Cümə günü, 09 oktyabr 2026
     

Dollar-yuan müharibəsi zirvədə - Çin-ABŞ münasibətləri kəskinləşir...

Image


ABŞ dollarının ehtiyat valyuta kimi mümkün iflası Birləşmiş Ştatların son 200 ildə ən böyük məğlubiyyəti olardı. Bu fikri ABŞ-ın sabiq prezidenti Donald Tramp İndiana ştatındakı bir tədbirdə səsləndirib.

O, Çinlə Rusiyanın yaxınlaşmasını və Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələrinin bərpasını ağlasığmaz adlandıraraq deyib: “Çin, İran, Şimali Koreya və Rusiya təhdidedici və dağıdıcı koalisiya formalaşdırıb”.

Cozef Bayden administrasiyasını növbəti dəfə sərt tənqid edən Donald Tramp vurğulayıb ki, ölkə rəhbərliyinin hazırkı siyasəti səbəbindən ABŞ tarixin ən təhlükəli dövrünü yaşayır. 2008-ci ildəki maliyyə böhranı barədə əvvəlcədən xəbər verən amerikalı iqtisadçı Nuriel Rubini dolların on il ərzində ehtiyat valyuta kimi tənəzzülə uğraya biləcəyini deyib. ABŞ-dan olan maliyyəçi, “Bridgewater Associates” kompaniyasının qurucusu Rey Dalio isə hesab edir ki, iqtisadiyyatda dolların və qloballaşmanın dominantlıq etdiyi dünya nizamı sona çatır, hazırda dünyanın əsas dövlətləri öz iqtisadi, maliyyə və hərbi bloklarını formalaşdırır. “Asia Times” nəşri isə qeyd edir ki, bu günlərdə ABŞ bankları ilə bağlı problemlər də dolların ehtiyat valyuta olmasının sona çatmasından xəbər verir. Bildirilir ki, bank böhranı bank sisteminin keyfiyyət problemi deyil, Amerikanın daim artan xarici borcunun maliyyələşdirilməsinin qeyri-mümkün vəzifəsi olmasından irəli gəlir: “ABŞ-ın 1971-ci il avqustun 15-də dollarla qızıl arasında əlaqəni kəsdiyi vaxtdan başlayaraq dolların ehtiyat valyuta kimi nəzərə alındığı era başa çatmaq üzrədir. O, Çin yuanı ilə əvəz olunacaq”. Son vaxtlarda bir neçə ölkə hesablamalarında ABŞ valyutasından istifadə etməkdən yayınmaq istədiklərini bir anda bəyan ediblər. Çin Səudiyyə Ərəbistanı ilə neftin yuanla alqı-satqısına dair razılıq əldə edib. Xatırladaq ki, krallıq son illərdə ən böyük neft ixrac edən ölkələr kimi Rusiya ilə birinci və ikinci yerləri möhkəm bölüşür və ərəb ölkəsinin ixrac etdiyi bu xammalın təxminən 25%-ni Çin alır. Hindistan və Rusiya tədarük edilən mallar üçün rupi və rublla əməliyyatların aparılması imkanlarını razılaşdırıblar. Ekspertlər diqqəti ona yönəldir ki, Birləşmiş Ştatlar 20-ci əsrin ortalarında dolları dövrün əsas əmtəəsi olan neftə bağlamağa müvəffəq oldu. O cümlədən, bu razılaşma sayəsində dollar dünyanın əsas ehtiyat valyutası statusunu təmin etdi: əgər xammal üzrə ödənişlər dollarla aparılırsa, müvafiq olaraq, bu valyutaya yönəlik  digər pulların axını artır. İlk dövrlədə ABŞ valyutasının əsas alıcıları neft ixracatçıları oldu. İdxalçı ölkələr öz mallarını başqa ölkələrə, yenə də dollarla sataraq xammalın alınmasını ödəmək üçün hesablarını ABŞ valyutası ilə doldurmalı oldular. ABŞ Mərkəzi bankı funksiyasını yerinə yetriən Federal Ehtiyatlar Sistemi belə vəziyyətdə məzənnəni tənzimləməklə milli valyutanı inflyasiya artımlarından qorudu: məsələn, 1980-ci illərin əvvəllərində qiymət artımına və neftin çökməsinə cavab olaraq məzənəə üzrə uçot dərəcəsi 14%-ə qaldırıldı. Bununla da dövlətlər ölkə iqtisadiyyatında tənəzzülə yol verdilər, lakin valyutanı devalvasiyadan saxladılar. Əsas ehtiyat valyuta statusunu saxlamaq üçün məhz bu lazım idi: dolların alıcılıq qabiliyyəti və onunla bərabər digər ölkələrin ehtiyatları praktiki olaraq dəyişməz qaldı. Amma  koronavirus pandemiyası,Rusiyanın Ukraynaya müdaxiləsi vəziyyəti dəyişdirib. Pandemiya vaxtə dollar çap maşınları işə salınsda da buraxılan pulların dünya iqtisadiyyatı tərəfindən “mənimsənilməsi” gözlənildityi kimi olmadı. ABŞ-ın sanksiyaları fonunda isə dollardan qaçmaq istəyən ölkələrin sayı sürətlə artır. Bu halda dollar istiqarazlarına sərmayə qoyan ölkələr, o cümlədən Çin ciddi narahatlıq keçirir. Çin, ABŞ valyutası ilə ən çox sərmayə yatıran ölkələrdən biri olaraq özü üçün mümkü təhlükəni maksimum dərəcədə hiss edir. Xüsusən də Pekin Rusiyanın qızıl-valyuta ehtiyatlarının həbsi, SWIFT vasitəsilə dollarla əməliyyatların qadağan edilməsi, Rusiyanın “Visa” və “Mastercard” ödəniş sistemləri ilə yaşadıqları problemləri diqqətdən qaçırmır.  

Son illərdə Çin biznesi artıq “Amerika tənzimləyicilərinin ağır əli” ilə üzləşib: “Tiktok” sosial şəbəkəsi Amerika bazarında sıxışdırılır və “Huawei” məhsulları “qara siyahı”ya salınıb, ABŞ-da biznes fəaliyyəti qadağan edilib. Ona görə də bunlar Çinin iqtisadiyyatını dollardan uzaqlaşdırmaq istəyini daha da artırır. Beynəlxalq ticarətdə ABŞ dollarının əvəzinə başqa valyutaların istifadəsi ilə bağlı danışıqlara dair bütün məqamlar belə hallardan qaynaqlanır. Maraqlıdır ki, Rusiyadan neft və kömür alan Hindistan şirkətləri xammalın pulunu ödəyərkən dollardan imtina etməyə başlayıblar. Bu yolla onlar ABŞ-ın sanksiyaları altına düşmə risqlərini azaltmağa çalışırlar. Artıq ölkədə təchizatçılarla hesablaşmalar üçün əsasən yuandan istifadə edilir. Rusiya silahlarını da artıq milli valyuta üzərindən reallaşdırır. “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev bildiri rki, Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində hesablaşmalar üçün avro və dollardan və SWIFT vasitəsilə ödənişlərdən imtina edib : “Bu gün hərbi-texniki əməkdaşlıq müqavilələrinə xidmət göstərən bank sistemi avro və dollar zonalarında işləmir və SWIFT-dən istifadə etmir. Bizdə tərəfdaş bankların mexanizmlərindən istifadə etməklə daha çevik hesablaşma sistemi və qapalı valyuta sxemi var və biz bunu uğurla həyata keçiririk. Bu gün biz hind rupisi, Çin yuanı ilə işləyirik, rublla işləyirik". Bu fonda Qardaş Türkiyə də Rusiya ilə ticarəti daha çox rublla aparır. Elə Azərbaycan da Rusiya ilə ticarətdə milli valyutaların payını artırır. Qeyd edək ki, Azərbaycanın əsas idxal dövriyyəsi Rusiya, Çin və Türkiyə kimi ölkələrin payına düşür. Bununla bağlı sadalanan ölkələrin dollardan imtina prosesi Azərbaycanda da manatın işləklik səviyyəsinə təsir edə bilər. Belə vəziyyətdə hesab edilir ki, Azərbaycan da, digər ölkələr kimi, bu gedişlə valyuta ehtiyatlarında dolların payını azaltmalı olacaq. Xatırladaq ki, ölkəmiz dollar ehtiyatının bir hissəsini qızıla çevirib və bu prosesin daha da genişlənməsi gözlənir. Digər tərəfdən, ABŞ iqtisadiyyatında baş verənlər, xüsusən də dolların kursundan istifadə edilməsi ilə başlanan valyuta savaşı da Amerika pulu üçün təhdidlərin artdığını göstərir. İstənilən halda, baş verənlər valyuta savaşlarının artıq getdikcə qızışmaqda olduğunu göstərir və burada, bir çox valyutalardan fərqli olaraq, manatın sabit mövqedə qalması proqnozlaşdırılır. Hər halda, bu istiqamətdə dövlət tərəfindən də zəruri addımlar atılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ