Bakı metrosunda faciəvi hadisə baş verib.
Baki-xeber.com-un lent.az-a istinadən xəbərinə görə, dünən saat 12:30 radələrində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədilə özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb. Məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə, hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.