80-ci illərdə özünün qeyri-adi müalicə üslubu ilə gündəmə gələn məşhur ekstrasens Allan Çumak 83 yaşında Moskvada vəfat edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a onun oğlu Dmitri məlumat verib. Hələlik onun hansı tarixdə və harada dəfn olunacağı barədə informasiya yoxdur.
Daha öncə isə bu barədə ukraynalı jurnalist Dmitri Qordon özünün facebook səhifəsində yazıb:”Bir neçə saat öncə Moskvada dahi şəfaverici, yazıçı, filosof və nəhayət gözəl insan Allan Vladimiroviç Çumak dünyasını dəyişdi. Biz 27 il dostluq etdik. Bu boşluq mənə çox ağır olacaq. Ruhu şad olsun...”
Xatırladaq ki, Allan Çumak 80-ci illərdə teleekranlardan insanlara müalicəvi seanslar keçməklə gündəmə gəlmiş və çox keçmədən məşhurlaşmışdı. Özünü şəfaverici və ekstrasens adlandıran Çumak bir neçə kitabın meəllifi idi. Eyni zamanda o, sosial və anomal vəziyyətləri araşdıran regional ictimai fondun prezidenti idi.