Azərbaycan pandemiya dövründə orta aylıq əməkhaqqıda azalma tempinə görə də hamıdan yaxşı vəziyyətdə - cəmi bir manat...

Fuad İbrahimov: “Həmin ölkələrdən fərqli olaraq, biz məsələyə daha ehtiyatlı və elastik yanaşdıq”

img

Pandemiya üzündən bir sıra ölkələrdə orta aylıq əməkhaqqı daha çox azalıb. Pandemiyanın iqtisadiyyatın bir sıra sahələrinə bu və ya digər dərəcədə təsir etməsi, orta aylıq əməkhaqqının azalması ilə nəticələnib.

Ancaq maraqlıdır ki, Azərbaycanda bu sahədə azalma elə də böyük olmayıb. Orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə müqayisədə 1 manat azalıb. Məsələn, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əməkhaqqı 703,5 manat (413,8 dollar) təşkil edib ki, bu da yanvar-oktyabr aylarına nisbətən 1 manat azdır. Azərbaycanda orta aylıq əməkhaqqının maksimum göstəricisi 2020-ci ilin yanvar-mart ayları ərzində qeydə alınıb - 744,5 manat (438 dollar). O dövrdə orta aylıq əməkhaqqı illik müqayisədə  28,9% artıb və COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsir göstərməsindən sonra tədricən azalıb.

Bununla belə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bütün bunların fonunda, Azərbaycanda digər ölkələrlə müqayisədə orta aylıq əməkhaqqının elə də azalmamasının səbəbi nə ilə bağlıdır?

  • “Nəticədə nə pandemiya, nə də 44 günlük müharibə gəlirlərin ciddi azalmasına təsir edə bildi”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov Azərbaycanda pandemiya ilə əlaqədar orta aylıq əməkhaqqının elə də azalmamasını bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, bir sıra ölkələr pandemiyaya hazır deyildilər. Monitar və fiskal siyasətlə bağlı məsələləri düzgün qiymətləndirmədilər. Bu səbəbdən həmin ölkələrdə iqtisadi itkilər daha çox baş verdi. Bunun da nəticəsində orta aylıq əməkhaqları daha çox azaldı. Azərbaycanda isə bununla bağlı vəziyyət fərqli idi. Çünki həmin ölkələrdən fərqli olaraq, biz məsələyə daha ehtiyatlı və elastik yanaşdıq. 2015-ci ildə baş verən 2 devalvasiya ilə bağlı Azərbaycanda həyata keçirilən islahatların da buna müsbət təsiri oldu. Bütün bunlar ölkə iqtisadiyyatının elastikliyini artırdı. Nəticədə nə pandemiya, nə də 44 günlük müharibə gəlirlərin ciddi azalmasına təsir edə bildi. O cümlədən, orta aylıq əməkhaqqı elə də azalmadı. Hətta Azərbaycanın strateji valyuta ehtiyatları az da olsa artdı. Bu, görünməmiş bir hal idi”.

İqtisadçı onu da qeyd etdi ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda itkilər çox minimaldır.

Vidadi ORDAHALLI

Son xəbərlər