Cümə günü, 09 oktyabr 2026
     

Dünya enerji bazarlarında Azərbaycan üçün görünməmiş vəziyyət...

Image


Məlum olduğu kimi, OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı gündəlik neft hasilatını məhdudlaşdıracaq. Qəbul edilmiş qərara əsasən, may ayından etibarən gündəlik hasilat bir milyon barrel azaldılacaq.

Səudiyyə Ərəbistanı həmin həcmin yarısını, yəni yarım milyon barreli öz üzərinə götürüb və bu ölkənin Energetika Nazirliyi müvafiq məhdudlaşdırılmanın könüllü şəkildə edildiyini bildirib. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair də bu təşəbbüsə qoşulub. Rusiya bu səylərə ilin qalan hissəsi üçün öz ixtisarlarını uzatmaqla qoşulur.

Xatırladaq ki, ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq, OPEC+ qiymət sabitləşdirməsinə nail olmağa çalışır. Analitiklərin rəyinə görə, hasilatın qismən azaldılması bazarlarda neftin bir barrelinin qiymətinin ilk mərhələdə 10 dollaradək artması ilə nəticələnə bilər. Artıq bazarlarda bahalaşma qeydə alınır. “Brent” markasından olan neftin 1 barrelinin qiyməti 5.04 dollar və ya 6.13 faiz qalxaraq 84.93 dollar olub. Qiymətin tezliklə 90 dollara çatması gözlənilir. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barrelinin qiyməti də 90 dollarlıq həddə yaxınlaşır. Qiymət artımının müəyyən müddət davam etməsi gözlənilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, əksəriyyəti OPEC neft kartelinə daxil olan neft istehsalçılarının hasilatı gündə 1 milyon barreldən çox azaltmaq qərarı səyahət və sənaye üçün daha az yanacağa ehtiyacı olan qlobal iqtisadiyyatın yavaşlaması fonunda xam neft qiymətlərinin düşməsindən sonraya təsadüf edir. Belə vəziyyətdə növbəti ixtisarlar dünya neft tədarükünün təxminən 3%-ni təşkil edir. Məhz bu göstərici neft qiymətlərinin yüksəlməsinə ciddi təkan verir. İxtisarlarla bağlı əsas amillərə gəlincə,  OPEC-in dominant üzvü Səudiyyə Ərəbistanı bildirib ki, bu addım neft qiymətlərində daha dərin enişin qarşısını almaq üçün ehtiyat tədbiridir. Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman gələcək tələbata ehtiyatla yanaşır və neftə olan tələbatın mümkün azalmasından əvvəl tədarükün tənzimlənməsində fəal olmağa üstünlük verir. Avropada iqtisadi artımının olmaması və Çinin koronavirusdan dirçəlişinin gözləniləndən daha uzun sürməsi, bankların çökməsi ilə ABŞ-da tənəzzül qorxusu fonunda neft istehsalçılarını pandemiya, qlobal maliyyə böhranı zamanı olduğu kimi qiymətlərin qəfil enişi qorxudur. Təhlilçilər deyir ki, tələbat və təklif nisbətən yaxşı tarazlaşdırılıb və bu, hasilatın azaldılması ilə gələcək aylarda qiymətlərin yüksələ biləcəyi deməkdir. Məsələ burasındadır ki, xam nefti benzinə, dizelə və təyyarə yanacağına çevirən neft emalı zavodları səyahət tələbatının illik artımını qarşılamaq üçün yay istehsalında artıma hazırlaşır. Bütün bunlar neft istehsalçısı kimi Azərbaycana da təsirsiz ötüşməyəcək. məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir ki, bir sıra OPEC ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub: “Gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min, Rusiyada 500 min, İraqda 211 min, Küveytdə 128 min, Qazaxıstanda 78 min, Omanda 40 min, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır. Bununla OPEC və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Bu da artıq bazarda öz təsirini göstərməkdədir. Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımından əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”.

Rusiyanın "Qazprombank"ının analitik qrupu bildirir ki, neft qiymətləri Azərbaycanın maliyyə manevr imkanlarını artıatacaq: “2023-cü ildə Azərbaycanın maliyyə siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatı bərpa etmək üçün kütləvi fiskal stimulun tələb olunduğu dövrdə olduğundan daha mühafizəkar olacaq.  2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırır, reallıqda isə büdcəni profisitlə icra etmək olar. Bu il kəsirin 2022 və 2021-ci illər üçün nəzərdə tutulan 3,6 və 4,1 faizdən ÜDM-in 2,4 faizinə endirilməsi planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin büdcəsi neftin qiymətinin mühafizəkar proqnozuna əsaslanır. ABŞ bank sistemində risklərin artması fonunda “Brent” markalı neftin qiyməti bir barel üçün 78 dollara endikdən sonra belə onun kotirovkaları Azərbaycan büdcəsində müəyyən edilmiş səviyyədən 1,6 dəfə yüksək olaraq qalır”. “Qazprombank” hesab edir ki, neftin qiyməti bu səviyyədə qalsa belə, ilin sonuna kimi Azərbaycan büdcəsində ÜDM-in təxminən 1 %-i həcmində profisit yarana bilər. O da vurğulanır ki, Avropada “mavi yanacağa” artan tələbatı qarşılamaq üçün TAP vasitəsilə təbii qazın tədarükü artdıqca, Azərbaycanın neft-qaz sektorunun bərpası qısa müddətdə sürətlənəcək: "Yanvar-fevral aylarında ölkənin neft-qaz sektorunda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 3,6 %-ə qədər səngiyib. Bu, qaz hasilatının illik ifadədə 4 % artması ilə əlaqədardır”. Bank analitiklərinin  fikrincə, yanvar-fevral aylarında Azərbaycanın ÜDM-in dinamikası əsasən ötən ilin yüksək baza effekti ilə bağlı olub, belə ki, o zaman iqtisadi artım illik müqayisədə 6,7 % təşkil edib: "Maraqlıdır ki, neftin qiymətinin düşməsi fonunda qeyri-neft-qaz sektoru Azərbaycanın iqtisadi artımının əsas təkanverici qüvvəsinə çevrilib. Qeyri-neft-qaz sektorunda artım illik ifadədə 1,7 %-dən 4,6 %-ə yüksəlib. Bu, cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatını müsbət dinamikaya yönəldən əsas amil olub. Hesab edirik ki, Qarabağda layihələrin həyata keçirilməsi sayəsində qeyri-neft-qaz sektorunda artım bərpa olunacaq".“Qazprombank”ın iqtisadçıları hesab edirlər ki, bu layihələr Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafına güclü təkan verir. 2022-ci ildə azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin maliyyələşdirilməsinə 6,5 milyard manata yaxın vəsait xərclənib ki, bu da ÜDM-in 5 %-ni təşkil edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ