Cümə günü, 09 oktyabr 2026
     

Dünyada dolların yeni ucuzlaşma dövrü başlayır...

Image


Hələ də dünyanın bir nömrəli valyutası statusunu daşıyan ABŞ dolları ətrafında maraqlı proseslər cərəyan edir. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bu fonda açıqlamaları isə maliyyə sferasında müəyyən narahatlığa yol açıb. O bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb.

Kristalina Georgiyeva bu valyutanın istifadəsinin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını qeyd edib: “Bəli, dollardan tədricən imtina var. Əvvəllər dollar ehtiyatların təxminən 70%-ni təşkil edirdisə, indi bu rəqəm 60%-dən bir qədər aşağıdır”. Onun sözlərinə görə, hazırda dolların əsas rəqibi avrodur. Xanım Georgiyeva əlavə edib ki, dollardan ehtiyat valyuta kimi imtina perspektivi ABŞ iqtisadiyyatının gücü və kapital bazarlarının dərinliyi səbəbindən Beynəlxalq Valyuta Fondunda narahatlıq doğurmur. Bundan əvvəl amerikalı iqtisadçı Nuriel Roubini 10 il ərzində dolların ehtiyat valyuta kimi sıradan çıxa biləcəyini bildirib. Oxşar fikri amerikalı maliyyəçi, “Bridgewater Associates”in təsisçisi Rey Dalio da bildirib. O hesab edir ki, dolların hökmranlığı və iqtisadiyyatda qloballaşma ilə dünya nizamı erası sona çatır. Bəzi ölkələr artıq hesablaşmalrda dollardan tamamilə imtina edib. Məsələn, Rusiya baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlayıb. Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev isə qeyd edir ki, Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından, xüsusən də dollardan, demək olar ki, tamamilə imtina edib: “Heç kimə sirr deyil ki, rublla hesablaşmalar praktiki olaraq transsərhəddir”. Nazir müavininin sözlərinə görə, transsərhəd hesablaşmalar hələ də rubl-avro cütlüyündə aparılır, lakin tədricən onlar da aradan qalxmağa başlayır. Xatırladaq ki, 2022-ci ilin fevralında Qərb Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Buna görə də dollar və avro ilə əməliyyatlar aparmaq mümkünsüz olub. Bundan başqa, ölkənin bu valyutalardakı ehtiyatları da dondurulub. Bu, Rusiyanı yeni ödəniş üsulları axtarmağa məcbur etdi. Digər ölkələr də dollardan asılılıq riskini azaltmaq üçün milli valyuta ilə hesablaşmalara keçir. Məsələn, Çin Səudiyyə Ərəbistanından yuana neft almağa başlayıb və Braziliya ilə onun valyutası ilə ticarət etmək barədə razılığa gəlib. İndi Hindistan və Malayziya da rupi ilə ticarət edilir. Cənub-Şərqi Asiyanın bəzi ölkələri də daxili əməliyyatları milli valyutalara keçirməyə hazırlaşır.Hazırda dünyanın mərkəzi banklarının kassalarının təhlili göstərir ki, dolların ümumi ehtiyatlardakı payı getdikcə azalır, lakin rəsmi sektor dollarla ifadə olunan aktivləri də hələlik satmır. ABŞ-ın “Standard Chartered” qurumunun valyuta araşdırması departamentinin  rəhbəri Stiven Enqlander hesab edir ki, bütün dünya üzrə mərkəzi banklar dollarda yox, başqa valyutalarda öz vəsaitlərini artıracaqlar. Amma bu, mərhələli bir proses olacaq. Qlobal valyuta tendensiyalarını uzun müddət müşahidə edən Enqlander qeyd edib: “Dedollarizasiyanı dollar alışının sonu kimi görsəniz, məyus olacaqsınız. Yalnız daha aşağı qiymətə alışlar olacaq. Yəni dollar ucuzlaşacaq, özü də bütün dünyada.  Hazırda ən böyük dollar skeptiki belə, dollar aktivlərinin payında fəlakətli azalma görmür. Alternativlərin azlığını nəzərə alsaq, bunu ciddi qəbul etmək çətindir”. ABŞ-ın “Eurizon SLJ Capital” şirkətinin rəhbəri və uzun müddətdir qlobal kapital axını üzrə ekspert Stiven Cen də maraqlı açıqlamalar verib: “Dollar ötən il ehtiyat valyuta kimi bazar payında ABŞ tərəfindən sanksiyaların kütləvi şəkildə tətbiqi ilə əlaqədar olaraq heyrətamiz dərəcədə çöküb. Dolların rəsmi qlobal ehtiyatlardakı payı keçən il 47%-ə düşüb, bir il əvvəlki 55%-dən və 2001-ci ildəki 73%-dən bu həddə çatıb”. Onun hesablamalarına görə, 2022-ci ildə dolların bazar payının itirilməsi son iki onillikdə davamlı aşınmadan 10 dəfə daha sürətli olub.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun valyuta ehtiyatları haqqında məlumatları ümumiyyətlə qlobal etalon hesab olunur. Onlar göstərir ki, dolların dünya ehtiyatlarında payı ötən ilin sonunda 58,4% təşkil edib ki, bu da 1999-cu ildə avronun dövriyyəyə buraxılmasından sonra ən aşağı göstəricidir. Dolların dominantlığı tədricən zəifləyir, amma bu, çox tədricən baş verir. Prosesə geosiyasət də təsir edir. Bəllidir ki, Çin və ABŞ ildən-ilə yüksək elmi, texniki və iqtisadi nailiyyətlər nümayiş etdirərək təkcə qlobal liderliyi qoruyub saxlamır, həm də öz ətrafında tərəfdaş ölkələri cəmləyirlər. Onların arasında əlaqələrin möhkəmlənməsi yeni ittifaqların yaranmasına gətirib çıxarır. Məsələn, ABŞ ətrafında “Böyük yeddilik” ölkələrindən (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya) ibarət birlik yaradılıb. Çin BRİKS qruplaşmasının (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) lideridir. İkiqütblülüyün güclənməsi ona gətirib çıxarır ki, bu gün qlobal universal iqtisadi münasibətlər sistemi yaratmaq mümkün deyil. Nəticədə, dünyanın geosiyasi parçalanması sürətlənir ki, bu da öz növbəsində qloballaşmadan sonrakı mərhələyə çevrilib. Belə vəziyyət dolların gələcəyinə də təsir edir. Belə ki, qloballaşma ABŞ dollarının hökmranlığı altında sürət qazandığından, dollarlaşma onunla bağlıdır. Bir çox ölkələr dollardan asılılığı azaltmaq və ya ondan tamamilə qurtulmaq istəyir. Bu istəyi iqtisadi qərarlardan daha çox siyasi qərarlar diqtə edir. Nəticədə dolların dünyada istifadəsi azalır. Proses böyük valyuta ehtiyatlarına malik Azərbaycanda da diqqətlə izlənilir. Bu fonda ölkəmiz dollar ehtiyatlarının diversifikasiyasına indi daha çox diqqət edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ