çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycan Pakistan bazarlarına dəmir yolu ilə birbaşa çıxış imkanı qazanır...

Image


Bu gün Azərbaycan xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biri də Pakistanla bağlıdır. Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirməkdə olduqca maraqlıdır. Elə Pakistan da eyni mövqedən çıxış edir.

Faktdır ki, Azərbaycanla Pakistan arasında ənənəvi dostluq münasibətləri formalaşdırılıb, ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli, beynəlxalq və regional maraqlar əsasında qurulub. Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın potensialı çox böyükdür.

Pakistanın inkişaf etmiş kənd təsərrüfatı, yüngül və əczaçılıq sənayesinin olması, Azərbaycanın isə enerji sektoru, infrastruktur tikintisi və digər sahələrdə böyük imkanlara malik olması qarşılıqlı əməkdaşlığın faydalı olacağını indidən deməyə əsas verir. Azərbaycan üçün Pakistandan düyü, tərəvəz, meyvə, tibb və əczaçılıq preparatları, tekstil, idman malları idxal etməyə böyük imkan olduğu kimi, eyni zamanda Azərbaycan da yüksək keyfiyyətli pambıq, meyvə, dərman, yağ və neft, əlvan metallar ixrac edə bilər. Müdafiə sahəsində əməkdaşlıq özünün yüksək trayektoriyasını göstərməkdədir.

Tərəflər arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün də yeni imkanlar açılır. Söhbət iki ölkə arasında dəmir yolu ilə əlaqə yaradılmasından gedir. Məsələ burasındadır ki, Türkiyə, İran və Pakistan 2009-cu ildə başladılan İstanbul-Tehran-İslamabad (ITI) dəmir yolu layihəsini canlandıracaqlarını elan ediblər. Xatırladaq ki, dəmir yolu layihəsi üzrə bir neçə sınaq reysinin həyata keçirilməsinə baxmayaraq, tam fəaliyyətə başlanılmayıb. AmmaTürkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, layihə üzrə işlərə bu il yenidən başlanacaq. Tarif dərəcələri və vaxt cədvəli hazırlandıqdan sonra əvvəlcə konteynerlərin hərəkəti, daha sonra adi vaqonlarda yüklərin daşınması təmin ediləcək. Qeyd edək ki, dəmir yolu tam hazır olanda İran, Türkiyə və Pakistan liderləri tərəfindən 1985-ci ildə qurulan inkişaf, ticarət və investisiya platforması olan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Əfqanıstan, Azərbaycan və beş Orta Asiya dövləti daxil olmaqla, digər ölkələrin də ticarətini artıra bilər. Dəniz yolu ilə 45 gün çəkən 6,5 min kilometrlik Pakistan-Türkiyə marşrutu üzrə dəmir yolu ilə daşıma müddəti təxminən 11 günə enəcək. Pakistanın ən yüksək iqtisadi qurumu tərəfindən ötən ilin avqust ayında təsdiqlənən layihə 6,8 milyard ABŞ dollarına başa gələcək, maliyyənin 90 %-ni Çin təmin edəcək. Bölgə üçün böyük potensiala malik İstanbul-Tehran-İslamabad dəmir yolu layihəsinin yekunlaşdırıla bilinməməsinin əsas səbəbi isə İrana tətbiq edilən iqtisadi embarqolardır. Bundan başqa, qeyri-kafi infrastruktur səbəbindən yalnız yük qatarı səyahətləri sınaqdan keçirilib. Bundan başqa, Pakistanın dəmir yolunun beynəlxalq xətlərə qoşulması üçün yenilənməyə ehtiyacı var. Pakistanın dəmir yolu ölkənin cənub-qərbindəki Bəlucistan əyalətindəki Quettadan İstanbul-Tehran-İslamabad dəmir yolu marşrutu ilə birləşəcək. İstanbul-Tehran-İslamabad dəmir yolu layihəsində istifadə ediləcək Quetta-Taftan dəmir yolu xətti bir əsr əvvəl inşa edilib və böyük ölçüdə yenilənməlidir. Ötən ilin avqust ayında Pakistanın dəmir yolları naziri yenilənmə üçün texniki-iqtisadi əsaslandırmanın tamamlandığını və 112 milyard Pakistan rupisinin və ya 694 milyon dolların təmirə xərclənəcəyini açıqlamışdı. İstanbul-Tehran-İslamabad qatarının qrafikə uyğun olaraq işə düşməsi üçün bu prosesin sürətlə yekunlaşması lazımdır. Bu fonda xatırladaq ki,Çin uzun müddətdir Türkiyə ilə dəmir yolu əlaqələri qurmaq istəyir. Ötən ay Türkiyənin ilk ixrac qatarı İstanbuldan Çinə yola düşmüş və dekabrın 19-da Çinin Sian şəhərinə çatmışdı. Qatar Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə dövriyyəli olaraq Xəzər Beynəlxalq Tranzit Yolunu izlədi. İstanbul-Tehran-İslamabad dəmir yolu xətti Pekini Pakistan vasitəsilə həm İran, həm də Türkiyəyə bağlayaraq, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün bir hissəsinə çevrilə bilər. Bu halda Azərbaycan həm Türkiyə, həm də İran üzərindən Pakistana dəmir yolu vasitəsilə çıxış əldə edəcək. Elə bu da Pakistanla ticarət dövriyyəsinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı prioritetdir. O da məlumdur ki, pakistanlı iş adamları Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlıdır. Pandemiyadan əvvəl isə Pakistandan Azərbaycana gələn turistlərin sayı ildən-ilə artıb. Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması isə hər iki ölkə üçün önəmlidir. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərirlər. Dəmir yolu əlaqəsinin yaradılması bu istiqamətdə mühüm üstünlüklər vəd edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ