Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının yeni yüksəliş mərhələsi başladı…

Image


Qardaş Türkiyə daha bir prezident və parlament seçkilərini arxada qoydu. Buradakı seçkilər Azərbaycanda da diqqətlə izlənilir. Bunun ümdə səbəbi xalqalrımızın eyni soykökə bağlılığı və ölkələrimizin strateji mütəffiqliyi, eyni zamanda son illərdə dərinləşən iqtisadi bağlılıqdır.

Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, ötən il Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard 842 milyon dollar olub. Bu, Azərbaycanın toplam ticarət dövriyyəsinin 11.1 faizi deməkdir və həmin nəticə ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət partnyorudur. İxrac və idxal baxımından da Türkiyə ikinci yerdədir. Azərbaycanın ötənilki ixracının 9 faizi, idxalınınsa 16 faizi Türkiyə ilə bağlıdır. Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliya, ən çox mal gətirdiyi ölkə isə Rusiyadır. Türkiyə ilə ticarətdə bir məqam da diqqət çəkir: müsbət saldo Azərbaycanın xeyrinədir. Ötən ilin sonuclarına görə, Azərbaycanın Türkiyədən ixracı 3.5 milyard dollar, Türkiyədən idxalı 2.3 milyard dollar olub. Beləliklə 1.2 milyard dollarlıq müsbət saldo yaranıb.  Azərbaycanın Türkiyədən çox sayda məhsulun idxalını gerçəkləşdirir. Ötən il Türkiyədən toplam 3 min 488 çeşid məhsul gətirilib. İdxalın həcminə görə ilk yeri dərman vasitələri tutur və 2022-ci ildə Azərbaycan Türkiyədən toplam 92.4 milyon dollar dəyərində dərman vasitələri gətirib. İkinci yeri avtobuslar tutur. Ötən il Türkiyədən 233 ədəd avtobus gətirilib. Bu idxalın toplam dəyəri 44 milyon dolları aşıb. Həcmi 30 milyon dolları aşan digər məhsullar sürtkü yağları (35.2 milyon dollar), metal konstruksiyalar (34 milyon dollar), tütün (32.7 milyon dollar) və qadınlar üçün gigiyenik bez və uşaq bezləridir (31.6 milyon dollar). Azərbaycandan Türkiyəyə isə ötən il 665 məhsul çeşidi satılıb. Bu, Türkiyədən Azərbaycana göndərilən məhsul çeşidləri ilə müqayisədə beş dəfəyə yaxın azdır.  Azərbaycanın Türkiyəyə ixracında əsas payenerji sektoru ilə bağlıdır. Ötən il Türkiyəyə 2 milyard 208 milyon dollar dəyərində təbii qaz satılıb. Bu, Azərbaycanın toplam idxalının 62 faizi deməkdir. Neft də diqqətə alınsa, Azərbaycanın Türkiyəyə ixracında enerji sektorunun payı 76 faizə yüksəlir. Enerki sektorundan başqa Türkiyəyə ən çox pambıq lifi satılıb (162 milyon dollar dəyərində). Elektrik enerjisi (79.2 milyon dollar) və alüminium (61.3 milyon dollar) da Azərbaycanın Türkiyəyə ixrac etdiyi əsas məhsullar arasındadır. Bu arada qeyd edək ki, Türkiyənin bu gün Avrasiyada əhəmiyyətini artıran daha bir vacib faktor onun enerji mərkəzinə çevrilməsidir. Ümumiyyətlə, proseslərin gedişi göstərir ki, Türkiyə enerji qiymətlərinin müəyyən edilməsi, nəqli sahəsində getdikcə həlledici rol oynamaqdadır. Sözügedən prosesdə Türkiyənin mövqeyinin güclənməsinə təkan verən əsas ölkələrdən biri qismində isə Azərbaycan çıxış edir. Xatırladaq ki, ötən ilin oktyabr ayının 12-14-də Moskvada keçirilən “Rusiya Enerji Həftəsi: 2022” Beynəlxalq Forumunda Rusiya prezidenti Vladimir Putin Türkiyədə Avropada qazın qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq mərkəzlərə alternativ ola biləcək yeni qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu məqsədlə Türkiyəyə əlavə qaz kəmərləri çəkməyin lazım gəldiyini və artıq hər iki ölkənin birinci şəxslərinin bu ideyanı dəstəklədiklərini bildirib: “Türkiyədə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. Qaz alıcıları həmişə olur, bu, dünyada çox tələb olunan məhsuldur. Qaz ən ekoloji cəhətdən təmiz karbohidrogendir, “yaşıl enerji”yə keçid üçün ideal ilkin enerji mənbəyidir. Mən bilirəm ki, istehlakçılar çoxdur və Rusiya qazını almaq istəyənlər də çoxdur. Türkiyənin Avropaya mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”. Məsələ ilə bağlı “Qazprom” ASC-nin Direktorlar Şurasının sədri Viktor Zubkov da Bakıda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyədəki qaz habının hamıya, o cümlədən Azərbaycana da sərfəli olduğunu diqqətə çatdırıb. Viktor Zubkov, eyni zamanda, bu layihənin sadəcə böyük əhəmiyyətini dərk etməyin və bu məsələ ilə ciddi məşğul olmağın vaxtı çatdığını xatırladaraq, Türkiyənin də bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müsbət münasibətini vurğulayıb. Hadisələrin gedişi göstərir ki, Avropa İttifaqının Rusiyadan birbaşa təbii qaz almaqdan imtinası fonunda Türkiyə üçün yeni fürsətlər yaranıb. Belə ki, yaranmış “enerji müharibəsi” vəziyyətindən həm istehlakçı Avropa, həm də istehsalçı Rusiya ziyan çəkir. Bu məsələnin çözümü Türkiyə vasitəsilə mümkün ola bilər.  Hazırda Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı görülən işlər sayəsində qardaş ölkə təbii qazın paylanması mərkəzinə çevriləcək. Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu nəzərə alsaq, qardaş ölkə bunun üçün hazırdır.  İndi hesab edilir ki, qarşıdakı dövrdə Türkmənistan qazı da  Azərbaycan üzərindən Türkiyəyə çatdırılacaq. Bunun üçün mühüm təşəbbüslər də irəli sürülüb. “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov bəyan edib ki, Türkmənistan Avropaya qaz nəql etmək istəyir. Qeyd edək ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir. Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Bu potensialın Türkiyə üzərindən Avropaya çatdırılmasında Azərbaycan əsas rollardan birini oynayacaq.

Bununla yanaşı, Türkiyə Azərbaycana yatırılan və Azərbaycanın yatırdığı investisiyaların həcminə görə də önəmli yer tutur. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə Türkiyədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib. Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb. Azərbaycana cəlb edilən investisiyaların 19 faizi də, “Azadlıq” radiosunun məlumatına əsasən, Türkiyə ilə bağlıdır. Diqqətçəkən daha bir məqam son illər ərzində Türkiyədən Azərbaycana yatırılan investisiya həcminin ardıcıl artmasıdır. 2020-ci ildə Türkiyədən Azərbaycana yatırımlar 577 milyon dollar, 2021-ci ildə 740 milyon dollar, ötən ilsə 1 milyard 187 milyon dollar olub. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə Türkiyə birinci yeri tutur. 2022-ci ildə Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar yatırılıb. Bu, 2021-ci illə müqayisədə 33 milyon dollar az olsa da, Türkiyə 21.4 faizlik payla hələ də liderdir. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb. Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub. Bu göstərici ilə Azərbaycan vətəndaşları Türkiyədə ən çox şirkət quran əcnəbilər arasında Rusiya, Almaniya və ABŞ-dan sonra dördüncü yerə çıxıb. Azərbaycana gələn və Azərbaycandan göndərilən pul köçürmələrinin həcminə görə də Türkiyə lider ölkələr sırasındadır. Ötən il Azərbaycandan xarici ölkələrə toplam 665 milyon dollar göndərilib. Bunun 174 milyon dollar - 26 faizi Türkiyənin payına düşür. Bu göstərici ilə Türkiyə Azərbaycandan ən çox pul köçürülən ölkə adını qazanıb. Türkiyədənsə Azərbaycana ötən il 122 milyon dollar köçürülüb. Bu, Azərbaycana göndərilən toplam pul köçürmələrinin 3.4 faizidir. Həmin göstərici ilə Türkiyə Rusiya və ABŞ-dan sonra Azərbaycana ən çox pul göndərən üçüncü ölkədir. Türkiyə miqrasiya qurumunun məlumatına görə, hazırda bu ölkədə 70 min 148 Azərbaycan vətəndaşı rəsmi yaşayış icazəsi, yəni oturum izni ilə yaşamaqdadır. Sırf xarici tələbələrin sayına görə isə, azərbaycanlılar liderdir. Hazırda 18 min 576 Azərbaycan vətəndaşının Türkiyədə tələbə kimi yaşayış icazəsi var. Türkiyə vətəndaşları ilə ailə qurmağa görə verilən yaşayış icazəsinə görə də lider ölkə Azərbaycandır. İndi 13 mindən çox Azərbaycan vətəndaşı belə icazə ilə Türkiyədə yaşayır. Hesab edilir ki, qardaş ölkədə prezident və parlament seçkilərindən sonra Azərbaycanla Türkiyə arasında iqtisadi müstəvidə də qarşılıqlı əlaqələr daha da güclənəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ