BMT-də nüvə silahlarının tamamilə qadagan olunmasına dair Konvensiya açılıb.
Baki-xeber.com-un xəbərinə görə, ilk gündə Konvensiyanı Əlcəzair, Avstriya, Braziliya, Vatikan, Kosta-Rika, İndoneziya, Kuba, Liviya, Lixtenşteyn, Meksika, Yeni Zelandiya, Fələstin, Cənubi Afrika Respublikası, Tailand, Venesuela və digərləri – ümumilikdə 51 ölkə imzalayıb.
Qeyd edək ki, beynəlxalq normalara görə, Konvensiya azı 50 ölkə tərəfindən ratifikasiya edildikdən 90 gün sonra qüvvəyə minir. Beləliklə, sözügedən Konvensiyanın "həyata vəsiqə qazanması" təmin olunub.