İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhulla Xazretpur Ermənistan tərəfindən Dağlıq Qarabağda müsəlmanlara qarşı törədilən cinayətlərə qarşı qətiyyətli mövqe göstərmədiyinə görə İran XİN-ni ittiham edib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu haqda İran mətbuatı yazır. Bildirilir ki, İranın xarici İşlər naziri Məhəmməd Cavad Zərifə ünvanlanan müvafiq məktub İran parlamentinin açıq iclasında oxunub. Məktubda deyilir: "Bu cinayətlərə susmaq İran XİN-in və cənab Zərifin qüsursuz reputasiyasına kölgə salır".
Millət vəkili hesab edir ki, Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətlərə İran XİN qətiyyətli mövqe nümayiş etdirməyib.