İsmayıllıda “Toyota” və “Opel” maşınlarının toqquşması nəticəsində 7 nəfər həyatını itirib.
Baki-xeber.com-un FHN-in saytına istinadən xəbərinə görə, onlardan biri sürücü, digərləri “Opel”dəki sərnişinlər olub. “Toyota”dakı 3 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN xilasediciləri meyitləri deformasiyaya uğramış maşından çıxararaq aidiyyəti üzrə təhvil verib.