Cümə günü, 09 oktyabr 2026
     

Dünyada iqtisadi artım dərin təhlükədə - Azərbaycanı xilas edəcək amil…

Image


Dünyada dərinləşən geosiyasi ziddiyyətlər və qarşıdurmalar fonunda qlobal iqtisadiyyatla bağlı durum da sürətlə pisləşir. Bu fonda Beynəlxalq Valyuta Fondunun (BVF) icraedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadi artım qarşıdakı 5 il ərzində son 33 ilin ən aşağı səviyyəsində olacaq. O, ölkələri qlobal ziddiyyətlərə səbəb ola biləcək iqtisadi parçalanmaya son qoymağa və istehsalı artırmaq istiqamətində addımlar atmağa çağırıb.

BVF-in rəhbəri cari ildə qlobal artımın 3 faizdən də aşağı olacağını bildirib. O, Dünya Bankının iclasında təqdim etdiyi “İnkişafa aparan yol: Üç mühüm amil” adlı məruzəsində qlobal iqtisadiyyatın 2021-ci ildə müsbət nəticələr göstərdiyini, lakin Rusiyanın Ukraynadakı müharibəsindən sonra təqribən 50 faiz geriləyərək 6,1 faizdən 3 faizə endiyini bildirib: “İnkişaf etmiş iqtisadiyyatlarda istehsal və istehlakçı fəallığında müsbət tendensiyalara, Çində pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qalxmasına baxmayaraq, bu il qlobal iqtisadi böyümə 3 faizdən artıq olmayacaq”. O əlavə edib ki, ABŞ və Avropada iqtisadi fəaliyyətin yavaşlaması prosesi davam edir, yüksək faiz dərəcələri bu prosesi sürətləndirir. Bu ökələrin 90 faizində iqtisadi geriləmə gözlənilir. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında müəyyən tərəqqi müşahidə olunur, eyni zamanda, Çin və Hindistan cari ildə qlobal iqtisadi artımın 50 faizə qədərini təmin edəcək. BVF-in rəhbəri qeyd edib ki, aşağı gəlirli ölkələrdə borcların artması, ixracata yönəlmiş tələbatın azalması şəraitində adambaşına düşən milli gəlir azalır. O əlavə edib ki, COVID-19 pandemiyası ilə başlayan yoxsulluq və aclıq böhranı daha da dərinləşəcək:  “Hazırda güclü pul siyasəti, getdikcə artan geosiyasi gərginlik və inflyasiyanın səviyyəsinin artması qlobal iqtisadiyyatda inkişafı əngəlləyir. Bütün bu problemləri həll etmək üçün ən vacib amillər inflyasiya ilə mübarizə, maliyyə sabitliyinin qorunması, qiymətlərin sabitləşməsidir. Mərkəzi bankların faiz dərəcələrini artırması fonunda bir çox ölkədə inflyasiyanın səviyyəsi də artmaqda davam edir. ABŞ və İsveçrədə bank sektorunda son aylar baş verən mənfi proseslər pessimist meyilləri daha da gücləndirib. Bununla belə, 2008-ci ilin maliyyə böhranı ilə müqayisədə banklar daha dayanıqlı görünür və əvvəlki illərə nisbətən çevik davranır”. K.Georgiyeva diqqətə çatdırıb ki, qeyri-bank sektorunda da vəziyyət yaxşı deyil: “Maliyyə təzyiqlərinin yüksək olduğu bir şəraitdə mərkəzi banklar inflyasiya ilə mübarizədə daha fəal rol oynamalıdır. Digər tərəfdən, iqtisadiyyatda köklü islahatlar və rəqəmsal inqilabı sürətləndirmək yolu ilə iş şəraiti yaxşılaşdırılmalı, həmçinin insan kapitalından səmərəli istifadə etməklə istehsal daha intensiv hal almalıdır. Bu kontekstdə “yaşıl” iqtisadiyyatın rolu böyükdür, belə ki, sözügedən sektora ildə təxminən 1 trilyon dollar sərmayə qoyulması iqtisadi artım və yeni iş yerlərinin açılmasına töhfə verəcək”. Bütün bunlar fonunda indi müxtəlif ölkələrin iqtisadiyyatının necə olacağı xüsusi maraq doğurur. Hesab edilir ki, bəzi ölkələr ciddi problemlərlə üzləşəcəklər. Amma Azərbaycan onların sırasında deyil. Bunu beynəlxalq maliyyə qurumları da təsdiq edirlər. Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb. Bu arada Dünya Bankı da 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun artımı ilə bağlı proqnozunu açıqlayıb. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,1% artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə isə Azərbaycanda real ÜDM-in artımı 2,6%-ə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2% təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5% səviyyəsində olacağı proqnozlaşdırılır”.

Dünyada enerji resurslarının qiymətləri də Azərbaycan üçün əlverişli şərait yaradır. Məsələn, “Rystad Energy” şirkəti hesablayıb ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində planlaşdırılan kəşfiyyat layihələri 2030-cu ilə kimi Azərbaycanın çıxarıla bilən ehtiyatlarını 4,4 milyard barrel artıra bilər. Bundan başqa Azəraycan təbii qaz istehsalını da artırır. Hazırda Azərbaycan hasil edilən təbii qazın təxminən yarısını əsasən elektrik enerjisi istehsalı və daha az səviyyədə istilik sistemi üçün istehlak edir, qazın qalan hissəsi isə ixrac olunur. Amma daxili istehlakın azaldılması ixrac üçün mövcud təbii qazın həcmini artıra bilər. Elektrik enerjisi istehsalında təbii qazın bərpa olunan mənbələrlə əvəzlənməsi ilə əlavə həcmlər əldə edilə bilər. Qeyd edək ki, Azərbaycan həmçinin dünyanın ən böyük dövlətlərinin qoşulduğu “yaşıl” enerji yarışına da fəal şəkildə hazırlaşır. Ötən il iki böyük elektrik stansiyasının tikintisinə başlanılıb: “Masdar” şirkəti ilə birlikdə Qaradağ günəş stansiyasının və “ACWA Power” (şirkəti ilə birlikdə Xızı-Abşeron külək elektrik stansiyasının inşası həyata keçrilir. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı, 2050-ci ilə qədər isə ölkədə istixana qazı emissiyalarını 40%-ə qədər azaltmağı planlaşdırır. Üstəlik, Azərbaycan bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyini təmin etmək üçün deyil, həm də ixrac üçün hazırlayır.  Bəllidir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməklə paralel olaraq bərpa olunan enerji və hidrogen ixracında Avropa  üçün mühüm və etibarlı tərəfdaşa çevrilməyə hazırlaşır. Bununla əlaqədar Azərbaycan Gürcüstandan Rumıniyaya 4 qiqavat gücündə sualtı kabel xəttinin çəkilməsi layihəsində iştirak edir. Bundan əlavə Azərbaycan artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Üstəlik, dünyada baş verən hadisələr fonunda ölkənin tranzit rolu daha da artıb. Görülən digər tədbirlər ölkə iqtisadiyyatını bundan sonra da uğurla inkişaf etdirməyə qadirdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ