Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək davam edəcək. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.
R.T.Ərdoğan İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra qeyd edib: "Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik".
Qeyd edək ki, iyulun 9-da Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfər edib.