Cümə axşamı günü, 20 avqust 2026
     

Azərbaycan ədəbi dilinin qorunması Prezidentin tapşırığı ilə geniş konfrans müzakirəsinə çıxarıldı

Image


Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Nizami Cəfərov, qəzet baş redaktorları, ziyalılar və KİV-lər iştirak edirdilər. Tədbiri açan MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu konfransın hər kəs üçün mənəvi məsuliyyət məsələsi olan ana dili ilə bağlı olduğunu qeyd etdi.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun sözlərinə görə, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Bugünkü konfransın şəxsən cənab Prezident İlham Əliyevin tapşırığı ilə keçirildiyini vurğulayan Əli Həsənovun fikrincə, hər bir xalqın dili təkcə həmin xalqa mənsub olan insanlar arasında ünsiyyət vasitəsi deyil: “Həm də və daha çox onun tarixi yaddaşı, təfəkkür tərzi, mədəniyyəti, dünyagörüşü və psixologiyasının zəngin xəzinəsidir. Dil, eyni zamanda, mənəvi, mədəni, estetik, intellektual inkişaf və təkamülə təsir göstərən tükənməz potensiala malikdir. Bununla yanaşı, sirr deyil ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin, bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində, Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəldilməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib.

Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.

Ə.Həsənov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl olaraq davam etdirir: “Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb. Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib. Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz, yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələri ümumiləşdirilmir. Filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə xüsusi nöqsanlar müşahidə olunur. Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur”.

Ə. Həsənovun açıqlamasından o da məlum oldu ki, bu sahədə olan bəzi nöqsanlar hələ də aradan qaldırılmayıb: “Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruru tədbirlər görməliyik. Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, hər bir xalqın, millətin təşəkkül tapmasında, formalaşmasında ana dilinin müstəsna yeri var: “Azərbaycan xalqı da uzun əsrlər boyu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, ana dilini qoruyub saxlaya bilib, inkişaf etdirib və bu günə qədər yaşadıb. 2003-cü ildə MTRŞ televiziya kanallarında monitorinq apararkən Azərbaycan dilində olan verilişlərin həcminin 50 faizdən az olduğu ortaya çıxdı. Lakin sonra görülən tədbirlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 75 faizə qədər artırıldı. Sonrakı mərhələdə aparılan işlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 100 faiz oldu. Daha sonrakı mərhələdən isə - 2011-ci ildə dilçi alimlərlə yanaşı, MTRŞ teleradio məkanında ədəbi dilin normaları ilə bağlı monitorinqlər aparmağa başladı. Etiraf edim ki, bu monitorinqlərin nəticələri çox narahatedici idi. Bundan irəli gələrək hər il mütəmadi olaraq monitorinqlər keçirməyə başladıq. Birinci narahatlıq doğuran ən əsas məsələ adi danışıq dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. Yəni bizim efirimizdə televiziya dilinin yox, məişət dilinin hakim olmsıdır. Bu ciddi məsələdir. Ədəbi dil normaları hər hansı bir bölgənin ləhcəsi, dialekti əsasında qurulmayıb. Azərbaycanın bütün ərazisində olan dialektlər əsasında qurulub. Çox təəssüf ki, bəzən özəl televiziya kanallarında bu qaydalar kobud şəkildə pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməli və daxili nəzarəti gücləndirməlidirlər. Digər bir problem isə televiziyalarda əcnəbi sözlərin işlənməsidir. Daha çox ümumxalq danışıq dilində əcnəbi dillərdən keçən sözlərin sayı artmaqdadır. Bəzən bizim aparıcılarımız özünü daha savadlı, müasir göstərmək üçün əcnəbi sözlərdən istifadə edirlər, lakin bu, əks effekt verir. İnsanlarımız xaricdə təhsil alıb gələrkən ana dilini unudurlar ki, bu da yolverilməzdir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğu məsələsinə diqqət yetirməməsidir. Bəzən vurğu yerində deyilməyəndə, tamaşaçı onu qavramır. Monitorinqin nəticələrinə görə, ən çox pozulan fonetik normalardır. Burada əsas məsuliyyət xəbər və informasiya verilişlərinin diktorlarının üzərinə düşür. Verilişdə diktor mətni oxuyarkən fonetik qaydalara əməl etmirlər. Sürətli danışıq problemi də bu gün aktualdır. Sanki xarici kanallardan götürüb bizdə tətbiq edirlər. Sürətli danışıq tamaşaçıya onu qavramaqda çətinlik törədir. Reklamla bağlı vəziyyət isə daha acınacaqlıdır. Reklamlar daha çox xaricdə çəkilir və onların dil quruluşuna uyğun hazırlanır. Azərbaycana gətirilərkən hərfi tərcümə olunur və bu da düzgün alınmır. Dublyaj olunan filmlərdə də problemlər var. Biz bütün bu məsələləri diqqətdə saxlamalıyıq. Hər bir aparıcı Azərbaycan dilini səlis bilməli və onun üzərində ciddi nəzarət olunmalıdır. Fürsətdən istifadə edib üzümü vətəndaş cəmiyyəti üzvlərinə, ziyalılara, media nümayəndələrinə tutmaq istəyirəm. Azərbaycan dilinin inkişafı, qorunub saxlanması bilavasitə sizlərin üzərinə düşür. Bu sahədə hər kəs öz üzərinə düşən işi məsuliyyətlə görməlidir. Hesab edirəm ki, bu bizim bir vətəndaşlıq borcumuzdur”.

Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, dil normalarının pozulması yalnız linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulmasıdır: “Gündəlik həyatımızda bu qanunun müxtəlif maddələrinin pozulması halları ilə üzləşirik. Mətbuat səhifəsində yol verilən pozuntu halları diqqəti daha tez cəlb edir. Çünki media özü mahiyyətcə eyni zamanda dil hadisəsidir. Ona görə də Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mediada ana dilimizin qorunması məsələsini diqqətdə saxlayır. Şura tərəfindən mediada ədəbi dil qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər keçirilir. Monitorinqlər zamanı daha çox müşahidə edilən sintaksis pozuntulardır. Sintaksis qaydalara əməl etməyəndə cümlələr rabitəsiz və mənasız söz yığınına çevrilir. Jurnalistlərin müraciət etdikləri mövzunu yaxşı bilməmələridir. Qloballaşma və inteqrasiyanın fərqini bilməyən qloballaşmadan, kreditlə investisiyanın fərqini bilməyən maliyyədən, sərəncamla fərmanın fərqini bilməyən hüquqdan, müalicə ilə müayinənin fərqini bilməyən təbabətdən yazır. Ən acınacaqlı vəziyyət vergül işarəsinin işlədilməsi ilə bağlıdır. Vergül pozuntusuna yol verilməyən yazıları az hallarda tapmaq mümkündür. Biz indiki durumda media sahiblərinin üzərinə əməkdaşlarının ana dilini bilməsi məcburiyyətini qoymalıyıq. Təlimlər təşkil edilməlidir”.

Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Azərbaycan mətbuatında ədəbi dil normaları ilə bağlı ən ciddi problemlərdən biri vergül işarəsinin istifadə olunmasıdır: “Harda “ki” görürlər, vergül qoyurlar. Bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır. Yəni bu gün Azərbaycan ədəbi dilinin inkişafını nə yazıçı, nə elmi dil deyil, publisistika, KİV-in dili müəyyənləşdirir. Bu sahədə ən ciddi problemlərdən biri də məişət dilinin teleradio məkanına gəlməsidir. Bu gün şifahi dil yazılı dilə təsir edir. Bir çox hallarda aparıcılar sənət adamlarından, müğənnilərdən seçilir. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düzgün oxumayıb, sözü düzgün tələffüz etmir. Bunları artıq düzəltmək mümkün deyil, gərək verilişi aparmaq üçün peşəkar gətirəsən. Müğənnilər də dəvət olunsun, amma dili bilən olsun. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycan dilinin kifayət qədər zəngin olduğunu bildirdi: “Ədəbi dilin pozulmasının əsas səbəblərindən biri də aidiyyəti qurumların bu işə ciddi yanaşmamasıdır. Teleradio məkanında aparıcılar tez-tez dialektlərdən istifadə edir. Dövlət başçısı ədəbi dilimizdə yersiz ifadələrin işlədilməsinin qarşısının alınması məsələsini qaldırır. Belə halların aradan qaldırılması üçün redaksiyalarda istedadlı jurnalistlərin bilik və bacarıqlarından səmərəli istifadə olunmalı, onların irəli çəkilməsi təmin edilməlidir”.

Konfransda çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu qeyd etdi ki, Azərbaycan dili olduqca zəngin dildir: “Rəhbərlik etdiyim qurumun nəzdində monitorinq şöbəsi yaradılıb və bir çox yerlərdə monitorinqlər aparılır, ədəbi dilin normalarının pozuntuları aşkar olunur. Bəzən dövlət qurumları tövsiyələri yerinə yetirmir. Dövlət qurumları, icra strukturları deyirlər ki, buna toxunmaq olmaz. Bununla bağlı Dilçilik İnstitutunda “qaynar xətt” də fəaliyyət göstərir. Müxtəlif peşə adamları gördükləri nöqsanlar barədə Dilçilik İnstitutuna xəbər verirlər və həmin nöqsanların aradan qaldırılması istiqamətində iş aparılır. Dilçilik İnstitutu tərəfindən ədəbi dilin normalarının pozulması ilə bağlı cərimə tətbiqi barədə təkliflər hazırlanır. Ancaq hesab edirəm ki, burada daha vacib məsələ maarifləndirmə işinin aparılmasıdır”.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın fikrincə, televiziya məkanında ən ciddi problemlərdən biri intellektual səviyyəsi olmayan insanların verilişlərdə aparıcı olmasıdır: “Nə qədər yaraşığı olursa-olsun, intellektual səviyyəsi olmayan insanları aparıcı kimi gətirmək düzgün deyil. Nə qədər ki, intellektual səviyyəsi olmayan insanlar efirlərə çıxacaq, o qədər dilimizin üzərində qara buludlar əsəcək. Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil, dil özü bunu tənzimləyir. Məsələn, multikulturalizm sözünü bu gün ucqar kənddə belə bilirlər. Bu gün televiziya rəhbərlərimiz Azərbaycan dilində səlis danışırlar, amma telekanallarımızda tez-tez "musiqilər" sözü eşidirəm".

Konfransda çıxış edən xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, dil millətin müqəddəratında əhəmiyyətli rol oynayır: “Dil varsa, xalq var, dil yoxdursa, xalq da yoxdur. Dil ana südü kimidir, necə ki, ana südü ilə qidalanmayanlar ömür boyu xəstə olur, dili də erkən yaşdan mənimsəməyən şəxslər hər zaman problemlərlə üz-üzə qalır. Vaxtilə Azərbaycanda 1-2 kanal var idi. İndi isə media orqanları həddən artıq çoxdur. Təbii olaraq, diktorların, aparıcıların sayı da çoxluq təşkil edir. Xalqın qarşısına çıxarılan şəxslər birinci növbədə əxlaqlı insanlar arasından seçilməlidir. Əxlaqsız əxlaqdan danışmasın. Kimsə tanışına, xarici görünüşünə görə ekranlara gətirilməməlidir.”

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət Azərbaycan dilinin qorunmasında ictimai qınağın və inzibati tədbirlərin gücləndirilməsinin vacibliyini bildirdi.

Konfransa yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə faydalı fikirlərin səsləndiyini qeyd edərək, dövlətimizin ana dilinin saflığının qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bu prosesdə KİV ilə yanaşı, cəmiyyətin hər bir üzvünün üzərinə böyük vəzifə düşdüyünü vurğulayan Prezidentin köməkçisi dövlətimizin başçısının qaldırdığı bu həssas məsələnin müzakirəsində aidiyyəti qurumların, KİV-lərin, təhsil və elm qurumlarının rəhbərlərinin, dilçi alimlərin fəal iştirakının yaxşı nəticələr verəcəyini bildirib: “Bugünkü müzakirələr səmərəli keçdi, bütün hədəflər ortaya qoyuldu və müzakirə edildi. Bu tək KİV-in məsələsi deyil, Azərbaycan dilinin saflığının qorunması və inkişafında hər bir vətəndaşın rolu və məsuliyyəti var və heç kim də bu məsuliyyətdən yayınmamalıdır. Biz çox istərdik ki, aparıcılar həm intellektli olsunlar, həm dili yaxşı bilsinlər, həm də fiziki göstəriciləri yaxşı olsun. Təəssüf edirəm ki, son 10 ildə Azərbaycanda süni reytinq arxasınca qaçmaq, Azərbaycan mentalitetinə yad olan sorğuların televiziyalara yol tapması dilimizə öz təsirini göstərir. Xüsusən televiziya rəhbərləri bu işdə məsuliyyətli olmalıdırlar. Çünki Azərbaycan cəmiyyətinə nümunələri siz təqdim edirsiniz. Elə insanları efirə çıxarın ki, onlar Azərbaycan insanını təmsil etmək iqtidarında olsunlar”.

Ə.Həsənov Azərbaycanda türk dilində serialların yayımının dayandırılması məsələsinə də toxunub. O qeyd edib ki, bəziləri deyirdilər ki, Azərbaycanda türk seriallarına qadağa qoyulur: “Xeyr, qadağa qoyulmurdu. Türk seriallarının yayılması Azərbaycan dilini sıxışdırırdı, biz qadağan etmədik, bu serialların Azərbaycan dilində yayılmasını təmin etdik. Bununla yanaşı, biz şərait yaratdıq ki, peyk vasitəsilə kim türk seriallarına baxmaq istəyir, baxsın. Azərbaycan dilinin saflığının, inkişafının təmin olunması hər bir azərbaycanlının borcudur. Biz günahı aparıcıların, televiziya rəhbərlərinin və ya digərinin üstünə atmaqla, heç nəyə nail olmarıq. Doğma dilin yaşadılması hər bir azərbaycanlının ümdə vəzifəsidir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ