Cümə axşamı günü, 22 oktyabr 2026
     

Prezident Əliyev Sarkisyanı və onun ikistandartlı himayəçilərini BMT-də ifşa etdi - YENİLƏNDİ

Image


“25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır”. Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır: "Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib".

İlham Əliyev xatırladıb ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib: "Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir.

Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir".

Prezident bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər: "Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır: "ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".

Prezident əlavə edib ki, ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı: "Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq".

İlham Əliyev bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir: "2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq".

Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır. Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir: "Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür. 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir".

Dövlət başçısı deyib ki, Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofoboya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir".

İlham Əliyev qeyd edib ki, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar: "İslam Əməkdaşlığı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi Bakı Prosesinə start verdi. Bakı Prosesinin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir".

Prezident əlavə edib ki, 2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 50 ölkədən gəlmiş 6000 atlet həmin Oyunlarda iştirak etdi. 2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3000 idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi: "İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu. Azərbaycan yığması birinci Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutdu. Bu, göstərir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir. İdman nailiyyətlərimizin digər sübutu Azərbaycanın “Rio 2016” Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yeri tutması oldu. Bütövlükdə, Azərbaycan 18 medal qazandı".

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olub: "2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır.

2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilmişdir. Davosun Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutmuşdur".

İlham Əliyev bildirib ki, 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir: "Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, 2 telekommunikasiya və yer səthinin müşahidəsi peykləri – “Azerspace” və “Azersky” və bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan üçüncü peyk ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün etdi".

Prezident əlavə edib ki, bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir: "Eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib. Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.

2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə “ASAN” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülmüşdür".

Dövlət başçısı deyib ki, siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır: "Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır: "Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var".

Prezident bildirib ki, Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur: "Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

Sonda bildirmək istərdim ki, ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ