Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dolların sürətli çöküş dövrü başlanır...

Image


Dünyada hələ də əsas valyuta statusunu daşıyan dolların son günlərdə mövqeyi sürətlə zəifləyir. ABŞ-da hakimiyyət dəyişikliyi belə dolları ucuzlaşmaqdan xilas edə bilmir. Son vaxtlar dünyanın aparıcı valyutalarına nisbətən 10 faizədək ucuzlaşan dolların bundan sonra da dəyərdən düşməsi gözlənilir.

Belə bir vaxtda yayılan məlumata əsasən, ABŞ Federal Ehtiyat Sisteminin (FES) keçmiş rəhbəri və hazırda maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər. “Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib ki, Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır. “National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FES-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir. “Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoya görə, Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də dəlalət edir. Yeni prezident Co Baydenin andiçməsi də dollara kömək etməyib. Avro-dollar məzənnəsi artıq1,212 səviyyəsinə düşüb. Bu durumda hərraclarda dollar indeksinin azalmasının da təsiri ilə qızıl bahalaşıb. Nyu-Yorkun “Comex” birjasında qızılın fevral qiyməti 0,85 faiz bahalaşaraq 1830 dollardan satılıb. Hərraclarda dolların ucuzlaşması başqa pul vahidlərilə alış-veriş edən sərmayəçilərin qızıl almaq imkanlarını daha da artırır. Ekspertlər qeyd edir ki, daha ucuz dollar qızıl qiymətlərini dəstəkləyir, çünki bu halda xarici valyuta sahibləri üçün o, daha ucuz başa gəlir.

Hazırda investorlar ABŞ-dan gələn xəbərlərə reaksiya göstərməyə davam edirlər. Daha əvvəl sabiq prezident Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar 900 milyard dollarlıq iqtisadi yardım paketini də özündə ehtiva edən 2021-ci ilin büdcəsini imzalayıb. Bu da dövriyyəyə əlavə dollar kütləsinin daxil olması və beləliklə, ABŞ valyutasının daha da ucuzlaşması deməkdir. Bununla yanaşı, ABŞ hökumətinin iqtisadiyyata dəstək verməsinə dair proqnozlar da dolların məzənnəsinə təsir edir. Belə ki, yeni seçilən prezident Co Bayden tətbiq edəcəkləri dəstək zərfinin trilyonlarla dollar məbləğində olacağını bildirib. “IG Market” şirkətinin eksperti Kayl Rodda “Reuters”ə bildirib ki, yeni administrasiyanın iqtisadi dəstək tədbirləri infilyasiya gözləntilərini artırır ki, bu da qısa perspektivdə qızıl bazarına müsbət təsir edəcək. Bununla yanaşı, uzun perspektivdə faiz dərəcələrini aşağı səviyyədə saxlayan Federal Ehtiyatlar Sisteminin də çevikliyindən çox şey asılıdır. FES qərarları baxımından mühüm əhəmiyyət daşıyan infllyasiyaya gəlincə, ekspertlərin proqnozlarına görə, dekabr ayında ABŞ-da illik infllyasiya 1,2 faizdən 1,3 faizədək yüksəlib. Bu da dolların məzənnəsinə mənfi təsir edir. Daha bir məsələ odur ki, koronavirusa qarşı peyvənd ətrafında davam edən nikbinliklə əlaqədar ABŞ dolları əksər əsas qlobal valyutalara qarşı zəifləyir. Treyderlərin koronavirusa qarşı peyvəndin tətbiqi ilə əlaqədar qlobal iqtisadiyyatın bərpası ilə bağlı ümidləri də ABŞ valyutası üzərində təzyiq yaradır. Ümumuiiətlə, hazırda belə hesab edilir ki, dolların devalvasiyasına səbəb olacaq dörd əsas amil var. Bunlardan birincisi koronavirusa qarşı peyvənd işlərinin başladığı vaxtda ABŞ pul vahidinin, belə demək olarsa, artıq ən etibarlı saxlanc vasitəsi “vəzifəsini” təhvil verməsidir. İkincisi, FES pul-kredit siyasətini yumşaltmağa davam edir. Bununla yanaşı, ABŞ-da çoxdandır büdcə kəsiri olduğu nəzərə alınsa, dolların ucuzlaşması yerli aktivlərə tələbatı artıra bilər. Nəhayət, bir çox ekspertlər ABŞ-ın geosiyasi qüdrətinin qürubuna az qalması qənaətindədir. Bu da, heç şübhəsiz, dolların ənənəvi beynəlxalq pul vahidi statusunun da sona çatması deməkdir. Bu şəraitdə manatın da dollara nisbətdə möhkəmlənməsi qaçılmaz sayılır. Hazırda bazarın dollar satışı yüksəkdir, xarici valyutaya isə tələb azdır. Yaranmış durumda görünən budur ki, Mərkəzi Bank bu ildə də dollar-manat məzənnəsinin sabit qalması istiqamətində fəaliyyət göstərməli olacaq. Çünki 2021-ci il üçün də dövlət büdcəsində manat-dollar məzənnəsinin 1.7 səviyyəsində olması nəzərdə tutulur. Məsələnin maraqlı tərəflərindən biri isə neftin qiyməti ilə bağlıdır. Belə ki, dolların ucuzlaşması avtomatik olaraq neftin qiymətini bahalaşdıracaq. Artıq Azərbaycan neftinin satış qiyməti yenidən 56 dolları ötüb. Bu il üçün isə büdcədə neft qiyməti 35 dollardan götürülüb. Amma baş verən bir çox hadisələr neftin qiymətinin, ən azından, 60 dollarlıq həddə qalacağını göstərir. Deməli, Azərbaycanın neft gəlirləri yenə nəzərdə tutulduğundan yüksək olacaq və bu da manata əlavə təzyiq yaradan faktorlardan sayılır. Yüksək qiymət Azərbaycana daxil olan valyutanın həcminin əhəmiyyətli dərəcədə artımı deməkdir. Artan valyuta da, öz növbəsində, manat üzərində təzyiqin daha da artmasına rəvac verir. Ekspertlər isə bildirir ki, belə olan haldı Mərkəzi Bank manatın tədricən güclənməsinə imkan vermək məcburiyyətində də qala bilər. İndilikdə hesab edilir ki, Mərkəzi Bank artıq yeni ssenarilərə hazır olmalıdır. Çünki müdaxilə olmasa, dollar, avro, eləcə də bir sıra digər valyutaların manat qarşısında dəyər itirməsi qaçılmaz sayılır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ