Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın iqtisadi tərəqqisində regionların xüsusi çəkisi artır

Image


Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının balanslı, bərabər inkişafı bu gün qarşıya qoyulan əsas məqsədlərdən biridir. Lakin bunun üçün müəyyən parametrlərin mütləq nəzərə alınması da çox önəmlidir.

Ərazi quruluşu, iqlim şəraitindəki fərqlər, resursların mövcudluğu, istehsal gücü, nəqliyyat infrastrukturu, əhalinin sıxlığı və sayı, ölkədə gedən transformasiya proseslərinin nəticələri bu məsələyə mütləq şəkildə öz təsirini göstərir. Regionların sosial-iqtisadi inkişaf səviyyələrinin ərazi diferensiallaşdırılmasının müəyyən edilməsi də burada mühüm önəmə malikdir. Çünki bu, sosial-iqtisadi proqnozlaşdırmanın kompleks sisteminin tərkib hissəsi kimi çıxış edir.

  • Regionların sosial-iqtisadi inkişafına yüksək səviyyədə nəzarət olunur

Davamlı regional inkişaf hökumətin iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu vektorun əhəmiyyətini və onun ölkə rəhbərliyinin daimi nəzarətində olmasını dövlət başçısının regionlara səfərlərinin intensivliyi sübut edir. Nəzərə alınır ki, dövlətin uğurlu tərəqqisinin əsası güclü iqtisadiyyatdır, ona görə də ilk növbədə regionların iqtisadiyyatını inkişaf etdirmək, orada layiqli əmək haqqı ilə iş yerləri yaratmaq ön planda yer alır.

Regionların sosial-iqtisadi inkişafının hədəfləri əhalinin gəlirlərinin artırılması ilə yanaşı, təhsilin, səhiyyənin və bu qəbildən olan xidmətlərin ən müasir standartlara çatdırılmasıdır. Ötən ay Salyan şəhərində olarkən Azərbaycan Televiziyasına müsahibəsində prezident İlham Əliyev bu xüsusda mühüm  nüanslara diqqət çəkərərək qeyd edib: “Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər - ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra edilir və bu il ərzində onun icra müddəti başa çatacaq.  Burada müəyyən nüanslara da toxunaraq qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişaf amillərinin müəyyən edilməsi və təsnifləşdirilməsi də vacibdir. Mənşəyinə görə onları iki qrupa bölmək olar: mənbəyi xarici mühit olan xarici və regionların öz imkanları hesabına formalaşan daxili faktorlar. Eyni zamanda, xarici amillər praktiki olaraq nəzarətə məruz qalmır və regional sosial-iqtisadi sistemin onlara uyğunlaşdırılmasını tələb edir, buna görə də sosial-iqtisadi inkişafı idarə edən subyektlər kimi regional hakimiyyət orqanları üçün əlverişli olan daxili amilləri stimullaşdırmaq perspektivlidir. Ümumiyyətlə, ekspertlər vurğulayır ki, regionların inkişafının əsas təkanverici qüvvəsi daxili amillərdən qaynaqlanır. Bu səbəbdən onlar optimal və səmərəli istifadə üzərində qurulmalıdır. Beləliklə görünür ki, əlverişsiz xarici mühitdə belə regionların inkişafının mənbəyi əsasən daxili amillərdir. Bunlardan səmərəli istifadə halında regionların inkişafının dinamik xarakter almasını görmək olar. Beləliklə, regional inkişaf probleminin həlli əsasən potensialından istifadə olunmayan və ya zəif istifadə olunan alt sistemlərin müəyyən edilməsi müstəvisindədir. Ekspertlər qeyd edir ki, regionların sosial-iqtisadi inkişafı üçün potensial artım sahələrinin hesabına milli iqtisadiyyatın əlaqəli sahələrini aktivləşdirərək regionun iqtisadiyyatına təsir göstərə biləcək sahələrin tərəqqisini daim ön planda saxlamaq lazımdır. Çünki bu, dinamik iqtisadi tərəqqiyə rəvac verir.

  • Regionlarda özəl sektorun dinamik tərəqqisi xüsusi diqqət mərkəzindədir

Şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafında istənilən nəticəyə nail olmaq üçün burada müasir infrstrukturla yanaşı, özəl sektora da ciddi dəstək göstərilməlidir. Xüsusən də sahibkarlıq sektoru daim diqqətdə olmalıdır. Bazar iqtisadiyyatında ideal mühitin yaradılmasının əsas amillərindən biri də sahibkarlığın formalaşması və inkişafıdır. İstənilən sahibkar öz mənfəətini maksimum dərəcədə artırmağa çalışır və onun maddi rifahı onun biznesindən və ya şirkətin gəlirindən asılıdır.

Sahibkar cəmiyyətin ehtiyac duyduğu mal və xidmətlər istehsal edir, yeni iş yerləri yaradır və mövcud olanı qoruyur, başqalarının yaratdığı mal və xidmətləri istehlak edir və müvafiq vergiləri ödəyir. Odur ki, sahibkar ölkədə nə qədər uğurlu olarsa, bir o qədər çox qazanc əldə edər və cəmiyyətdə bir o qədər çox sərvət qazanar. Başqa sözlə, sosialyönümlü bazar iqtisadiyyatını qəbul edən ölkələrdə sahibkarlıq ümumi sosial-iqtisadi vəziyyətə faydalı təsir göstərir. İqtisadiyyatı dövlət sektoruna alternativ etməklə rəqabət mühiti, əlavə iş yerləri yaradır, bununla da cəmiyyətdə sosial gərginliyi azaldır. Hazırda iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsi üçün sahibkarlıq amilinin Azərbaycan iqtisadiyyatına daha geniş şəkildə nüfuz etməsi zəruridir. Sahibkarlığın inkişafı ilə iqtisadi artım yolu ilə neft amilinin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək və qeyri-neft sektorunun ÜDM istehsalında xüsusi çəkisini artırmaq hökumətin xüsusi diqqətindədir. Qeyd edək ki, Azərbaycanın qeyri-neft sektoru üzrə yeni istehsal və ixrac imkanları əsasən özəl bölmədə aktivliyin artması hesabına yaranır. Son illərdə ölkədə regional sənaye quruculuğu diqqət mərkəzində saxlanılır və burada sahibkarlıq subyektlərinin fəallığını xüsusi qeyd etmək lazımdır. Bu fonda dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da sahibkarlığa dəstək dövlətin iqtisadi siyasətinin mərkəzi istiqamətlərindən birinə çevrilib. Belə bir siyasətin nəticəsidir ki, sahibkarlıq fəaliyyəti üçün qanunvericilik, təşkilati və iqtisadi şərait durmadan təkmilləşdirilir, qanunsuz müdaxilələrə və süni maneələrə qarşı mübarizə, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi artır. Özü də bunlar fərdi tədbirlərə deyil, dövlət proqramlarına əsaslanır. İnkişaf etmiş ölkələrin sahibkarlığın təşviqi təcrübəsi göstərir ki, bütün ölkələr üçün eyni olan bir sıra ümumi sahələr mövcuddur. Bunun üçün dövlət dövlət məqsədləri üçün kompleks proqramlar hazırlayır və öz resurslarını, qanunvericilik, vergi, gömrük, kredit, dövlət sifarişləri, subsidiyalar, bonuslar, təminatlar, informasiya, marketinq, maliyyə bazarının tənzimlənməsi kimi iqtisadi üsul və vasitələrdən istifadə edir. Bazar münasibətləri inkişaf etdikcə iqtisadiyyatın dövlət tənzimlənməsinin forma və meyilləri də əsasən birbaşa və inzibati, daha sonra isə iqtisadi və dolayı tənzimləməyə doğru dəyişir. Məhz bu hal regionlarda sahibkarlığın inkişafına yeni təkan verib. Ölkə iqtisadiyyatında regionların xüsusi çəkisi də bu fonda artan xətt üzrə inkişaf edir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ