Cümə axşamı günü, 26 noyabr 2026
     

Təyyarə biletləri bu qədər baha - AZAL-ın ili 700 milyon zərərlə başa vurması nə deməkdir...

Image


“AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir”. “Wikipedia.org”saytında AZAL-ın maliyyə vəziyyəti ilə bağlı məlumatlar öz əksini tapıb.

Qeyd edilir ki, AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətidir: “Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətin ziyanı 1999-cu illə 2013-cü il arasında 500 milyon manata çatıb. "AZAL" QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətin 1996–1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilib. 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 203 milyon 887 min gəlir əldə edən şirkətin ziyanı 11,3 milyon manat olub. 2009-cu ildə şirkət 254 milyon 247 min manat gəliri müqabilində ili 98,8 milyon manat, 2010-cu ildə 252 milyon 175 min manat gəlir müqabilində 119,8 mln manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalsa da, kifayət qədər böyük olub – 63 milyon manat. 2012-ci ildə isə bu rəqəm 33,2 milyon manata düşüb”.

Qəribədir ki, AZAL-ın sərnişindaşımaları artdıqca ziyanı daha da böyüyüb. Bu hal hər il qeydə alınıb.

2022-ci illə bağlı da vəziyyət ürəkaçan deyil. 2022-ci il təzə başa çatdığı üçün hələlik rəsmi illik hesabat açıqlanmayıb. Amma ilkin hesablamalara görə, AZAL 2022-ci ili 700 milyon manat zərərlə başa vurub. Bu isə o deməkdir ki, AZAL son 3 ildə 2,4 milyard manat (1.4 milyard dollar) zərər edib.

Məlumat üçün bildirək ki, AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir. Belə ki, şirkət 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb. Buna baxmayaraq, adıçəkilən şirkət illərdir zərərlə işlədiyini bəyan edir.

AZAL təyyarə biletlərinin bahalığının bir səbəbini də zərərlə əlaqələndirir. Maraqlıdır, təyyarə biletləri baha olduğu təqdirdə şirkət niyə ili zərərlə başa vurur?

Ilqar Hüseynli: “AZAL-ın ziyanla işləməsinin səbəblərindən biri də bu şirkətin şübhəli alqı-satqı ilə məşğul olmasıdır”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, AZAL-la bağlı vətəndaş şikayətlərinin sayı günü-gündən artır. Biletlərin qiyməti dünya dövlətləri üçün tərtib olunan standartlara uyğun deyil: “Dünya aviasiya bazarında mövcud olan qiymətlərlə müqayisədə, demək olar ki, AZAL dünyanın ən baha qiymətə bilet satan aviaşirkətləri sırasında gedir. Qonşu Gürcüstanda aviaşirkətlərin qiyməti Azərbaycanla müqayisədə ucuz olduğu halda onlar ziyanla işləmir. Məlumdur ki, AZAL, demək olar ki, tam monopolist bir siyasət həyata keçirir. Törəmə şirkətlər də birbaşa AZAL-a daxildir”.

Həmsöhbətimiz hesab edir ki, AZAL-ın ziyanla işləməsinin səbəblərindən biri də bu şirkətin şübhəli alqı-satqı ilə məşğul olmasıdır: “Aviaşirkətin müxtəlif təyyarələrindən tutmuş, bahalı avadanlıqların alınmasına çoxlu vəsait xərcləndiyi danılmazdır. Danılmaz faktdır ki, bu xərclər həddən artıq şişirdilib.  

Onu da deyim ki, bu şirkətə dövlət tərəfindən tez-tez dotasiya ayrılır. Tək pandemiya dönəmində AZAL-a dövlət tərəfindən 86 milyon dotasiya ayrıldı. Maraqlıdır, bu şirkət dotasiya almasına baxmayaraq hələ də ziyanla işləyir. AZAL-ın iştirak etdiyi tenderlər, alqı-satqı zamanı sərf edilən hər bir vəsait detallı şəkildə araşdırılmalıdır”.

Ekspert onu da əlavə etdi ki, quru sərhədlərinin bağlı olması səbəbindən təyyarə ilə gediş-gəliş daha çox artıb. Belə məlum olur ki, sözügedən qurumlara rəhbərlik edənlər işinə məsuliyyətli yanaşmır və işi səmərəli təşkil edə bilmir: “Fikirləşirlər ki, nə də olsa dövlət büdcəsi hesabına borclar bağlanacaq. Yaranan mənzərə narahatedicidir və bunun səbəbləri araşdırılmalıdır”.

  • Əkrəm Həsənov: “Xərcim çoxdur” deyəndə, bu xərclərin xeyli hissəsi reallıqda AZAL-ın fəaliyyətinin təmin edilməsinə yox, kimlərinsə…”

Hüquqşunas, ekspert Əkrəm Həsənov bildirdi ki, AZAL-ın qiymətləri digər xarici aviaşirkətlərlə müqayisədə çox yüksəkdir. Bu, əlbəttə, korrupsiya, yeyinti barədə əsaslı şübhələr yaradır:  “Xərcim çoxdur” deyəndə, bu xərclərin xeyli hissəsi reallıqda AZAL-ın fəaliyyətinin təmin edilməsinə yox, kimlərinsə cibinə gedib. Bunun da müxtəlif yolları var. Guya baha qiymətə nəsə alırlar. Məsələn, təyyarənin avadanlıqlarının həqiqi qiyməti, təxminən, 1 milyondursa, AZAL hesabata 3 milyon yazır. 2 milyonun 500 minini satanın cibinə qoyurlar, 1 milyon 500-nü də öz ciblərinə. Belə-belə xərcləri artırıb, şişirirlər. Məlumdur ki, AZAL-da müvafiq yoxlamalar da gedib. Ümid edirəm ki, xüsusən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni rəhbərliyi bu sahədə dəyişiklik edəcək. AZAL nəinki çox yüksək gəlirlə, həm də mənfəətlə işləyəcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ