Cümə günü, 09 oktyabr 2026
     

Elektrik enerjisi qeyri-neft sektorumuzun əsas təkanvericisinə çevrilir...

Image


Qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu, qeyd edilən istiqamət üzrə ixrac həcminin kəskin artımı fonunda da özünü büruzə verir.

Eyni zamanda daha bir məqam odur ki, Azərbaycan ümumi ixracında da ciddi şaxələndirməyə nail olmaqdadır. Söhbət elektrik enerjisinin ixracda xüsusu çəkisinin artmasından gedir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə bu ilin ilk rübündə 1 milyard dollarına yaxın qeyri-neft ixracı həyata keçirilib. Cari ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri illik müqayisədə 23,2 faiz artaraq 912,2 milyon dollara çatıb. Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub. 2023-cü ilin ilk 3 ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kilovatsaat, yəni 7,7 faiz artaraq 7 milyard 756,2 milyon kilovatsaat olub. Nəticədə ilk rübdə elektrik enerjisi istehsalının 16,6 faizi ixraca yönəlib. Belə ki, il ərzində elektrik enerjisi ixracının dəyəri 6,1 dəfə və yaxud 234,7 milyon artaraq 281,1 milyon dollar təşkil edib. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7 faiz, ixracı isə 22 dəfə artıb. Araşdırmalar göstərir ki, elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. Qeyd edək ki, bu ilin ilk rübündə Azərbaycanın ixracında əsas pay enerji sektorunundur. Hesabat dövründə ölkənin ixracında enerji sektorunun payı 88 faiz olub. Düzdür, Azərbaycan 2023-cü ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 400 milyon dollardan daha az gəlir götürüb. Bunun da əsas səbəbi təbii qaz gəlirlərinin azalmasıdır. Lakin bu məhsulun qiymətində müşahidə edilən yeni artımlar i ərzində vəziyyətin dəyişəcəyini göstərir. Ötən ilin ilk rübündə Azərbaycan 5 milyard 687 milyon kubmetr təbii qaz ixrac edib. Bu da ölkəyə 3 milyard 464 milyon dollar qazandırıb. Deməli, hər min kubmetr təbii qazın orta ixrac dəyəri 609 dollar olub. Bu ilin ilk üç ayında isə ölkə 3 milyard 54 min kubmetr təbii qaz ixrac edə bilib. Deməli, ixrac edilən təbii qazın həcmi 46 faiz azalıb. Təbii qaz ixracından 2 milyard 347 milyon dollar gəlir götürülüb. Bu da onu göstərir ki, təbii qaz ixracından gəlirlər də 32 faiz azalıb. 2023-cü ilin ilk üç ayında təbii qazın hər min kubmetrinin orta ixrac dəyəri ötən illə müqayisədə 26 faiz çox - 769 dollar olub. 2023-cü ilin ilk üç ayında neft ixracından gəlirlərsə artıb. Azərbaycan ilboyu neft satışından 4 milyard 272 milyon dollar gəlir götürüb. Ötən il həmin rəqəm 3 milyard 680 milyon dollar olub. Başqa sözlə, son bir ildə Azərbaycan neft satışından gəlirlərini 16 faiz artırıb. 2023-cü ildə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkə yenə İtaliyadır. Bu ilin ilk üç ayında ixrac edilən neftin 33 faizi bu ölkəyə, 10.4 faizi Azərbaycan neftinin ən böyük ikinci alıcısı olan İsrailə satılıb. Ötən ilin eyni dövründə İsrail neft ixracına görə üçüncü yerdə idi. Son bir ildə Azərbaycanın İsrailə neft satışı təxminən 40 faiz artıb. Bu il Azərbaycandan ən çox neft alan üçüncü ölkə İspaniyadır. Bu ölkənin Azərbaycandan aldığı neftin miqdarı 169 min tondan 605 min tona yüksəlib. Bu, il ərzində üç dəfədən çox artım deməkdir. Hazırda İspaniyanın Azərbaycanın neft ixracındakı payı 9 faizə yaxındır. İspaniya ilə yanaşı, Hindistan da Azərbaycandan neft alışını kəskin artırıb. Əgər ötən ilin ilk üç ayında Hindistan Azərbaycandan 137 min ton neft almışdısa, bu il həmin göstərici dörd dəfə artaraq, 522 min tona yüksəlib. Hindistanın Azərbaycandan neft ixracında payı 7.7 faizdir. Ən çox neft satılan ölkələrin ilk beşliyindəki sonuncu ölkə Çexiyadır (6.3 faiz). Qeyd olunan eyni dövrdə Çexiya Azərbaycandan 427 min ton neft alıb. Bu, ötən illə müqayisədə 2.6 dəfə artım deməkdir. Əvəzində, ötən ilin ilk üç ayında Azərbaycandan ən çox neft alan ölkələrin ilk beşliyində yer almış Ukrayna və Tailand payını azaldıb. Həmin ölkələr Azərbaycanın neft ixrac etdiyi ilk 15 ölkə arasında belə yer almayıb.

Toplam ixrac göstəricisi ötən illə müqayisədə azalsa da, sırf qeyri-neft sektorundakı ixracda artım gözə çarpır. 2023-cü ilin ilk üç ayında Azərbaycanın qeyr-neft məhsulları ixracı 912 milyon dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 727 milyon dollar idi. Beləcə, neftdənkənar məhsul ixracının toplam ixracdakı payı da artaraq, 9.1 faizdən 11.8 faizə yüksəlib. Qeyri-neft ixracı ilə bağlı daha bir məqam diqqət çəkir. Ötən ilin ilk rübündə bu sektorda ən çox meyvə-tərəvəz ixracında artım qeydə alınmış və ölkə bundan 124 milyon dollar gəlir götürüb. Bu il həmin göstərici 10 milyon dollara yaxın azalaraq 115 milyon dollara enib. Neftdənkənar ixrac göstəriciləri gözdən keçirilərkən üzə çıxır ki, artımda elektrik enerjisi ixracı mühüm rol oynayır. Ümumiyyətlə, ölkəmizdə postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə keçid baş verir. Bu fonda 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası icra edilir. Bütün iqtisadi inkişaf istiqamətləri bu strategiyada öz əksini tapıb. Strategiya çərçivəsində iqtisadi artımın davamlı olması üçün dövlət - özəl sektör əməkdaşlığının genişləndirilməsi, regionlarda mövcud iş resurslarının iqtisadi fəaliyyətə cəlb edilməsi və digər bu qəbildən olan amillər ön planda yer alır. Bu əsasda ölkədə innovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılmaqdadır. Yeni strategiya layihəsi həyata keçirməklə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görülür. Artım nəticəsində adambaşına düşən ümumi daxili məhsul 10 min manatı keçəcək. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2022-2026-ci illərdə dünyada iqtisadi artım tempi 3 faizdən çox olacaq. Qeyd edilən strategiyanın icrası nəticəsində ölkəmizdə 4% ətrafında ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunda isə 5 faiz artım olacağı proqnozlaşdırılır. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ