Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 6-da Tərtər rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Tərtər rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Tərtər şəhəri, Nizami küçəsi) keçiriləcək qəbulda Tərtər, Bərdə və Ağdam rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 77; əlaqə telefonu: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Tərtər rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Baki-xeber.com