində hasilatın ixtisarı həcmlərinə dair öhdəliklərinə əməl etmədiyini düşünür. Məqalədə deyilir ki, Səudiyyənin yüksək vəzifəli rəsmiləri rusiyalı həmkarlarını öhdəliklərinə əməl etməyə çağırıblar. Ər-Riyadda hesab edirlər ki, Rusiya dünya bazarlarına razılaşdırıldığından daha böyük həcmlərdə neft çıxarır, bu isə neft qiymətlərində durğunluq yaradır. Səudiyyə neft qiymətlərinin artmasında maraqlıdır. Hazırda dünya bazarında “Brent” markasından olan neftin qiyməti aprelin əvvəlində olduğundan 10 faiz ucuzdur. OPEC+ ölkələri neftin ixtisarı barədə qərarı məhz apreldə qəbul etmişdilər. Beynəlxalq Enerji Agentliyində də hesab edirlər ki, Rusiya, Səudiyyə Ərəbistanından fərqli olaraq, vəd etdiyi günə 500 min barrel ixtisara getməyib. Bu da qeyd olunur ki, bu səbəbdən OPEC+ ölkələrinin iyunun 4-ə təyin edilmiş iclası ərəfəsində iki ölkə arasında gərginlik getdikcə artır. Xatırladaq ki, OPEC+ qrupu, Səudiyyə başda olmaqla, Rusiya da daxil OPEC-ə üzv olmayan ölkələrin təşkilatla ittifaqıdır. Bundan əvvəl OPEC+ çərçivəsində koordinasiyalı siyasət yürüdülürdü ki, bu da neftin qiymətini kifayət qədər yüksək saxlayırdı. “The Wall Street Journal” yazır ki, Səudiyyə Ərəbistanı büdcədə neftin bir barrelini 81 dollardan hesablayıb, amma hazırda qiymət bundan bir neçə dollar aşağıdır. Rusiya baş nazirinin müavini Aleksandr Novak israr edir ki, Rusiya neft hasilatının könüllü ixtisarı çərçivəsində öhdəliklərinə əməl edir. Qeyd edək ki, Qərb ölkələri ötən il Rusiya neftinin idxalına məhdudiyyət qoyublar və ona qiymət tavanı təyin ediblər. Lakin Moskva öz neftini sanksiyalara qoşulmayan ölkələrə satmaqda davam edir. Bunu bir qədər ucuz qiymətə edir, lakin daha çox həcmdə neft satışı həyata keçirməklə gəlir səviyyəsini saxlamağa çalışır.

Xatırladaq ki, aprel ayında Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq azaldacaqlarını elan ediblər. OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barrel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barrel azalma ilə neft hasilatının azalmasına qoşulacaq. İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barrel azaltmanı daha əvvəl bildirmişdi. Lakin Rusiyanın azalma ilə bağlı öhdəliklərə əməl etmədiyi iddia edilir. Məsələ burasındadır ki, Qərbin tavan qiymət tətbiqi Rusiyanın neft gəlirlərini azaltmaq üçün yetərli olmayıb. Avropa İttifaqının (Aİ) neft embarqosu və tavan qiymət qərarından sonra Rusiya dəniz yolu ilə xam neft ixracından 58 milyard avro gəlir əldə edib. Cari ilin aprel ayında Rusiyanın neft gəlirləri əvvəlki ilə müqayisədə 14 faiz artaraq 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb. Rusiyanın neft ixracı gəlirlərinin artması ilə apreldə neft vergisi gəlirləri də 6 faiz artıb. Enerji və Təmiz Hava Tədqiqat Mərkəzinin (CREA) təhlilinə görə, Rusiya xam nefti üçün 60 dollarlıq tavan qiyməti ölkənin neft gəlirlərinin azaldılmasında yaxşı təsirlə başlayıb. Lakin Aİ və “Böyük yeddilik” ölkələrinin planına uyğun olaraq hər iki ayda bir qiymətə yenidən baxılması təcrübəsinin effektivliyini itirib. CREA-nın təhlilinə görə, tavan qiyməti bir barrel üçün 30 dollara endirilsə, Rusiyanın neft gəlirləri daha 22 milyard avro  və ya 37 faiz azala bilər. Bu kontekstdə CREA tavan qiymət qərarını pozaraq, Rusiya neftini daşıyan tankerlərin Aİ və “Böyük yeddilik” limanlarına daxil olmasını qadağan edir. Tədqiqat mərkəzi eyni zamanda daşımaların müəyyən vasitəçilərlə həyata keçirilməsini təmin etmək, Rusiya neftinə dair embarqo qərarlarının tam icrasına nəzarət edən orqanın yaradılmasını təklif edir. Agentlik, həmçinin, tavan qiymətinin bir barrel üçün 15 dollara endirilməsini irəli sürür ki, bu da Rusiyanın neft hasilatının maya dəyərinə yaxındır. Lakin Qərb dövlətlərinin heç də hamısı bununla razılaşmır. İndi hesab edilir ki, Rusiyanın OPEC+ öhdəliyinə əməl etsə, neft bahalaşacaq. Əks halda  Səudiyyə Ərəbistanı hasilatı artırmaqla qiyməti ucuzlaşdıra bilər. baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Indiyə kimi qiymətlər Azərbaycanın istədiyi həddədir. Belə ki, ölkəmizin satdığı neftin qoyməti 80 dollar civarındadır. 2022-ci ildə isə dünya bazarında “Azeri Light” markalı neftin bir barrelinin orta qiyməti 103,6 dollar təşkil edib. Bu, 2021-ci ildəki orta qiymətdən 44,7 faiz, 2022-ci ilin dövlət büdcəsinin yenidən baxılması zamanı əsas götürülmüş göstəricidən isə 21,8 faiz çox olub. Bununla qlobal iqtisadiyyatda və əmtəə bazarlarında hökm sürən qeyri-müəyyənliklər fonunda neft və təbii qaz qiymətləri proqnozları üstələyib. Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Rusiya və Ukrayna arasında hərbi toqquşmaların baş verməsi, münaqişə səbəbindən sanksiyaların, ixrac və qiymət məhdudiyyətlərinin tətbiq olunması, eləcə də OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin azaldılmasına dair razılığın əldə edilməsi ilə bağlı olub.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ