İyunun 9-da Minskdə öz işini başa çatdıran ATƏT Parlament Assambleyasının 26-ci illik sessiyasının yekun sənədi qəbul olunub.
“Trend”-in məlumatına görə, sənəddə ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyiş olmamasından dərin təəssüflərini bildirir, tərəfləri münaqişənin dayanıqlı həll yolunu tapmaq üçün dərhal danışıqlara başlamağa çağırır.
ATƏT PA, həmçinin, Minsk Qrupu həmsədrlərini qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.