Bazar günü günü, 16 avqust 2026
     

Qeyri-neft sektoru Azərbaycana gözlənildiyindən də çox pul qazandırmağa başlayıb...

Image


Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu, qeyd edilən istiqamət üzrə ixrac həcminin kəskin artımı fonunda da özünü büruzə verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu xüsusda maraqlı açıqlamalar verib: “Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk”. Nazir qeyd edib ki, yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 milyard dolları ötəcək. Aparılan hesablamalar göstərir ki, Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac keçən ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon dollar və ya 44 faiz artıb. Belə ki, cari ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,4 milyard dollar təşkil edib. İlin sonunda isə bu göstərici 2,6 milyard dollar təşkil edəcək. İlin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixracda 2021-ci il üçün nəzərdə tutulan 2 milyard dollarlıq həddin keçilməsi və nəticədə daha çox valyutanın məhz bu sektor üzrə ölkəyə daxil olması isə yüksək qiymətləndirilir. Elə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşır. O qeyd edir ki, qeyri-neft sektorunun ixrac artımının əsas səbəblərindən biri qeyri-neft məhsullarımızın ixrac strukturunun dəyişməsidir: “Qeyri-neft məhsulları üzrə ixraca diqqət yetirsək, ölkələr üzrə strukturda da dəyişiklik var. Məsələn, Türkiyənin qeyri-neft ixracatında payının artması müşahidə olunur. Eləcə də artıq Avropa ölkələri Azərbaycanın qeyri-neft ixracatında ilk beşlikdədir. Bu da, təbii ki, qeyri-neft məhsullarımızın keyfiyyət baxımından ixrac imkanlarının dəyişməsi deməkdir. Azərbaycanın ixrac etdiyi məhsullarda əsasən sənaye mallarının payının artması müşahidə olunur. Onların böyük bir qismi də sənaye parklarında istehsal olunan məhsullardır. Azərbaycan qeyri-neft məhsullarının keyfiyyətinə nail ola bilib. Bu da, təbii ki, gələcək illərdə artım tempinin qorunub saxlanması üçün ciddi bir baza formalaşdırır”.

Qeyd edək ki, Azərbaycanda ümumi daxili məhsul istehsalının 40,1%-i sənayenin payına düşür. Bu da orta dünya göstərici olan 24,8%-dən əhəmiyyətli dərəcədə yüksəkdir. Müqayisə üçün qeyd edək ki, sənayenin ümumi daxili məhsulda payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2%, Avrozonada 21,5% və  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində isə 21,1%-dir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Bu da o deməkdir ki, Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir. İqtisadşılar qeyd edir ki, postkonflikt quruculuğu, həmçinin, tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamental iqtisadi artımı stimullaşır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, Azərbaycanın cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti 2021-ci ildə 7,8% təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi – 1,7%-dən əhəmiyyətli şəkildə üstün olacaq. Proqnozlara görə, Azərbaycan cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaq. Ekspertlər qeyd edir ki, Azərbaycan postneft dövrünə hazırlaşsa da, hazırda enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyur və ciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir. Bundan başqa, dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanı – Zəngəzur dəhlizini gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına mühüm töhfə verəcək.

Ümumiyyətlə, ölkəmizdə postpandemiya və postkonflikt dövründə yeni strateji mərhələyə keçid baş verir. Bu fonda hazırda 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf strategiyası hazırlanıb və təsdiq edilmə mərhələsindədir. Bütün iqtisadi inkişaf istiqamətləri bu strategiyada öz əksini tapıb. Strategiya çərçivəsində iqtisadi artımın davamlı olması üçün dövlət - özəl sektör əməkdaşlığının genişləndirilməsi, regionlarda mövcud iş resurslarının iqtisadi fəaliyyətə cəlb edilməsi və digər bu qəbildən olan amillər nəzərdə tutulur. Bu əsasda ölkədə innovasiyalı yeni iqtisadi artım modeli formalaşdırılacaq. Yeni strategiya layihəsi həyata keçirməklə ölkədə cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər görüləcək. Artım nəticəsində adambaşına düşən ümumi daxili məhsul 10 min manatı keçəcək. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2022-2026-ci illərdə dünyada iqtisadi artım tempi 3%-dən çox olacaq. Qeyd edilən strategiyanın icrası nəticəsində ölkəmizdə  4% ətrafında ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunda isə 5% artım olacağı proqnozlaşdırılır. Eyni zamanda, proqnozlara görə, turizm sektorunun ikirəqəmli artımı gözlənilir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ