Prezident Əliyevin əfv fərmanı ilə həbsdən azad edilərək ölkəsinə təhvil verilən lapşinin öz əməlindəki günahları görməyərək baş verənlərdə ətrafdakı hər kəsi suçlamaq taktikası hələ də davam edir. Bu dəfə isə o, özünün də vətəndaşı olduğu İsrail dövlətini hədəf seçib.
Baki-xeber.com-un xəbərinə görə, bloqerin bu mövzuda açıqlaması yerli “puerrtto.livejournal.com” saytında yer alıb. Sözügedən məqaləsində Aleksandr Lapşin ölkəsinin onun azadlığı istiqamətində heç bir addım atmamasına diqqət çəkərək bunun səbəblərini araşdırır və 3 versiya üzərində dayanır. Bildirir ki, birinci səbəb İsraillə Azərbaycan arasında silah ticarəti üzrə 5 milyard dollarlıq sazişin imzalanmasıdır ki, bununla Azərbaycan İsrailin əsas silah alıcısına çevrilib. İkinci səbəbi neftin ucuzlaşması üzündən Azərbaycanın guya həmin məbləği tam ödəmədiyində görən bloqer üçüncü səbəb kimi ölkəsinin onu ekstradisiya edəcəyi təqdirdə çətin vəziyyətdə qalacağı ilə izah edir. Yazır ki, İsrail qanunları ilə mühakimə olunardısa bəraət alacağına əmindi və bu da İsraildə geniş rezonans doğurmaqla Azərbaycanla münasibətlərin soyumasına gətirərdi.
“Yox, İsrail dövlət olaraq mənə heç bir yardım etmədi. Bütün mümkün olanları ayrı-ayrı şəxslər etdi – Knessetin deputatları, ictimai xadimlər, jurnalistlər... Onlara təşəkkür edirəm. İsrail dövləti isə məni silah müqaviləsinə satdı”- deyə lapşin sonda yazır.
Yəqin ki, ona son cavabı da ölkəsi verməlidir, etdiyi günahlara baxmayaraq onu əfv edib ölkəsinə qaytaran Azərbaycan deyil...