Cümə günü, 09 oktyabr 2026
     

ABŞ iqtisadiyyatı defolt təhlükəsində - dolların çökəcəyinə dair yeni proqnozlar…

Image


Bu günlərdə ABŞ-da Respublikaçılar Partiyasından olan Konqres Senatının 43 üzvündən ibarət qrup dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməkdən imtina edib. Senatorların fikrincə, Prezident Administrasiyası dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmalı və büdcə islahatları aparmalıdır.

ABŞ Konqresinin Senatında Respublikaçı azlığının lideri Mitç Makkonnel vurğulayıb ki, ölkə iqtisadiyyatı dayanıqlı olmayan fiskal siyasət ucbatından sərbəst enişdədir. Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden və yüksək Konqres liderləri bəzi büdcə məhdudiyyətləri ilə bağlı respublikaçılarla danışıqlar aparıb. ABŞ administrasiyası defoltdan qaçmaq və Respublikaçı müxalifətlə danışıqlara daha çox vaxt ayırmaq üçün milli borc tavanının qısamüddətli artırılmasını nəzərdən keçirir. Lakin bu məsələ ilə bağlı hələ ortaq məxrəcə gəlmək mümkün olmayıb. Məsələnin həllini tapmaması ölkəni defolt və iqtisadi böhran xəttinə yaxınlaşdırıb. Xatırladaq ki, Vaşinqton vaxtaşırı olaraq federal hökumət xərcələri üçün limit məsələsini nəzərdən keçirir. Hazırda bu hədd 31.4 trilyon dollar və ya ölkənin illik istehsalının 120 faizi qədərdir. Borc tavanı bu həddə yanvar ayında çatıb və Xəzinədarlıq Departamenti kreditlərin alınması kimi bir sıra əlavə tədbirlərlə bu limiti saxlamağa çalışıb. Lakin departament ötən həftə xəbərdarlıq edib ki, kredit borclarının alınmasını tamamilə dayandırır və ən azı iyunun 1-dək xərclərin ödənməsi üçün yalnız vergi gəlirlərindən istifadə edəcək. Xəzinədarlıq xərclədiyi hər dolların 20 faizini borc aldığına görə elə bir hədd gəlib çata bilər ki, Vaşinqton kreditorlara və vətəndaşlara ödənişlərini etmək imkanında olmaya bilər. Dünyada yalnız bir neçə ölkə borc tavanı tətbiq edir və Vaşinqton bu tavanı vaxtaşırı qaldırdığına görə Konqresin artıq qəbul etdiyi xərclərin ödənməsinə çox az pul qalır. Maliyyə naziri Canet Yellen və başqa ekspertlər borc tavanının ləğvinə çağırıblar, çünki bu, bir növ artıq qəbul olunmuş qərarlara bürokratiya möhürünün vurulmasına bənzəyir. Bəzi təhlilçilərin fikrincə, Xəzinədarlıq bu böhrandan yan keçmək üçün çoxtrilyonluq platin sikkə buraxıb, bunu hökumətin hesabına qoya bilər. Bəziləri bu ideyanı “qəribə biclik” adlandırır. Bəziləri isə borc tavanı ideyasının ABŞ Konstitusiyasına zidd olduğunu deyir. Amma Bayden administrasiyası bu məsələyə aid 14-cü düzəlişi qaldırsa, bunun ardınca hüquqi çətinliklər başlanacaq. Bu zaman qlobal maliyyə bazarlarını təlatüm bürüyür, çünki investorlar ABŞ bondlarına şübhə ilə yanaşırlar. Halbuki, bu bondlar ən təhlükəsiz investisiya sayılır və dünya maliyyə sisteminin təməl daşlarından biri rolunu oynayır. Əgər hökumət hərbçi maaşlarının və ya yaşlılar üçün sosial təminat ödənişlərinin vaxtını ötürsə, əminliklə demək olar ki, ABŞ iqtisadiyyatı resessiyaya düşəcək. Ekspertlər deyirlər ki, milyonlarla amerikalı işlərini itirə bilər. Bu səbəbdən investorlar artıq ABŞ-ın qiymətli kağızlarından üz çeviriblər, çünki onlar defolt riskinin olduğu bir vaxtda xərcə düşmək istəmirlər. Hazırda Nümayəndələr Palatasında 222-213 çoxluğuna malik olan respublikaçılar aprel ayında borc limitini artıran, amma eyni zamanda növbəti on il üçün xərclərin kəskin ixtisarını nəzərdə tutan qanunvericilik aktı qəbul ediblər. Hərçənd bu qanun layihəsinin demokratların çoxluğa malik olduqları Senatdan keçməyəcəyi məlumdur. Respublikaçı spiker Kevin Makkarti Bayden administrasiyası ilə xərc ixtisarları barədə danışıqlar istəyir, amma administrasiya borc limitinin qeyd-şərtsiz artırılmasına tərəfdardır. Obrazlı deyilsə, uçurumun ucunda bu sayaq yerimə onilliklərdir ki, ABŞ siyasətinin bir parçasıdır, amma 2010-cu ildə Respublikaçı Partiyanın maliyyə üzrə tərəfdarlarının təsiri aratndan bəri vəziyyət xeyli ağırlaşıb. 2011-ci ildə belə bir ziddiyyət zamanı respublikaçılar borc tavanından demokrat prezident Barak Obamanın xərclərinə kəskin hədd qoyulması üçün ustalıqla istifadə etmişdilər. Amma bu hadisə investorları təlatümə gətirmiş və ABŞ-ın kredit reytinqinin rekord həddə endirilməsinə yol açmışdı.

İndi eyni vəziyyət təkrarlandığından, həm ABŞ iqtisadiyyatı ciddi problem yaşayır, həm də dollar üzərində təhlükə artır. Bundan isə bəzi ölkələr, xüsusən də Çin fəal şəkildə istifadə etməyə çalışır. Hətta Çinin milli valyutası yuan bu ölkənin xarici ticarətində mart ayında ilk dəfə olaraq ABŞ dollarını üstələyib. Ekspertlər qeyd edirlər ki, bu Pekinin yuanı beynəlxalq valyuta etmək yolunda əhəmiyyətli irəliləyişidir. Qeyd edək ki, mart ayında Çinin xarici ticarətində 549 milyard dollarlıq alış-veriş yuanla edilib. Fevral ayında bu göstərici 434.5 milyard dollar idi. Bundan başqa yuandan Çinin bütün xarici tranşlarında istifadə 48.4 faiz təşkil edib. “Reuters” agentliyinin hesablamasına görə ABŞ dollarının payı fevral ayındakı 48.6 faizdən 46.7 faizə düşüb. Bir çox ekspertlərin fikrincə, Çinin dollardan istifadəni mümkün olduğu qədər məhdudlaşdırmasından əsas məqsəd qlobal enerji bazarında əsas oyunçulardan biri olan Rusiyaya qarşı Qərb sanksiyalarının ziyanını azaltmaqdır. Qeyd olunur ki, Hindistan hökuməti də eyni məqsədlə dollardan kənarlaşmağa və daha çox Hindistan rupisindən və Rusiya rublundan istifadəyə çalışır. Rusiya isə bu proseslərdən siyasi divident götürməyə çalışır. Rusiya prezidenti Vladimir Putin ölkənin xarici ticarətində daha çox yuandan istifadə olunmasını təklif edib. Onun fikrincə, Rusiya yuandan təkcə Çinlə yox, başqa ölkələrlə, xüsusilə də Afrika və Cənubi Amerika ölkələri ilə ticarətdə də istifadə etməlidir. Son məlumatlar göstərir ki, Rusiya Bankı bu istiqamətdə artıq praktik addımlar atmağa başlayıb. Rusiyanın xarici ticarətində hazırda yuanın payı dollar və avrodan çoxdur. Bir sıra ölkələr də yuandan istifadəni genişləndirməyə çalışırlar. Argentina bildirib ki, Çindən idxal üçün ödənişlərini yuanla etməyə hazırdır. Argentina aprel ayında yuandan istifadə ilə Çindən 1 milyard dollarlıq mal alıb. Ölkə bundan sonra Çindən hər ay idxal üçün 790 milyon dollarlıq ödənişi yuanla edəcək. Braziliya da artıq Çinlə ticarətdə yuandan istifadəyə başlayıb. Çin Brazilyanın əsas, Argentinanın isə ikinci böyük ticarət partnyorudur. Ötən ay Hindistanın qonşusu Banqladeş nüvə elektrik stansiyasının tikintisi üçün ödənişi yuanla etmək qərarına gəlib. Banqladeş Rupur stansiyası üçün lazım olan 110 milyon dolları ödəməkdə çətinlik çəkir və bu səbəbdən yuandan istifadəyə qərar verib. Lakin belə sabit yüksəlişinə baxmayaraq, yuanın qlobal ticarətdəki payı hələ ki azdır. SWIFT beynəlxalq tranş və ödəmə sisteminin məlumatına görə yuandan qlobal ticarətdə istifadə mart ayında 4.5 faizə yüksəlib, halbuki elə həmin dövrdə dolların payı 83.71 faiz olub. Lakin “Citigroup” və “Goldman Sachs” kimi qlobal maliyyə təsisatları proqnoz veriblər ki, 2030-cu ilədək yuan beynəlxalq ticarətdə istifadə olunan üçüncü valyuta olacaq. Çin hökuməti Sinqapurda, Londonda, Parisdə, Honq Konq və Lüksemburqda qlobal yuan bazarı yaradıb. Ölkə 2009 və 2020-ci illər arasında, Avropa İttifaqı da daxil 41 valyuta mübadiləsi sazişi imlzalayıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ