Bazar ertəsi günü, 12 oktyabr 2026
     

İqtisadi xaosa yuvarlanan Ermənistan Azərbaycan qarşısında diz çökür…

Image


İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğrayaraq Azərbaycanın 20 faiz ərazisi üzərində nəzarəti itirən və böyük gəlirlərdən məhrum olan Ermənistanda iqtisadi vəziyyət sürətlə pisləşməkdə davam edir. Hazırda iqtisadiyyatla bağlı ən çox müzakirə edilən məsələlərdən biri qiymət artımıdır.

Son aylarda iqtisadi vəziyyətin daha da pisləşməsi inflyasiya templərini əhəmiyyətli dərəcədə artırıb. Erməni mediası yazır ki, 2019-cu ildən fərqli olaraq, bu ilin dekabrında rekord qiymət artımı müşahidə olunacaq. Artıq Yeni il qabağı ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Bu ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 10,4 faiz, spirtli içkilərin qiymətləri 22 faiz bahalaşıb. Məsələ ilə bağlı “nyus.am” portalı yazır: "Əslində, hər şey daha pisdir. Alıcılar hər dəfə mağazalara baş çəkəndə yeni qiymətlərin əvvəlkindən xeyli yüksək olduğunu müşahidə edir. Yeni ilin yaxınlaşması ilə gündəlik tələbat mallarının növbəti dəfə bahalaşması gözlənilir. Bahalaşma dekabr ayında satışların da azalmasına səbəb olacaq". Gələn il bir sıra kommunal xidmət tariflərinin artırılması ilə bağlı mütəmadi məlumatlar Ermənistan cəmiyyətində vəziyyəti daha da gərginləşdirir. Artıq Ermənistanda ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya suyun qiyməti ilə bağlı yeni tarif müəyyənləşdirib. Məlumata görə, 2022-ci ildən etibarən suyun bir kubmetrinin qiyməti hazırkı 180 dramdan (0,63 qəpikdən) 200,47 dramadək (0,71 qəpik) bahalaşıb. Ermənistanda İctimai xidmətin tənzimlənməsi üzrə Komissiyanın sədri Qaregin Baqramyan bildirib ki, ölkədə elektrik enerjisinin qiyməti 2022-ci ilin fevralından bahalaşa bilər. Onun sözlərinə görə, təbii qazın qiymətinin bahalaşması müqavilələrdən asılıdır. “Metsamor” atom elektrik stansiyasının 5-ci bloku üzrə bağlanacaq müavilənin buna təsir edəcəyi istisna olunmur: “Bunlar bir-biri ilə bağlıdır. Ehtimal edirəm ki, başqa amillər də var”. Xatırladaq ki, Ermənistan elektrik enerjisi və təbii qaza olan ehtiyacını İran və Rusiya vasitəsilə təmin edir. Rusiya Ermənistana min kubmetr qazı 165 dollara satır. İran hər il Ermənistana 400-500 milyon kubmetr “mavi yanacaq” ixrac edir. İslam Respublikası bu ölkədən bir kubmetr qaza görə 3 kilovatt/saat elektrik enerjisi alır. Kommunal xidmətlərin bahalaşması Ermənistanda yaşayış səviyyəsini daha da ağırlaşdıracaq. İnflyasiyanın növbəti mərhələsində isə əhalinin əksəriyyətinin həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə pisləşəcək. Əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələri, yalnız pensiya və ya aşağı maaşla yaşayan ailələr üçün xüsusilə çətin olacaq.

“Aysor” nəşri bu xüsusda bildirir ki, Ermənistanda yoxsulluğun da səviyyəsi durmadan artır. Bildirilir ki, Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə yoxsulluq həddi 27 faiz olub. Bu, 2019-cu illə müqayisədə 0,6 faiz çoxdur. Cari ildə isə bu rəqəm daha da yüksələcək. O da  qeyd edilir ki, Ermənistan əhalisinin 78 faizi yaşadığı evdən kənarda bir həftə yaşaya bimir. Ölkə vətəndaşlarının 75 faizi konsert, idman yarışları, film seyr etmək kimi müxtəlif ödənişli əyləncəli tədbirlərdə müntəzəm iştirak etmir. Əhalinin 68 faizi gözlənilməyən maliyyə məsrəfləri edə bilmir. Ermənistan əhalisinin 47 faizi qırmızı ət, toyuq əti, balıq, yaxud gündəlik vegeterian qidalarına ekvivalent başqa yeməklər qəbul etməkdən məhrumdur. Əhalinin 60 faizinin avtomobili yoxdur, ölkə vətəndaşlarının 30 faizi geyimini təzələyə bilmir. Məlumata əsasən, Ermənistanda ekspertlər bu rəqəmin reallığı əks etdirmədiyini bildirib. İqtisadçı Tacos Avetisyan deyib ki, yoxsulluğun həddi statistik göstəricidən də artıqdır: “Sosial problemlərin kəskinləşəcəyi təhlükəsi var. Yoxsulluq amili iqtisadiyyatın qısa bir zamanda bərpasına maneədir. Ölkədə yoxsulluğun artması əlavə problemlər yaradacaq”.

Bu şəraitdə ölkədən köçənlərin də sayı artır. “Sputnik Armenia” yazır ki, bu ilin ilk 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb: “2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi. Rəqəmlər onu göstərir ki, inqilabdan sonra miqrasiya faizi azalmışdı. Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”. Erməni ekspertlər bu durumda qeyd edir ki, Ermənistan bir ölkə kimi daha da zəif hala gəlib. Elə bu səbəbdən onlar Azərbaycanla münasibətlərə yenidən xüsusi diqqət etməyi, Bakının dedikləri ilə razılaşmağı vacib sayır. Hərbi ekspert Vaan Ambartsumyan bildirir ki, Ermənistanın Azərbaycanla müharibəsi intihar deməkdir:  “Biz Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovanisyan deyilik, ağlı başında olan adamlarıq. Gəlin, real olaq. Ermənistanın Azərbaycanla müharibəsi intihar deməkdir”. Ambartsumyan bu fikirləri ilə paralel olaraq, Azərbaycanla yeni müharibə çağırışları edən soydaşlarına qarşı istehza dolu gülüşünü də gizlətməkdən çəkinməyib. Erməni siyasi ekspert Suren Sarkisyan isə qeyd edir ki, bu vəziyyətdə Ermənistanın bəzi xarici ölkələrdəki səfirləri Qarabağla bağlı yeni tezislər irəli sürür. Onun fikrincə, bu və ya digər ölkənin hakimiyyət orqanları ilə görüşən zaman erməni səfirləri bölgədə sülh dövrünün başlanması üçün onlardan kömək istəyirlər: “Başqa sözlə, Qarabağ probleminin artıq həll olunduğunu və Qarabağın artıq Ermənistan üçün prioritet olmadığını deyirlər. Onların yerləşdiyi ölkələrdə bu, Qarabağdan tamamilə imtina mövqeyi kimi qəbul edilir. Xarici ölkələrə çatdırılır ki, Qarabağın qalan hissəsini də heç bir şəkildə əldə saxlamağa ehtiyac yoxdur”.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ