Ədliyyə naziri Fikrət Məmmədov sentyabrın 22-də Samux rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, Samux rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Samux şəhəri, Heydər Əliyev prospekti 1) keçiriləcək qəbulda Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Samux rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.