şənbə günü, 15 avqust 2026
     

Regionlarda biznes fəlakəti - əsas təxribatçı rolda banklardır…

Image


Maliyyə əlçatanlığı Azərbaycanda biznesin inkişafında hələ də ən mühüm problemlərdən biri kimi qalır. Bunu Dünya Bankının qeyd edilən müstəvidə ölkəmzi üzrə araşdırmasının nəticləri də təsdiq edir. Baş verənlər artıq hökumətdə də ciddi narahatlıqlar yaradır. Çünki bu hal ölkədə iqtisadi tərəqqiyə xələl gətirir.

Bütün bunların fonunda məlumatlara əsasən, Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar olub. Mərkəzi Bank bu xüsusda aşağıdakıları bildirib: “Biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir. Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən ehtiyat normaları və risk dərəcələri daha aşağı səviyyədə müəyyən edilib. Məsələn: kiçik və orta sahibkarlıq subyektlərinə verilən, habelə qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş milli valyutada biznes kreditlərinin risk dərəcəsi 100%-dən 50%-ə azaldılıb”. Bundan başqa, baş bank tərəfindən qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə yönəlmiş xarici valyutada biznes kreditləri üzrə risk dərəcəsi 75% səviyyəsində müəyyən edilib: “Həmçinin, bankların real sektorda irimiqyaslı və uzunmüddətli layihələrin maliyyələşdirilməsində rolunun artırılması, eləcə də tənzimləmə çərçivəsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə AMB 24 oktyabr 2022-ci il tarixində “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası” təsdiq edib. Sözügedən Qayda ənənəvi biznes krediti məhsullarından fərqli olaraq layihə maliyyələşdirilməsi kreditləri üzrə ödənişlərin borcalanın gəlirləri hesabına deyil, layihənin yaratdığı gəlir hesabına həyata keçirilməsi tələbləri, layihədə iştirak edən tərəflərin vəzifələri, kredit təşkilatının dayanıqlı kapital mövqeyinə və layihə idarəetməsi sahəsində təcrübəli insan resurslarına malik olması məsələləri əhatə edir. Qayda ilə müəyyən edilmiş requlyativ tələblərə əsasən layihə fazasında olan kreditlər faizlərin ödənilməsi uzun dövriliyinə görə əlavə ehtiyatların yaradılması tələbindən istisna olunmuş, bu növ kreditlərin xüsusiyyətləri nəzərə alınaraq, digər tələblər müəyyən edilib”. Eyni zamanda, Mərkəzi Bank bankların iqtisadiyyatın real sektorunu maliyyələşdirməsinin stimullaşdırılması məqsədilə bundan sonr da müvafiq addımlar atılacağənı bildirib.

Lakin hökumət tərəfidən atılan addımlara baxmayaraq, banklar hələ də real sektora lazımı qədər kredit ayırmaqda tərəddüd edirlər. Xüsusən də regionlarda biznes kreditləri ilə bağlı durum hələ də acınacaqlı olaraq qalır. Qeyd edək ki, Azərbaycanda kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonunun payına düşür. Son ilin göstəricilərinə görə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20.3 milyard manat təşkil edib. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı 23 faiz, Bakı üzrə isə 77 faizdir. Yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmaması bankların regionlarda kredit siyasətinə  hələ də mənfi təsirini davam etdirir.  İqtisadçı ekspert Rəşad Həsənov da bu halda biznes kreditlərinin həcmi ilə bağlı xoş olmayan mənzərənin yarandığını qeyd edir. Onun sözlərinə görə,  digər bir məsələ kreditlərə dövlət zəmanəti, kredit faizlərinə subdisiyalar ayrılmasıdır: “Bu istiqamətdə son bir neçə ildə müəyyən addımlar atıldı, alternativ dəstəkləyici addımlar, məsələn, daşınan əmlakın girov götürülməsi, və yaxud da kredit faizlərinin subsidyalaşdırılması, kreditlərə dövlət zəmanətinin verilməsi mexanizminin yaradıldı, amma  bunların da əhatə dairəsi çox kiçikdir. Dövlət zəmanəti verilmiş kreditlərin məbləği bu gün 200-300 milyon manatdan artıq deyil ki, bu da mövcud kredit portfelinin heç 1,5 faizi də etmir. Yəni bu kimi nailiyyətlərdən geniş istifadə olunmur, həm bir tərəfdən bu alətlərin özünün hüquqi çərçivəsindən qaynaqlanan problemlər var. Məsələn, dövlət zəmanəti 30000 manatdan yuxarı kreditlərə verilir, hər kəsə də məlumdur ki, Azərbaycanda sahibkarlıq subyektlərinin böyük əksəriyyəti mikro, yəni 95 faizinə yaxın subyekt mikro subyektdir, onlara daha aşağı məbləğdə kreditlər lazımdır, amma həmin kreditlər dövlət zəmanəti kreditindən istifadə edə bilməz. Əsas çətinlik də onlardadır. Onların əmlakları yoxdur, girov qoya bilmirlər. Buna görə də böyük bir sahibkar kateqoriyası bu imkanlardan istifadə edə bilmir. Digər bir məsələ dövlət tərəfindən verilən güzəştli  kreditlərin  əhatə dairəsinin az olması və sahibkarlığın inkişaf fondunun vəsaitlərinin kifayət qədər olmamasıdır”. Hesab olunur ki, ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin sahibkarlıq sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var. Amma istənilən halda kreditləşmə prosesində banklar da fəal iştirak etməli, rel sektora daha ço kredit ayırmalıdırlar.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ