Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baki-xeber.com-un "Report"a istinadən xəbərinə görə, hərəkətdə oan "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Onlar 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.
Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.