Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycanda enerji içkilərinin satışı məhdudlaşdırılmalıdırmı?

Image


Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəliyini daha da artırıb.

Bəzi ölkələr artıq onun satışına hələ bir neçə il əvvəl qadağalar qoyub, bir sıra ölkələrdə isə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ilin mayın 1-dən isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq edilib.

"Son illərdə energetik içkilərdən qəfil ölüm halları artıb"

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Trend”-ə bildirib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir: "Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər".

"Energetik içkilərin satışı alkoqollu içkilərin satışı kimi tənzimlənməlidir"

M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq. Deputat təklif edir ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. M.Quliyevin fikrincə, bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək. Deputat hesab edir ki, energetik içkilərin reklamı da qadağan olunmalıdır: "İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir".  M.Quliyev hesab edir ki, məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır. Eyni zamanda, maarifləndirmə tədbirləri aparılmalıdır.

"Yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır"

İnsanda arterial təzyiqi artırdığı üçün Fransa, İsveç, Almaniyada energetik içkilərin yalnız apteklərdə satıldığını deyən Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda energetik içkilərin satışı nəinki məhdudlaşmalı, ümumiyyətlə, qadağan edilməlidir:

"Energetik içkilərin 3 qabı yarım litr arağa bərabərdir. Ona görə də bu gün yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır. Bu gün gənclər onu daha çox yuxularını qaçırmaq üçün içirlər. Amma bu içkilər yuxunu qovmur. Onun qəbulundan sonra tərkibindəki kimyəvi preparatlar hesabına insana əvvəl həddindən artıq əlavə enerji gəlir, 4-5 saatdan sonra yorğunluq, yuxu gətirir. Bu səbəbdən də sürücülərin çoxu sükan arxasında yatırlar. Qəzaya düşən maşınlara baxsanız görərsiniz ki, onların çoxunda energetik içkilərin qabı var".

D.Məmmədov qeyd edib ki, energetik içkilər həm də sonsuzluq yaradır: "Təəssüf ki, Azərbaycanda bu içkilərlə bağlı həkimlər də həyəcan təbili çalmırlar, onun mənfi fəsadı haqqında danışmırlar".

Energetik içkilər ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Trend”-ə bildirib ki, energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli sayılır. Bu içkilərin tərkibində vitamin preparatları çox olduğundan onun orqanizmdə zəhərlənmə və allergik reaksiyalar yaratması mümkündür. A.Maqsudovun sözlərinə görə, energetik içkilər gündə 1-2 bankadan çox qəbul edildikdə orqanizm, xüsusilə qaraciyər, böyrək və ürək üçün problemlər yarada bilər. Bu içkinin tərkibində alkoqol olarsa, normadan çox qəbul edilərsə, həm də bunu içməsi münasib olmayan şəxslər qəbul edərlərsə, o, ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər. A.Maqsudov mərkəzə indiyədək energetik içkilərin b irbaşa təsirindən baş verən zəhərlənmə və allergik reaksiyalarla bağlı müraciətlərin edilmədiyini də deyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Trend”-ə deyib ki, energetik içkilərin tərkibində istifadə edilən taurin ilk dəfə 1827-ci ildə Friedrich Tiedermann ve Leopold Gmelin tərəfindən öküzün ödündə kəşf edilib: "Sonralar bu maddənin insanların və bəzi heyvanların bədənlərində təbii olaraq meydana gəldiyi məlum olub. Energetik içkilərdə istifadə olunan taurin (taurine) nevroloji inkişafa kömək edən, qandakı mineral duz və su normasını tənzimləyən bir amin turşusudur. Taurin, yediyimiz ət və balıq məhsullarında, hətta ana südündə təbii olaraq mövcuddur".

Komitə rəsmisi qeyd edib ki, energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin (Aminoethanesulfonic acid) maddəsindən istifadəyə "Qida əlavələri, aramatizatorlar və texnoloji yardımlar üçün təhlükəsizlik tələbləri" TP TC 029/2012 Texniki reqlamentində icazə verilir.

Onun sözlərinə görə, bəzi araşdırmalar taurinin fiziki və zehni performansı artırdığını üzə çıxarıb. Taurin müxtəlif xəstəliklərin müalicəsində də istifadə edilir.

F.Talıblı əlavə edib ki, gündə ən çox 3,000 mg taurin istifadə edilməsi tovsiyə olunur. Taurinin artıq istifadəsi böyrək xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Enerji içkilərində taurinlə bərabər həm şəkər, həm də kofein olduğunu nəzərə alsaq, normadan artıq istifadə ürək döyüntülərinin və təzyiqin artması, yuxu pozğunluğuna və əsəbiliyə səbəb ola bilər.

"Ölkəyə gətirilən energetik içkilər normativ sənədə uyğun istehsal olunur"

F.Talıblı deyib ki, ölkə ərazisində istifadə olunan energetik içkilər əsasən xarici ölkələrdən idxal olunur.

Onun sözlərinə görə, idxal edilən və sertifikatlaşdırılan energetik içkilər TP TC 021/2011, TP TC 029/2012 (Qida məhsullarının təlükəsizliyi haqqında. Texniki reqlament) normativ sənədinə uyğundur. F.Talıblı əlavə edib ki, Azərbaycanda alkoqolsuz tonuslandırıcı içkilər üçün AZS 844-2015 standartı qüvvədədir. Bu standart xüsusi təyinatlı - tonuslandırıcı, eyni zamanda energetik alkoqolsuz içkilərə şamil olunur. Komitə rəsmisi bildirib ki, alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır: "İstifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtləri nəzərə alınaraq istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada bu içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti göstərilir".

İçkilərin üzərində "18 yaşadək şəxslərin istifadə etməsi tövsiyə olunmur" yazılmalıdır

F.Talıblının sözlərinə görə, energetik içkilərin markalanması zamanı məhsul üzərində "18 yaşadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur" yazısı göstərilməlidir. F.Talıblı bildirib ki, energetik içkilərdə bioloji aktiv əlavələrin olması ilə əlaqədar marakalanma zamanı sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat da olmalıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ