Cümə günü, 27 noyabr 2026
     

Azərbaycanın türkmən qazı üçün Avropa yolunu açması Qərbdə yüksək dəyərləndirildi

Image


Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti ilə əlaqədar imzalanan müqavilə əhəmiyyətli sənəddir. Bu sözləri İran prezidenti İbrahim Rəisi dövlət televiziyasına müsahibəsində səsləndirib. O bildirib ki, bu müqavilə hər üç ölkənin iqtisadi inkişafını sürətləndirəcək.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən, dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərzisindən idxal olunacaq. Həyata keçiriləcək bu əməliyyat İran üçün olduqca mühüm xarakter daşıyır. Belə ki, İranın iri qaz yataqları ölkənin cənub rayonlarında yerləşir və ölkənin şimal rayonlarını qazlaşdırmaq çətinlik törədir. Aşqabadda imzalanan müqaviləyə əsasən isə, İran Türkmənistan vasitəsilə şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək. Əvəzində Türkmənistandan alınan həcmdə qaz Azərbaycana ötürüləcək və buradan da dünya bazarlarına çıxarılacaq. Nəticədə Azərbaycan tranzit ölkə kimi bu razılaşmadan əlavə vəsait qazanacaq, Türkmənistan da dünya bazarlarına əlavə qaz nəql etmək imkanı əldə edəcək. Xatırladaq ki, dekabrın 22-dən başlayaraq İran ərazisindən Azərbaycana 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq. Bütün bunlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Məsələn, amerikalı analitik Pol Qobl qeyd edir ki, Türkmənistandan İrana və Azərbaycana təbii qazın nəqlinə dair svop sazişi Aşqabadı Bakıya və Ankaraya daha da çox bağlayacaq. O, İranın da beynəlxalq əməkdaşlığı daha da gücləndirə biləcəyini diqqətə çatdırıb: “Belə bir razılaşma daha səmərəli əməkdaşlıq qurmağın vasitəsidir. Fikrimcə, Türkmənistanın iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu, Aşqabadı Bakıya və Ankaraya daha çox bağlamaqla İrana da faydalı olacaq”. Onun fikrincə, bu razılaşma sayəsində Azərbaycan təbii qaz ixracatını daha da artıra biləcək. Amerikalı ekspert Culian Bouden isə hesab edir ki, svop qaz tədarükü haqqında Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış razılaşma Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki istehsal müəssisələri arasında birbaşa əlaqənin təmin edilməsi üçün zəmin yaradır: “İllik 10 milyard kubmetr qaz ötürmək qabiliyyətinə malik boru xətti ilə birləşmə həm Azərbaycan, həm də Cənub Qaz Dəhlizi üçün əlavə dayanıqlı qaz tədarükünü təmin edəcək. Birbaşa əlaqənin olması Xəzərin Türkmənistan tərəfində metan itkisi problemini həll edə bilər”. Onun sözlərinə görə, svop haqqında razılaşma Türkmənistan və Azərbaycan arasında Xəzər vasitəsilə birbaşa əlaqənin zərurətini azaltmır: "Bu razılaşma Türkmənistana qaz ixracını bir qədər artırmaq, Azərbaycana isə ehtiyac duyduğu qazın bir hissəsini əldə etmək imkanı verəcək. Enerji və qaz sahəsində regional əməkdaşlığı hər vasitə ilə alqışlamaq lazımdır”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə “report”a açıqlamasında qeyd edir ki, Azərbaycan daha çox həcmdə Türkmənistan qazı əldə edə bilsə, Avropaya təbii qaz ixracatını daha da artıra, həmin regionun qısamüddətli və uzunmüddətli ehtiyaclarını da qarşılaya biləcək: “Uzunmüddətli məqsədlər üçün Azərbaycandan nəql edilən təbii qaz bütün Avropa, Balkan və onun hüdudlarından kənarda “mavi yanacağın” paylanması üçün müəssisələrin yaradılmasına töhfə verə bilər. Azərbaycan, Türkmənistan, İran arasında ildə 2 milyard kubmetr qazın qarşılıqlı tədarükünə dair razılaşma çox mühüm hadisədir. Pandemiya ilə bağlı bütün dünyada qısamüddətli perspektiv üçün təbii qaza böyük tələbat var”. Ekspertin sözlərinə görə, hətta hazırkı böhranlı vəziyyət olmasa belə, Azərbaycanla Türkmənistanın bu əməkdaşlıq üçün tutarlı iqtisadi və strateji səbəbləri var. Bu arada qeyd edək ki, Avropa ölkələri cari il yeraltı anbarlara vurulan qaz həcminin təxminən dörddə birini artıq istifadə edib. Bu da o deməkdir ki, Avropada qaza daha çox tələb yaranacaq. Bu da həm Azərbaycanın, həm də ölkəmiz vasitəsilə Avropaya çıxarılan qazın realizəsi baxımından əlverişli şəraitin olmasından xəbər verir. Bu günlərdə isə nüfuzlu “Əl Cəzirə” telekanalı da belə bir məqama diqqət çəkib ki, Azərbaycanın hədəfi Avropanın əsas enerji təchizatçısı olmaqdır. SOCAR-ın Marketinq və investisiyalar üzrə vitse-prezidenti Vitali Bəylərbəyov kanala açıqlamasında Azərbaycanın Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya və Bolqarıstan bazarlarında tədarükçü olduğunu, eyni zamanda, Şərqi, Mərkəzi Avropa ölkələri və Balkan yarımadasında da əsas qaz təchizatçısına çevrilmək istədiyini bildirib. O da diqqətə çatdırılıb ki, Azərbaycanın inşa etdiyi boru kəmərləri vasitəsilə daha böyük həcmdə Türkmənistan qazının Avropaya nəqli həyata keçiriləcək. Bu arada daha bir maraqlı məqam odur ki, Amerikanın “Transcaspian Resources” şirkəti Türkmənistana “Caspian Connector” layihəsini həyata keçirməyi təklif edib. Şirkətin rəhbəri Allan Mustardın sözlərinə görə, layihə Türkmənistanın dəniz yataqlarındakı təbii qazın Azərbaycanın enerji nəqliyyatı infrastrukturu ilə daşınmasını nəzərdə tutur. Şirkətin rəhbəri bildirib ki, mövcud infrastrukturun potensialını maksimum dərəcədə artıracaq layihə “Transxəzər” boru kəməri layihəsindən az investisiya tələb edir. Mustard qeyd edib ki, “Caspian Connector” layihəsi kifayət qədər sadə layihədir və Türkmənistanın illik 10-12 milyard kubmetr təbii qaz ixracına zəmanət verə bilər.

Ramil QULİYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ