Cümə günü, 09 oktyabr 2026
     

Avropa Azərbaycanın enerjisindən tam asılı duruma düşdü...

Image


Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın getdikcə daha mühüm rol oynaması Qərb dünyasında da açıq etiraf olunur. Elə bu fonda Azərbaycanla Avropa arasında enerji sahəsində əməkdaşlıq genişlənir.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Həmçinin ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyinə daim yeni əlavələr edir. Elə bu fonda cari ilin aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı imzalanan “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” da bunun təsdiqidir. İmzalanan sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükünü həyata keçiriləcəyi “Həmrəylik halqası” təşəbbüsü “Cənub Qaz Dəhlizi”nin genişlənməsi vasitəsilə imkanlar təqdim edir, eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə anlaşma memorandumunun müddəalarının reallaşdırılmasına töhfə verəcək. Qazla naşı, Azərbaycan Avropaya neft, elektrik enerjisinin də satışını həyata keçirir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 12 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. İki il əvvəl isə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün məqbul variantdır. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün təbii qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var. Beləliklə, enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Burada daha bir məsələ Azərbaycanın transit imkanları ilə bağlıdır. Xüsusən də Orta Asiyadan enerji resurslarının Qərbə nəqlində Azərbayca vacib rol oynayır.qeyd edək ki, Qazaxıstan artıq öz neftini daha çox Azərbaycan vasitəsilə dünya bazarına çıxarır. Son dövrlər Azərbaycanla Türkmənistan arasında da ticarət dövriyyəsi sürətlə artmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ildə bu iki ölkə arasında ticarət dövriyyəsi 105 milyon dollar olub. Ötən il bu rəqəm 535 milyon dollara yüksəlib və bir il içində beş dəfə artıb. Artım, əsasən, Azərbaycanın Türkmənistandan idxalının çoxalması hesabına baş verib. 2021-ci ildə Azərbaycan Türkmənistandan cəmi 71 milyon dollarlıq məhsul idxal etmişdisə, ötən il həmin rəqəm 510 milyon dollara yüksəlib. Nəticədə Türkmənistan 2022-ci ildə Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi beşinci ölkə olub. İlk dördlükdə Rusiya, Türkiyə, Çin və Almaniya qərarlaşıb. Azərbaycanın ötənilki toplam idxalının 3.5 faizi Türkmənistanın payına düşüb.

Ötən il Türkmənistandan idxalın 99 faizi neft-qaz sənayesi ilə bağlı məhsullar olub. Sözügedən iki ölkə arasında ticarət dövriyyəsindəki kəskin artım Azərbaycanın Türkmənistandan təbii qaz almasından qaynaqlanıb. Məlumdur ki, 2021-ci ilin noyabrında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü  haqqında üçtərəfli svop saziş imzalanmışdı. Həmin saziş Türkmənistanın İran vasitəsilə Azərbaycana ildə 1.5-2 milyard kubmetr qaz tədarük etməsini nəzərdə tuturdu. Ötən ilin yanvarında hər gün 5-6 milyon kubmetr qazın Azərbaycana nəqlinə başlanıb. Daha sonra gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrə çatdırılıb. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Müqavilənin bitmə tarixi yoxdur. Ötən ilin ilk rübünə dair açıqlanan rəqəmlərdən bəlli olur ki, bu il Türkmənistandan idxal daha da artıb. 2023-cü ilin ilk üç ayında Azərbaycan Türkmənistandan 190 milyon dollar dəyərində idxal gerçəkləşdirib. Bu, Azərbaycanın toplam idxalının təxminən 5 faizidir. Bir il öncə ilk rübün sonunda Türkmənistandan idxal cəmi 30 milyon dollarlıq olmuşdu. Qeyd edilən üçtərəfli saziş hər üç ölkəyə üstünlük verir. Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək edir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bunun səbəbi həm türkmən qazının maya dəyərinin daha az olması, həm də dünya bazarına məhdud çıxış imkanları ilə bağlıdır. Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Azərbaycan Türkmənistandan təbii qazın hər min kubmetrini ötən ilin aprelində 80 dollara alsa da, sonrakı aylardan qiymət 140 dollara qalxıb. Bu ilin yanvarında Azərbaycanın özü xaricə hər min kubmetr qazı ortalama 548 dollara satıb. Ötən il Azərbaycanın təbii qaz ixracından qazandığı gəlir rekord həddə - 15 milyard dollara çatmışdı. Bu, toplam ixracın 40 faizə yaxını deməkdir. Rusiya qazından imtinadan sonra Avropanın digər ölkələrindən qaz idxalına tələbat çoxalıb. Bu baxımdan, Azərbaycan türkmən qazını idxal etdiyindən nisbətən daha çox qazı ixrac etmək şansı qazanır. Türkmənistanın özünə isə bu müqavilə ixrac kanallarını genişləndirmək baxımından çox önəmlidir. Eyni zamanda, ölkə qaz satışından gəlir əldə etmək imkanı da qazanır. İrana gəlincə, bu ölkə müqavilədən həm gəlir əldə edir, həm də ölkənin qaz qıtlığından əziyyət çəkən, Türkmənistana yaxın yerləşən şimal əyalətlərini qazla təmin edə bilir. İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsini tranzit haqqı kimi ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edir. Energetika Nazirliyinin məlumatına görə, bu ilin ilk üç ayında Azərbaycanda 12.2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən illə müqayisədə 3 faiz artım deməkdir. Çıxarılan təbii qazın yarısından bir qədər çoxu – 6.5 milyard kubmetri ixrac edilib. İxracın əsas istiqaməti Avropa olub. İlk üç ayda Azərbaycan Avropa İttifaqı ölkələrinə 2.9 milyard kubmetr təbii qaz satıb. Bu, ölkənin toplam ixracının təxminən 45 faizi deməkdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ