Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycana xaricdən gələn sərmayənin həcmi kəskin artdı

Image


2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 6,276 milyard  dolları təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, bu, 2021-ci illə müqayisədə 30,9 % çoxdur. 

Hesabat dövründə investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 71 % olub ki, bu da 1 il əvvələ nisbətən 12,5 faiz bəndi azdır.

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların 28 %-i və ya 1 milyard 759,9 milyon dolları Birləşmiş Krallığın, 18,9 %-i və ya 1 milyard 187,1 milyon dolları Türkiyənin, 13,2 %-i və ya 825,7 milyon  dolları Kiprin, 8,3%-i və ya 517,9 milyon  dolları Rusiyanın, qalanları isə digər ölkələrin payına düşüb. Ötən ilin nəticələri göstərir ki, Azərbaycana investisiya qoyan ölkələrin hamısı yatırdıqları sərmayənin həcmini artırıb. Ən çox nisbət artımı Rusiyadan yatrılan sərmayələrin həcmində özünü göstərib. Ümumiyyətlə, ötən il birbaşa xarici investisiyalarda qeydə alınan 1.5 milyard dollarlıq artımın təxminən üçdə ikisi iki ölkə ilə bağlıdır. Bunlar Rusiya və Türkiyədir. Hər iki ölkədən Azərbaycana yatırılan birbaşa xarici investisiyalar kəskin artıb. Əgər 2021-ci ildə Rusiyadan Azərbaycana cəmi 51 milyon dollar investisiya cəlb edilmişdisə, 2022-ci ildə bu rəqəm 518 milyon dollara yüksələrək 10,2 dəfə artıb. 2020-ci ildə Rusiyadan Azərbaycana 159 milyon dollar həcmində investisiya cəlb edilmişdi. 2022-ci ildə Rusiyadan cəlb edilən vəsaitlərlə bağlı göstəricilər təkcə investisiyalar üzrə deyil, digər sahələrdə də artıb. Məsələn, ötən il Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərinin həcmi 623 milyon dollardan 2 milyard 969 milyon dollara yüksəlib. Eyni zamanda, Azərbaycan banklarında xarici ölkə vətəndaşlarına məxsus vəsaitlərin həcmi də son bir ildə 294 milyon manat ekvivalentindən 1 milyard 160 milyon manat ekvivalentinə yüksəlib. Bütün bu artımın əsas səbəblərindən biri Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar və çıxan problemlər üzündən orada çalışan azərbaycanlıların öz vəsaitlərini ölkəyə gətirməsidir. Türkiyədən Azərbaycana yönələn investisiyaların artımı isə, əsasən, Qarabağdakı yenidənqurma işlərindən qaynaqlanır. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Türkiyədən Azərbaycana 578 milyon dollar investisiya yatırılmışdısa, yenidənqurma işlərinin başladığı 2021-ci ildə bu rəqəm 740 milyon dollara, ötən ilsə 1 milyard 187 milyon dollara yüksəlib. Bugünlərdə Türkiyə Podratçılar Birliyinin açıqladığı rəqəmlərə görə, inşaat şirkətlərinin Azərbaycandakı layihələri kəskin artıb. 2019-cu ildə Türkiyə şirkətlərinin Azərbaycanda icra etdikləri layihələrin dəyəri 556 milyon dollar idi. Ötən il belə layihələrin dəyəri 1 milyard 765 milyon dollara yüksəlib. Bu, müharibədən öncəki göstərici ilə müqayisədə üç dəfə artım deməkdir. Eyni zamanda bu göstərici ilə Türkiyə şirkətlərinin xaricdə ən çox tikinti fəaliyyəti apardığı ikinci ölkə Azərbaycan olub. İndi sözügedən inşaat şirkətlərinin xarici ölkələrdəki dövriyyəsində Azərbaycanın payı 10 faizdir. 2019-cu ildə bu pay cəmi 2.9 faiz idi.

Mərkəzi Bankın açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycana ən çox xarici birbaşa investisiya yatıran ölkənin adı bu il də dəyişməyib. Böyük Britaniya ötən il də Azərbaycana ən çox investisiya yatıran ölkə adını qoruyub. Unutmaq olmaz ki, Böyük Britaniya Azərbaycanın hasilat sənayesində ən böyük paya sahib ölkələrdən biridir. Böyük Britaniya və Türkiyədən sonra Azərbaycan iqtisadiyyatına ən çox vəsait yatıran ölkə Kiprdir. Burada Güney Kiprdən söhbət gedir. Ötən il Kipr şirkətləri Azərbaycan iqtisadiyyatına 826 milyon dollar investisiya yatırıb. Bu, ilboyu Azərbaycana yatırılan xarici investisiyaların 13.2 faizi deməkdir. Eyni zamanda, 2021-ci illə müqayisədə Kiprdən cəlb edilən investisiyaların həcmində 500 milyon dollardan çox artım qeydə alınıb. Azərbaycanda xarici investisiyalarla bağlı açıqlanan göstəricilərdə müxtəlif ölkələrdən cəlb edilən investisiyaların hansı şirkətlər tərəfindən və hansı sahələrə yatırıldığı ilə bağlı rəqəmlər əksini tapmır. Bu üzdən, Kiprdən cəlb edilən investisiyaların hansı sahələrə yönəldiyi sualı açıq qalır. Qeyd edək ki, Azərbaycanın neft-qaz sektoru hələ də investisiya cəlbi baxımdan ön planda yer alır. Hesab edilir  ki, belə vəziyyətdə qeyri-neft sektoruna xarici investisiya axınını artırmaq üçün bu istiqamətdə güzəştlərin tətbiqi çox vacibdir. Amma burda incə bir məqam var. Xarici investor bir ölkəyə vəsait yatıranda onu maraqlandıran əsas məsələ daha tez gəlir götürmək olur. Ona görə də xarici investorlar ən çox xammal əldə olunan sahələrə meyl göstərirlər ki, maliyyə vəsaiti yatıraraq xammal əldə etsinlər və onun dərhal satışını həyata keçirsinlər. Onlar hansısa müəssisə yaratmağa, emal sahəsində infrastruktur qurmağa, birgə müəssisələr təşkil etməyə və məhsul istehsal edib yerli ölkənin adıyla daxili və ya xarici bazarda satmağa bir o qədər maraq göstərmirlər. Bu fonda stimullaşdırıcı addımlar xaricdən Azərbaycana qeyri-neft sektoruna da sərmayə həcmini kəskin artıra bilər. Son illər Azərbaycanda dövlət səviyyəsində mövcud investisiya mühitinin daha da yaxşılaşdırılması üçün xeyli iş görülür. Xüsusən də qeyri-neft sektoruna xarici investorların cəlbi üçün vergi və digər sahələrdə yumşaltmalar edilməkdə, güzəştli xarakter daşıyan addımlar atılmaqdadır. Bu istiqamətdə daha genişmiqyaslı tədbirlər zəruri hesab olunur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ