Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Tranzit yükdaşımalar Azərbaycana daha çox pul gətirir, Zəngəzur dəhlizindən sonra isə...

Image


Aparılan hesablamalar göstərir ki, cari ilin yanvar-oktyabr aylarında ölkəmizdə dəmir yolu nəqliyyatı ilə 5 milyon 709,6 min ton yük daşınıb. Bu yüklərin dəyəri 2 milyard 496,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 585,3 min ton yükün dəyəri 879,4 milyon dollar təşkil edib. Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 124,2 min ton, dəyəri isə 1 milyard 617,3 milyon dollar olub. Səslənən rəqəmlər bir daha təsdiq edir ki, qeyri-neft sektorunun mühüm bir qolu kimi yükdaşımalar Azərbayacana böyük həcmdə gəlir gətirir. Özü də yuxarıda səslənən rəqəm təkcə dəmir yolu ilə daşınan yüklərə aiddir. Avtomobil, hava, dəniz yolu ilə də yükdaşımalardan Azərbaycan böyük həcmdə gəlir əldə edir. Bu fonda hesab olunur ki, Zəngəzur dəhlizi işə düşdükdən sonra Azərbaycan tranzit daşımalardan daha böyük miqdarda gəlir əldə edəcək. Bunu deputat Vüqar Bayramov da xüsusi olaraq qeyd edir. O vurğulayır ki, kommunikasiyaların paralel bərpası, eyni zamanda, nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına uyğundur. Deputat qeyd edib ki, Azərbaycan bölgənin nəqliyyat qovşağına çevrilir: “Xüsusən Zəngəzur dəhlizinin istifadəyə verilməsi və həmin dəhlizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyası Azərbaycan üçün beynəlxalq yükdaşımalar, həm də ölkəmizdə istehsal edilən məhsulların daha böyük bazarlara çıxarılması baxımından vacib hesab olunur. Praktiki olaraq, bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına və ölkəyə daxil olan valyutanın həcminin artmasına xüsusi töhfə verəcək. Son illər Azərbaycan nəqliyyat sektorunda infrastrukturun ciddi şəkildə təkmilləşməsinə nail ola bilib. Bu da, təbii ki, beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya baxımından vacibdir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən reallaşması ölkəmizin strateji əhəmiyyətini göstərən məqamlardan biridir. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni və müasir nəqliyyat infrastrukturu qurulur. Bu da ölkə iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək. Azərbaycanda mövcud olan və istifadəyə veriləcək yeni nəqliyyat dəhlizləri qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq”.

Digər ekspertlər də bildirir ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında körpü rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilə bilib. Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsi ilə bölgədə yaranan yeni geosiyasi reallıqlar yeni imkanlar açır. Bu fonda Zəngəzur dəhlizinin açılması ilə region iqtisadiyyatında yeni mərhələ başlana, yeni fürsətlər yarana bilər. Bu, Ermənistan üçün də tarixi şans sayılır. Elə Ermənistan parlamentinin sabiq deputatı Stepan Qriqoryan da məsələyə bu prizmadan yanaşır. O, İrəvanın Bakı və Ankara ilə münasibətələrə artıq xüsusi diqqət etməsinin vacibliyini önə çəkir, Zəngəzur dəhlizi üzrə əməkdaşlığı mühüm hesab edir: “Ermənistan müharibəni uduzub və hazırda zəif vəziyyətdədir. Hökumət Türkiyə və Azərbaycanla danışıqlar aparmalıdır, amma bu, Rusiya kimi vasitəçilər olmadan gerçəkləşməlidir”. Qriqoryan Türkiyənin bölgədə Rusiyaya alternativ ola biləcəyini vurğulayıb: “Türkiyə məntiqli və proqnozlaşdırıla bilən bir ölkədir. Türkiyə öz siyasətinə uyğun olaraq ciddi xarici siyasət yürüdür”. Türkiyə və Azərbaycanın Zəngəzurda dəhliz açmaq istəyinin ağlabatan olduğunu qeyd edən Qriqoryan bildirib: “Türkiyə Azərbaycan, Ermənistan və Orta Asiyaya avtomobil və dəmir yollarının olmasını istəyir. Bununla regionun ortaq tarixə, mədəniyyətə və dilə malik ölkələri ilə yaxın olmaq istəyir. Bu başadüşüləndir. Bunun Ermənistanın maraqlarına zidd olduğunu deyə bilmərik. Rusiya da bunu dəstəkləyir və Ermənistana bu istiqamətdə təzyiq edir”. “Dəhliz” ifadəsinin Ermənistanda narahatlığa səbəb olduğunu və buna nəzarətin tamamilə türklərə və ruslara keçəcəyi ilə bağlı fikirlər olduğunu bildirən Qriqoryan deyib: “Buna millətçi dairələrdən etirazlar var. Biz demokratik ölkəyik. Hər kəs öz fikrini bildirə bilər. Azərbaycan bu dəhlizin Ermənistanın suverenliyinə qarşı olmadığını deyir. Hesab edirəm ki, Rusiya bu məsələdə tərəfləri manipulyasiya edir və ona görə də Moskva kimi vasitəçi olmadan danışıqlar aparılmalıdır”. Qriqoryan Türkiyənin Ermənistan üçün davamlı və etibarlı tərəfdaş olmaq potensialına malik olduğunu söyləyib: “Türkiyənin Azərbaycana dəstəyi və onunla müttəfiqliyi başadüşüləndir və bu müzakirə olunmamalıdır. Bununla yanaşı, Ermənistanla ağlabatan və balanslı əlaqələr qura bilər. Eyni şey Ermənistana da aiddir. Biz Rusiya vasitəsilə deyil, Türkiyə və Azərbaycanla birbaşa əlaqələrin qurulması yoluna baxmalıyıq. Bunun asan olacağını demirəm. Bəli, bir çox məsələlərdə fikir ayrılıqları var, amma danışıqlar aparılmalıdır, buna başlamaq lazımdır”. Sabiq deputat Qarabağ məsələsinin Türkiyə və Ermənistan arasında ilk normallaşma prosesini əngəllədiyini xatırladıb: “Azərbaycan indi Qarabağ ətrafındakı 7 rayonu geri alıb, Şuşa və Hadrut da daxil olmaqla Qarabağın böyük hissəsinə nəzarət edir. Bu gün bizim sülhü bərqərar etmək şansımız daha böyükdür. İndi tərəflər vasitəçisiz masa arxasında əyləşə bilər”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ