Cümə günü, 09 oktyabr 2026
     

Dəyərdən düşən rubl Azərbaycana daha çox pul qazandıra bilər

Image


Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın yenidən sürətlə dəyərdən düşməsi müşahidə olunur. Ötən ilin 14 aprelindən bəri avro ilk dəfə olaraq 1 avro üçün 90 rubl səviyyəsinə yüksəlib, 1 dolların qiyməti isə 82 rublu keçib. Son bir həftə ərzində dollar rubla nisbətdə 5 faizdən çox, avro isə 13 faiz bahalaşıb.

Qeyd edək ki, ötən ilin fevralından Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Moskva üzərinə qoyulmuş sanksiyalara görə Rusiyanın milli valyutası çökmüşdü. Lakin Rusiya Mərkəzi Bankının gördüyü tədbirlər, idxalın azalması və enerji daşıyıcılarından gəlirlərin nisbətən sabitliyi rublun möhkəmlənməsinə səbəb olmuşdu. Amma burada o da qeyd edilməlidir ki, Rusiya neftinə embarqo yalnız ötən ilin sonlarında qoyulub. Təhlilçilər rublun hazırkı zəifləməsini vergi ilinin qurtarması ilə bağlayırlar. Belə ki, iri ixracatçılar büdcəyə ödənişlər etmək üçün xarici valyutanı rubla dəyişiblər. Rublun ucuzlaşmasının başqa bir səbəbi kimi ixrac həcminin azalması və Maliyyə Nazirliyinin Rusiyadan kapital axını ilə bağlı valyuta satışını azaltması göstərilir. Rusiyadakı xarici şirkətlərin bizneslərini satması da rublu ucuzlaşdırıb. “Bloomberg” rublun məzənnəsinin düşməsini Britaniyanın “Shell” şirkətinin “Saxalin-2” layihəsindən çıxması ilə izah edir. Belə ki, prezident Vladimir Putin NOVATEK şirkətinə “Shell” şirkətinin bu layihədəki 95 milyard rublluq və ya 1,2 milyard dollarlıq payını almağa şəxsən icazə verib. Bu da qeyd olunur ki, pul Britaniya şirkətinin xaricdəki hesabına köçürüləcək. Ekspertlər bildirir ki, rublun məzənnəsinin belə aşağı səviyyədə uzun müddət qalacağını göstərən heç bir fundamental əsas yoxdur. Buna səbəb OPEC+ qrupunun hasilat ixtisarına dair qərarı ilə bağlı neft qiymətlərinin qalxmasıdır. Amma nüfuzlu “The Wall Street Journal” nəşri qeyd edir ki, Rusiyada iqtisadi problemlər rubl üçün əlavə çətinliklər yarada bilər. Bildirilir ki, müharibənin ilk aylarında neft və qazın qiyməti yüksəldi və Rusiya ciddi qazanc əldə etdi, amma artıq o günlər bitib: “Qərbin sanksiyaları da getdikcə tükənir. Bununla belə, Rusiyanın dövlət gəlirləri azalır, iqtisadiyyatı getdikcə zəifləyir. Ölkənin ən böyük ixrac əmtəələri olan qaz və neft əsas alıcılarını itirib. Gənclərin cəbhəyə getməsi və ya hərbi xidmətə cəlb olunması qorxusundan ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalıb”. Həmçinin qeyd olunub ki, Rusiya tədricən Avropa bazarını itirir və Çindən asılı vəziyyətə düşür. Bununla belə, ucuzlaşan rubl Rusiyada iqtisadi aktivliyi artıra bilər. Rublun avro və dollar qarşısında ucuzlaşması nəticəsində dünyanın bütün ölkələrindən olan alıcılar ucuz mal almaq üçün yenidən Rusiya mağazalarına üz tuta bilərlər. Hazırda müəyyən xarici ölkələrdən bank kartları vasitəsilə Rusiyadan mal alanların sayı və ticarətin həcmi sürətlə böyüyür. Rublla bağlı baş verənlər MDB ölkələrinə, o cümlədən Azərbaycana da öz təsirini göstərir. Doğrudur, rublun ucuzlaşması idxal olunan malların qiymətini də ucuzlaşdırmalıdır. Amma Azərbaycan bazarında bununla bağlı proqnozlar özünü adətən, doğrultmur.

Onu da qeyd edək ki, Rusiyadan Azərbaycana əsasən yarımfabrikat sənaye məhsulları, maşınlar, avandanlıqlar, nəqliyyat vasitələri və xammal sayılan ərzaq məhsulları idxal olunur. Rublun ucuzlaşması bu malların idxal həcmini artıra bilər ki, bu da yerli istehsalçıların işinə yaraya, Azərbaycan istehsalı olan sənaye məhsullarının maya dəyərini aşağı sala, istehsalı stimullaşdira bilər. Azərbaycanın isə Rusiyaya ixracının 30%-ni ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir. Qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi ixracın həcminin azalacağı fikri yaratsa da, vəziyyət başqa cür də ola bilər. Məsələ ondadır ki, Avropa İttifaqı və Rusiya arasında qarşılıqlı sanksiyalar Avropadan Rusiyaya ixracı azaldıb, son nəticədə isə yaranan boşluğu Azərbaycan məhsulları da doldura bilir. Bu da yerli istehsalın həcminin artmasına rəvac verir. Amma narahatliq doğuran məsələ yenə odur ki, Rusiyada dolların bahalaşması bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşlarının gəlirlərini azaldacaq və onlar vətənə əvvəlki vaxtlarla müqayisədə bir qədər az pul göndərəcəklər. Onu da qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelində Rusiya rublu da yer alır, amma bu göstərici heç 1 faizə də çatmır. Rubl və digər xarici valyutalarda sərmayə qoyuluşlarının həyata keçirilməsi investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədi daşıyır. Indikii halda valyuta ehtiyatlarında rublun payının az olması onun ucuzlaşmasının ölkəmizin valyuta ehtiyatlarına heç bir təhdid yaratmadığını göstərir. Bununla belə, Rusiyada rublun vəziyyəti Azərbaycanın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ