ABŞ-ın ATƏT-in Minsk Qrupuna yeni təyin olunmuş həmsədri Endryu Şefer Qarabağa tanışlıq səfəri edib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, qondarma “respublikanın rəhbərliyi” ilə görüşən həmsədr ümumilikdə Qarabağ problemi ilə tanış olduğunu bildirib və səfərinin daha yaxından tanışlıq xarakteri daşıdığını deyib. Mahiyyətcə münaqişəni mürəkkəb adlandıran Şefer deyib ki, digər həmsədrlərlə birgə regiona periodik səfərlər edərək onun sülh yolu ilə həllinə töhfə vermək niyyətindədirlər.
Maraqlıdır ki, qondarma “respublikanın rəhbərliyi” də münaqişənin sülh variantı üzrə çözümündə maraqlı olduqlarını deyib, lakin bunun üçün erməni qoşunlarının ərazini tərk etməsinin əsas faktor olmasına toxunmayıb.