Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirib. APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
Görüş BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu gün isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.