Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gedib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlaydbı.
Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.