Cümə axşamı günü, 22 oktyabr 2026
     

KİV DF və bir neçə dövlət qurumu Xaçmazda islam həmrəyliyi ilə bağlı geniş konfrans keçirdi - FOTO

Image


Sentyabrın 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Xaçmaz Rayon İcra Hakimiyyətinin, “Azərbaycan” qəzetinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində “İslam Həmrəyliyi: sülh və əməkdaşlığa çağırış” mövzusunda konfrans keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Milli Məclisin deputatı Eldəniz Səlimov, eləcə də rayon ziyalıları, dini və milli icmaların nümayəndələri, yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq “İslam həmrəyliyi ili”nə həsr olunmuş birgə konfransın əhəmiyyətindən söz açıb. Ş.Xanbabayev ötən ilin respublikada “Multikulturalizm ili” kimi tarixiləşdiyini xatırladaraq bunun  davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin mühüm siyasi əhəmiyyətə malik olduğunu bildirib.

Xaçmazda hər zaman tolerant mühitin hökm sürdüyünü deyən Ş.Xanbabayev burada 22 azsaylı xalqın nümayəndələrinin dinc şəraitdə yaşadıqlarını, rayonda etnik zəmində hər hansı insidentin baş vermədiyini diqqətə çatdırıb: "Azərbaycanda və eyni zamanda rayonumuz Xaçmazda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu bizim rayonumuzun böyük sərvətidir. Xaçmazda hazırda 88 məscid var. 2006-cı ildə rayonda fəaliyyət göstərmiş Təzə Şəhər Məscidinin köhnə binası sökülərək ərazisi genişləndirilib və yerində müasir memarlıq üslubuna uyğun yeni binanın inşası həyata keçirilib. Bu xüsusi bir haldır ki, ölkədə mövcud olan provaslav kilsələrindən biri məhz bizim rayonumuzda yerləşir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda İslam dünyasının üzləşdiyi problemlərin və gərginliklərin əsasında məhz həmrəyliyin olmaması dayanır. Komitə sədri müsəlman dövlətlərinin əhali sayına görə dünyada ikinci yerdə qərarlaşdıqlarını, planetin sakinlərinin 25 faizinin İslam dininə sitayiş etdiyini diqqətə çatdırıb. M.Qurbanlı dünyanın quru ərazisinin 19, neft-qaz ehtiyatlarının 60 faizinin müsəlman ölkələrinin payına düşdüyünü bildirib. Komitə sədri, bu və digər təbii üstünlüklərə baxmayaraq, hazırda fəal münaqişə ocaqlarının 80, terror aktlarının isə 75 faizinin müsəlman ölkələrinin ərazisində baş verdiyini təəssüflə vurğulayıb.

Müsəlman ölkələrinin dünya iqtisadiyyatındakı xüsusi çəkisinin cəmi 5-6 faiz təşkil etdiyini vurğulayan M.Qurbanlı əlavə edib ki, yaranmış vəziyyətdə çıxış yolu yalnız elm və təhsilə dərindən yiyələnmək, yeni texnologiyaları mənimsəmək, məzhəbçiliyə yox deməkdədir. M.Qurbanlı xüsusi vurğulayıb ki, bu yolla irəliləyən Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası ümumən müxtəlif mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında həmrəyliyə çağırışdır.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik olduğunu bildirib. O deyib ki, bir sıra müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanda müxtəlif məzhəblər arasında sivil münasibətlər və həmrəylik mövcuddur. S.Musayev dövlət səviyyəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dini zəmində hər hansı qarşıdurma və ziddiyyətlərin olmadığını vurğulayıb.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov son onillikdə İslam dünyasının ciddi problemlərlə üzləşdiyini, Yaxın Şərq regionunda və ərəb ölkələrində ciddi münaqişələrin baş qaldırdığını bildirib. İslamın terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu deyən B.Sadıqov əlavə edib ki, hazırda terrordan ən çox əziyyət çəkən müsəlman dövlətləridir. O həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili "İslam həmrəyliyi ili" elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verib: "Azərbaycan dövləti öz addımları ilə nümayiş etdirir ki, İslam həmrəyliyi aid olduğun dini dəyərlərin, mədəniyyətin işığında birləşməklə yanaşı, həm də başqa dinlərə, mədəniyyətlərə hörmət ruhu deməkdir, onlardan görüb-götürüb özünü inkişaf etdirməkdir".

B.Sadıqov həmçinin qeyd edib ki, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyub, respublikamız İslam həmrəyliyinin ideya mərkəzinə çevrilib. Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları ona İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Xaçmazda multikultural və tolerant mühitin hər zaman yüksək səviyyədə olduğunu, burada müxtəlif azsaylı xalqların dinc şəraitdə yaşadıqlarını diqqətə çatdırıb.

V.Səfərli qeyd edib ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa çağıran mütərəqqi təşəbbüsdür. V.Səfərli bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində yüksək səviyyədə təşkilini ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti sanballı töhfəsi kimi dəyərləndirib: "Bu yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçmişdi. Azərbaycan mediası, ilk Avropa Oyunlarında və "Formula-1" yarışlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında əsl vətənpərvərlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəldi". V.Səfərli qeyd edib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması respublikamızın multikulturalizm və tolerantlıq sahəsində əldə etdiyi tarixi uğurların geniş təbliğini zəruri edir. İcraçı direktor bu məqsədlə Fondun təşkilatçılığı ilə 2017-ci ilin aprel ayında Lənkəran şəhərində "İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu" mövzusunda ilk regional konfransın keçirildiyini xatırladıb.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 əsas istiqamətdən biri də "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi"dir. İcraçı direktor bildirib ki, 2016-cı il və 2017-ci ilin 9 ayında Fondun maliyyə yardımı ilə 3 qəzet bu istiqamət üzrə layihə icra edib, həmin qəzetlərdə 400 səhifəyədək yazı dərc olunub. Fondun 2016-cı il və 2017-ci ilin birinci yarısında keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində həmin istiqamət üzrə 50-dək yazı təqdim edilib, 30 nəfər jurnalist qalib olaraq mükafatlandırılıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib ki, multikulturalizmin Azərbaycan modelinin tətbiqi qlobal təhdidlərə rasional və səmərəli cavabdır. Milli Məclisin deputatı həmçinin qeyd edib ki, Azərbaycanda dövlət siyasəti kimi elan olunan multikulturalizmin təbliği və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. E.Səlimov ötən illərdə ölkəmizdə dini münasibətlərin tənzimlənməsi məqsədilə mükəmməl qanunvericilk bazasının formalaşdırıldığını da xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Xaçmaz rayon Rus icmasının rəhbəri Navi Azər, Xudat şəhəri 3 saylı tam orta məktəbin direktoru Ofelya Sərkərova ölkəmizin İslam sivilizasiyasının mühüm mərkəzlərindən birinə çevrildiyini, milli və dini tolerantlıq sahəsində ciddi uğurlara imza atdığını vurğulayıb. Çıxışlarda birgə konfransın əhəmiyyətindən söz açılıb, Azərbaycandakı mövcud dövlət-din münasibətlərinin, eləcə də məzhəblərarası əməkdaşlıq və etimad mühitinin İslam ölkələri üçün uğurlu nümunə olduğu qeyd edilib.

Tədbiri yekunlaşdıran Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev belə konfransların təşkilinin təbliğati və siyasi baxımdan əhəmiyyətini xüsusi vurğulayıb. Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın bundan sonra da dünyada sülh və həmrəylik təşəbbüskarlarından biri kimi çıxış edəcəyini vurğulayıb.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ