Azərbaycanın qadın voleybolçuları Avropa çempionatını dördüncü sırada başa vurub.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib. Çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıb.
Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.
Türkiyə yığması görüşdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib və bürünc medalın sahibi olub.