Cümə günü, 09 oktyabr 2026
     

Dünyanın maliyyə nəhəngi Azərbaycanla sıx əməkdaşlığa qərar verdi

Image


Asiya Inkişaf Bankı (AİB) Azərbaycanda iqtisadi yüksəlişlə bağlı hesabatını açıqlayıb. Yeni hesabatda deyilir ki, koronavirus pandemiyasının iqtisadiyyata ciddi zərbə vurmasından qısa müddət sonra Azərbaycanın iqtisadi artımı bərpa olunub.

Sənəddə bildirilir ki, artım istehsal, nəqliyyat, pərakəndə ticarət, informasiya və kommunikasiya texnologiyaları sahələrində güclü performansla dəstəklənib: “İqtisadiyyat səhiyyə sektoru da daxil olmaqla xidmətlər sektorunda canlanmaqda davam edib. Əhalinin 15%-i gücləndirici peyvəndlər alıb, 46%-i isə tam peyvənd olunmaqla peyvəndləmə tempi sabit qalır”.

Hesabatda deyilir ki, Asiya İnkişaf Bankı Azərbaycanın rəsmi inkişaf yardımının əsas mənbələrindən biridir: “AİB-in cari əməliyyatları özəl sektorun inkişafını, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək və insan kapitalını gücləndirmək məqsədi daşıyan 2019–2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyası çərçivəsində həyata keçirilir. Strategiya Azərbaycan hökumətinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ilə sıx uyğunlaşdırılıb. 2024-2028-ci illər üçün yeni ölkə tərəfdaşlığı strategiyasının 2024-cü ilə qədər həyata keçirilməsi gözlənilir. Bu günə qədər AİB Azərbaycana ümumi məbləği 3,7 milyard dollar olan 67 dövlət sektoru krediti, qrant və texniki yardım ayırıb. Azərbaycana ümumi kreditlərin verilməsi 3,96 milyard dollar təşkil edir. Bunlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilir. AİB-in Azərbaycanda davam edən suveren portfelinə 565,2 milyon ABŞ dolları dəyərində 1 kredit və 1 suveren zəmanət daxildir”.  AİB-dən vurğulayıblar ki, Azərbaycan hökumətin 10 illik “Azərbaycan 2030: Milli Sosial-İqtisadi İnkişaf” inkişaf strategiyasına uyğun olaraq dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına, inklüziv cəmiyyətin qurulmasına, insan kapitalının təkmilləşdirilməsinə, “yaşıl” inkişafa doğru irəliləməyə və infrastrukturun təkmilləşdirilməsinə sadiqdir: “İndi hökumət xarici borcları azaltmaq niyyətindədir və innovasiyalar və yüksək texnologiyalar üçün xarici borclanma imkanlarını nəzərdən keçirir. AİB bu cür layihələrin seçmə kreditləşməsinə şərait yaratmaq üçün hökumətlə sıx əməkdaşlıq edir. Layihələrdə gender bərabərliyi tədbirlərinin təkmilləşdirilməsi, icraçı müəssisələrin idarəetmə və institusional potensialının gücləndirilməsi, eləcə də investisiyaların maliyyə dayanıqlığının təşviqi əsas istiqamətlərdir”. Hesabatda Azərbaycanın 2003-cü ildən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə inkişafı və əlaqəni təşviq etmək üçün çalışdığı qeyd edilir. Bu yaxınlarda CAREC-in təklif etdiyi Yeni Yaşıl Bərpa, Ərzaq Təhlükəsizliyi və Təmiz Enerji Əməkdaşlığı təşəbbüslərini təsdiqlənib. Bu, COVİD-19 pandemiyasından sonra ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq və təmiz enerjinin inkişafını gücləndirməyi nəzərədə tutur: “Təhsil və dövlət sektoru proqramlarının bir hissəsi olaraq, AİB İqtisadi Diversifikasiya Sektorunun İnkişafı üçün Peşə Təhsili və Təlimin Müasirləşdirilməsi proqramının hazırlanması üçün 750 min dollar məbləğində texniki yardım göstərib. Yardım texniki və peşə təhsili və təlim ehtiyaclarını müəyyən etməyə kömək edir. Davam edən 400 milyon ABŞ dolları dəyərində Dəmir Yolu Sektorunun İnkişaf Proqramı Sumqayıt-Yalama dəmir yolu xəttinin yollarının və strukturunun reabilitasiyasına dəstək verir və Azərbaycan Dəmir Yolu Şirkətinin korporativ idarəetməsi, əməliyyat səmərəliliyi və maliyyə dayanıqlığı daxil olmaqla dəmir yolu sektorunda islahatları asanlaşdırır”.

Hesabata əsasən, Azərbaycan hökuməti bankın satınalma, maliyyə idarəçiliyi, korrupsiyaya qarşı mübarizə, satınalmalarda şəffaflıq, ətraf mühit və sosial təminat tələblərinə uyğunluğu daha da gücləndirmək üçün AİB ilə sıx əməkdaşlıq edir: “Layihələr çərçivəsində gender bərabərliyi tədbirlərinin təkmilləşdirilməsi, icraçı agentliklərin idarəetmə və institusional potensialının gücləndirilməsi və investisiyaların maliyyə dayanıqlığının təşviq edilməsi əsas diqqət mərkəzindədir”. İqtisadçı ekspert Natiq Cəfərli bütün bunlarla bağlı bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanla müstəqilliyin ilk illərindən ciddi əməkdaşlıq edir, zaman-zaman birgə layihələr həyata keçirilib, kredit xəttləri açılıb: “Çünki Asiya Inkişaf Bankının kriteriyaları və layihələrə münasibəti Azərbaycan hökuməti üçün daha əlverişlidir. Niyə? Ona görə ki, Avropa İnkişaf və Yenidənqurma Bankı, Dünya Bankı layihələr təqdim edərkən onların daha ciddi ekspertiza rəylərini və daha ciddi indikatorlarla yoxlanılmasını da tələb kimi qoyur. Bu baxımdan Asiya İnkişaf Bankı ilə bu cür layihələri həyata keçirmək daha rahatdır”. Ekspertin fikrincə, Asiya İnkişaf Bankı Azərbaycanla münasibətlərinin daimi yaxşı olmasında maraqlıdır: “Zaman-zaman bir çox layihələrin həyata keçirilməsində Azərbaycana texniki dəstək də göstərib. İndi açıqlanan hesabatdan da görünür ki, Asiya bankının münasibətləri daha da üst səviyyəyə qaldırılmasında marağı var. Çünki Azərbaycanın çox böyük maliyyə vəsaitlərinə ehtiyacı yaranacaq. Elə prezident İlham Əliyev Almaniyada iş adamları ilə görüşündə də bəyan etdi ki, 2030-cu ilədək Azərbaycana iqtisadiyyatın tam yenidən qurulmasının həyata keçirilməsi üçün 25-30 milyard dollar əlavə vəsait lazım olacaq. Bu, o deməkdir ki, beynəlxalq maliyyə institutlarına da müraciətlər artacaq. Bu baxımdan Azərbaycanla normal münasibətləri olan maliyyə institutlarından biri də Asiya İnkişaf Bankıdır”. Ekspert hesab edir ki, Asiya İnkişaf Bankının illərdir davam edən hesabatlarına baxanda bu institutun Azərbaycanı ən az tənqid etdiyi və daimi irəliləyişin oduğunu qeyd etdiyi görünür: “Bu da Azərbaycan hökuməti ilə sıx münasibətlərinin olduğundan xəbər verir. Ümumiyyətlə, Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi layihələrə baxanda daha çox investisiya, infrastruktur layihələrində iştirakı görünür. Bu infrastruktur layihələrində də heç bir risk yoxdur. Çünki zəmanət dövlət tərəfindən verildiyi üçün Azərbaycanın hələ də neft gəlirlərinin yüksək olduğunu, Neft Fondu kimi təhlükəsizlik yastığının olduğunu düşünsək, mənə elə gəlir ki, Asiya İnkişaf Bankının addımları və münasibəti anlaşılandır. Yəni onlar münasibətləri üst səviyyədə saxlamaqla yaxın illərdə Azərbaycana böyük həcmdə kredit xətləri ayırmağı düşünürlər. Çünki bu Azərbaycana təhlükəsiz yatırımıdır. Azərbaycanın Neft Fondundakı vəsaitlərini nəzərə alsaq, kredit öhdəliklərini vaxtında ödəməyə qadir olan ölkələrdən biridir”. Ekspertin qənaətincə, bankın hesabatı Azərbaycanla münasibətlərinin kifayət qədər artacağından xəbər verir: “Çox yəqin ki, yaxın zamanlarda Asiya İnkişaf Bankı ilə yeni layihələrə start veriləcəyinin şahidi olacağıq”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ