Avropa Birliyi ilə Ermənistan arasında imzalanmış Sazişin mətni açıqlanıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, 357 səhifəlik Çərçivə Sazişi Avrokomissiya tərəfindən açıqlanıb. Sazişin preambula hissəsində qeyd olunur ki, Qarabağ münaqişəsinin BMT Xartiyasının dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh yolu ilə həllinə toxunulur.
Sənədin energetika üzrə əməkdaşlıq bölümündə isə “Metsamor” AES-in təcili şəkildə bağlanmasi məsələsi qoyulur və onun hazırkı şəkildə istismarının region üçün ciddi təhlükə olduğu xüsusi vurğulanır.