Rusiyanın Ermənistanı silahlandırmasına NATO və Avropa İttifaqının təəccüblü susqunluğu…

Amerikalı ekspert: “Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik”

img

Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır. Bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib.

Ermənistan hökuməti tərəfindən Rusiyanın silah alınması üçün verdiyi 100 milyon dollarlıq kredit xəttinin təsdiqlənməsini şərh edən Teys qeyd edib ki, bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər. O qeyd edib ki, həmin silah Azərbaycanın çox sayda dinc sakininin qətlinə gətirib çıxaracaq, həmçinin Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirəcək.

Ekspert NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsindən təəccübləndiyini bildirib.

Ekspertin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: "Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir".

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış sazişə əsasən, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar kredit ayırmağı öhdəsinə götürüb. Oktyabrın 12-də Ermənistan hökuməti 100 milyon dollar məbləğində kreditin birinci tranşının alınmasını təsdiqləyib. Sazişə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə ayrılır. Kredit müddətinin ilk 5 ili güzəştli olacaq. Bu dövr üçün faiz dərəcəsi illik 3 faiz təşkil edəcək.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşü ərəfəsində, Ermənistan tərəfindən kreditin təsdiqlənməsi səbəbləri barədə sualı cavablandıran Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir: "Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq".

Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir.

Daha sonra Teys növbəti rəsmi görüşün müsbət nəticələr verəcəyinə inanmadığı bildirib. Onun sözlərinə görə, "beynəlxalq birlik tərəfindən zəif təzyiq Ermənistanın uzun illərdir saxladığı, hazırkı status-kvonun saxlanmasına kömək edir".

Ekspert dünya birliyini, erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasını, həmçinin, Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən iqtisadi blokadasının dərhal dayandırmağa münasibət birldirməy çağırıb.

Son xəbərlər