çərşənbə günü, 30 sentyabr 2026
     

Azərbaycan iqtisadiyyatında yeni dinamik inkişaf mərhələsi başlayır

Image


Aparılan hesablamalar göstərir ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 47 milyard 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Özü də artımın əsasını yenə qeyri-neft sektoru təşkil edib.

Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 4720,8 manata bərabər olub. Beləliklə, koronavirus pandemiyasının təsiri ilə Azərbaycan iqtisadiyyatında ötən ilin mayından nəzərə çarpan geriləmə bir ildən sonra dayanıb və artıq bu sahədə artım müşahidə olunur. Dünya iqtisadiyyatında hazırda da ciddi geriləmələrin nəzərə çarpdığı və bu səbəbdən Azərbaycan iqtisadiyyatının da müəyyən çətinliklər yaşadığı indiki vaxtda yaşanan artımı ekspertlər mühüm uğur kimi qiymətləndirir. Hazırda qeyri-neft sektorunun inkişafı iqtisadi artımı şərtləndirir. Elə bundan irəli gəlir ki, hazırda qeyri-neft sektorunun artım göstəricisi ümumi iqtisadi artımı üstələyir. Ölkənin qeyri-neft sektorunda artım göstəricisini şərtləndirən bir məqam da iqtisadiyyatın, xüsusən də sənayenin neftdən asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən layihələrdir.  Elə bunun nəticəsidir ki, iqtisadi artıma əsaslı təsir göstərən qeyri-neft-qaz sənayesi sürətlə böyüyür. Onu da xatırlatmaq yerinə düşər ki, bu gün Qarabağda sürətlə aparılan bərpa-quruculuq işləri hesabına iqtisadi artım göstəriciləri daha da yüksələcək. İşğaldan azad edilən torpaqlarda emal və dağ-mədən sənayesinin inkişafının diqqətdə saxlanması isə ölkənin ümumi iqtisadi inkişafına, əsasən də sənayeləşməyə öz töhfəsini verəcək. Ölkənin qeyri-neft sektorunda bu ilin ötən aylarında nəzərə çarpan artım dinamikasında  kənd təsərrüfatı, informasiya, rabitə xidmətləri və pərakəndə ticarət sahələrindəki canlanma, həmçinin qeyri-neft ixracında qeydə alınan artım da xüsusi qeyd edilməlidir.  

Bununla yanaşı, Azərbaycan cari il ərzində tranzit yükdaşımalardan da böyük həcmdə gəlir əldə edəcək. Bunu beynəlxalq nəqliyyat daşımaları üzrə iranlı mütəxəssis Məhəmməd Cavad Şahcuyi İranın “Mehr” agentliyinə müsahibəsində də qeyd edir. O, ilk növbədə diqqəti buna yönəldir ki, Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsinin artması “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin aktuallığını da artırır. Ekspert bildirib ki, 2018-ci ildə Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsi 11 milyard dollar dəyərində olub: “Bu dövriyyənin yalnız 10 faizinin İran üzərindən həyata keçirilməsi ölkəyə 30 milyard dollardan çox vəsait qazandırar. Bu səbəbdən də İran Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin inşasını tez bir zamanda tam bitirib istismara buraxmalıdır ki, Rusiyadan Hindistana və əks istiqamətə daşınan yüklərdən tranzit gəlirləri əldə etməyə başlasın”. Nəzərə çatdıraq ki, bu marşrutda Azərbaycan da əhəmiyyətli rola malikdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan Hindistana və əks istiqamətə gələn yüklər Azərbaycan ərazisindən keçərək İrana, daha sonra isə Çabahar limanından Hindistana daşınacaq. Hələlik “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun yalnız Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Yolun bu hissəsi də hazır olduqdan sonra, M.C.Şahcuyinin də qeyd etdiyi kimi, ticarət dövriyyəsində artım müşahidə ediləcək. Təxmini hesablamalara görə, təkcə Hindistanla Rusiya arasındakı yükdaşımalardan Azərbaycan ildə təxminən 1 milyard dollar dəyərində tranzit gəlir əldə edəcək. Lakin yükdaşımalar yalnız Hindistanla Rusiya arasında məhdudlaşmır. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar limanına daxil olan yüklərin 45 faizindən çoxu İran və Azərbaycan üzərindən Avropaya daşınacaq. Yüklərin hər tonu üçün beynəlxalq standartlara uyğun olaraq 200-400 dollar arasında tranzit haqqı ödənilir ki, bu da dövlət büdcəsinə külli miqdarda valyuta axınının təmin edilməsi deməkdir. Bu isə Azərbaycanda iqtisadi inkişafa əlavə təkan verəcək.

Deputat Vüqar Bayramov bu inkişafı şərh edərkən bildirib ki, cari ilin fevralından etibarən sərt karantin rejiminin yumşaldılması ölkədə iqtisadi inkişaf tempinə təsir göstərib. Onun fikrincə, 2020-ci ilin tədbirləri göstərdi ki, pandemiya başladıqdan sonra inkişafa ən çox təsir göstərən amil sərt karantin tədbirlərinin tətbiq edilib-edilməməsidir: “ Xüsusən iyundan etibarən iqtisadiyyatda daha geniş tədbirlər həyata keçirildi, bu da real sektorda həm istehsal, həm də xidmətə birbaşa təsir göstərdi. Bu baxımdan birinci yarımildə və 7 aylıq yekunlarda iqtisadi artımın olacağı gözlənilən idi. Çünki praktik olaraq sərt karantin tədbirlərinin tətbiq olunmaması, yumşalmaya gedilməsi, eyni zamanda neftin dünya bazar qiymətinin məqbul səviyyədə olması Azərbaycan iqtisadiyyatının inkişafı üçün praktik olaraq zəmin yaratdı”. Vüqar Bayramov qeyd edir ki, sərt karantin rejiminin tətbiq edilməməsi fonunda iyundan real sektorun yenidən canlanması müşahidə olunub: “Bu da iqtisadi inkişafa təsir göstərən amillərdəndir. Ona görə 2.7 faiz iqtisadi artımın olması gözlənilən idi”. O, növbəti dövrdə iqtisadi artım tempinin yenə də pandemiyanın təsirlərindən asılı olacağını hesab edir. İqtisadçı vurğulayır ki, sərt karantin rejiminə gedilmədən iqtisadiyyatdakı açılım qorunub saxlanılacaqsa, o zaman ilin sonuna qədər Azərbaycan iqtisadiyyatının təxminən 3.5 faiz böyüyəcəyi proqnozlaşdıırlır: “Amma təbii ki, bu gözləntinin reallaşması birbaşa sərt karantin tədbirlərinin edilib-edilməməsindəna asılı olacaq. O baxımdan növbəti payız aylarında birmənalı sərt karantin tədbirlərinin tətbiq olunub-olunmaması iqtisadi inkişaf, həm də real sektorun inkişafı baxımından əsas faktorlardan biri olacaq. Əgər epidomoloji vəziyyət sərt karantin tədbirlərinin tətbiq olunmamasına imkan verırsə, növbəti aylarda Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayacaq”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ