Cümə axşamı günü, 08 oktyabr 2026
     

Manatın dollar qarşısında daha güclü mövqedə olacağı dünya miqyasında təsdiqlənir

Image


Azərbaycanın iqtisadi durumu, ölkənin malik olduğu valyuta ehtiyatları fonunda manatın bundan sonra da dayanıqlı mövqedə olacağı ekspertlər tərəfindən də qəbul edilir. “The Economist” jurnalının dərc etdiyi yeni “Big Mac” indeksi isə manatın, əslində dollara nisbətən indiki kursla müqayisədə daha baha olmalı olduğunu üzə çıxarır. Jurnalın yazdığına görə, Azərbaycan manatı lazımı səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında altıncı yerdədir.

“The Economist” bildirir ki, Azərbaycanda “Big Mac”ın qiyməti 3,95 manat və ya 2,32 dollar təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,66 dollar) 58,9% aşağıdır. Yəni manat “Big Mac” indeksinə görə dollardan 58,9% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,70 manat olmalıdır. Hazırda isə 1 dollar 1,7 manatdır. Qeyd edək ki, jurnalın ötən buraxılışında da manat dollardan 59,3% ucuz göstərilmişdi və dollara nisbətdə ən aşağı qiymətləndirilməmiş valyutalarının siyahısında altıncı idi. Beləliklə, manatın reytinqdə mövqeyi dəyişməyib. Qeyd edək ki, “Big Mac” indeksi 1986-cı ildə “The Economist” tərəfindən ixtira olunan, maraqlı şəkildə valyutaların “düzgün” və ya olmalı olduqları səviyyəni müəyyən edən göstəricidir. Bu indeks alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi üzərində qurulub. Lakin burada istehlak səbəti yerinə “McDonald’s” tərəfindən istehsal olunan “Big Mac” burgeri nəzərə alınır. Ekspertlər də qeyd edir ki, əslində, Mərkəzi Bankın müdaxiləsi olmasa, manat dollara nisbətdə xeyli bahalaşa bilər.

Bu fonda ekspertlər bir məqamı da qeyd edir ki, son günlərdə əhali tərəfindən nağd dollar alışının əsası yoxdur. Çünki qarşıdakı dövrdə dolların bahalaşması yox, ucuzlaşması gözlənilir. Elə maliyyəçi Əkrəm Həsənov da məsələyə bu prizmadan yanaşır. O qeyd edir ki, son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası yoxdur: "Çünki hazırda dövriyyədə olan manat kütləsi azdır”. O bildirib ki, hazırda dövriyyədə manat az olduğu üçün dollara tələb elə də yüksək ola bilməz: "Burada daha çox psixoloji amillər var. Kimlərsə təlaş, ajiotaj yaradırlar ki, dollara tələbat olsun. Böyük ehtimalla, onlar "qara bazar"ı stimullaşdırmaq istəyirlər. Bəlkə də elə "qara bazar"ın sahibləri bunu edirlər ki, hamı bunlardan dollar alsın. Çünki ola bilərdi ki, ilin əvvəlinə bəzi banklarda dollar kifayət qədər olmasın. Dollar alanların tələbatı təmin ediləcəksə, problem olmayacaq və dediyim kimi, obyektiv olaraq belə bir məsələ də yoxdur". İqtisadçının fikrincə, Mərkəzi Bank bu siyasətini davam etdirsə, manatın məzənnəsi sabit qalacaq: "Çünki dövriyyədə manat azdırsa, deməli, onun sabit qiyməti də saxlanacaq. Mərkəzi Bank manatın kütləsini azaldıb, banklara kifayət qədər kredit vermir. Buna görə banklar da iqtisadiyyatı kreditləşdirmirlər. Belə olanda da iqtisadiyyat pulsuzluqdan "boğulur" və iqtisadi aktivlik aşağı düşür. Bu zaman, təbii ki, manatın məzənnəsi sabit olacaq. Lakin bunun nə dərəcədə iqtisadiyyata xeyirli olması başqa məsələdir. Mərkəzi Bankın son illərdəki siyasəti budur".

Bir daha qeyd edək ki, Mərkəzi Bank da manatın ucuzlaşması ilə bağlı məlumatların əsassız olduğunu bildirib. Qurum tərəfindən verilmiş açıqlamada deyilir ki, neft qiymətlərinin sabitləşməsi, həmçinin Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertləri manatın ucuzlaşmasına imkan verməyəcək. Buna təsir edən amillər sırasına sonuncu OPEC+ toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunmasını, həmçinin COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlanmasını da aid etmək olar. İqtisadçıların fikrincə, dövlətin kifayət qədər vəsaiti var ki, manatın məzənnəsini bu il ərzində sabit saxlasın. Qeyd edək ki, Azərbaycanın maliyyə sektorunda bir sıra həssaslıqların qalmasına baxmayaraq, hazırda bu sahədə müsbət meyllər müşahidə olunmaqdadır. Demək olar ki, son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır. Ölkəmizin valyuta ehtiyatları xarici borcu bir neçə dəfədən çox üstələyir. Bu şərtlər daxilində Azərbaycanda manatın məzənnəsinin sabit saxlanması ehtimalı yüksəkdir. Əslində, mövcud durum manatın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ