şənbə günü, 24 oktyabr 2026
     

Türkiyəli professor Qafqaz İslam Ordusunun bilinməyən tərəflərindən nələr danışdı...

Image


“Qafqaz İslam Ordusu” beş seriyalı sənədli filminin prodüseri və rejissoru, professor Süleyman Gündüzün APA-ya müsahibəsi

 - Qafqaz İslam Ordusunu yaratma düşüncəsi kimin ağlına gəlmişdi: Ənvər paşa bu işi Osmanlı sarayına qəbul etdirmişdi, yoxsa Ordunun yaradılması təlimatı Ənvər paşaya saraydan verilmişdi?

 - Birinci dünya savaşının sonuna doğru Osmanlı imperiyasının məğlub durumda olduğu ortaya çıxmışdı. Çox vaxt Ənvər paşa başda olmaqla, İttihad və Tərəqqi idarəçilərini “Osmanlı imperiyasını Birinci dünya savaşına daxil edərək nəhəng bir imperiyanı sona çatdırmaqla” günahlandırırlar. Vaxt keçdikcə üzə çıxan arxiv sənədlərinə baxanda  görürük ki, Ənvər paşanın Almaniyanın tərəfində Osmanlı imperiyasını savaşa daxil etməsi yeganə düzgün qərar idi: bu məcburiyyət idi. Çünki arxiv sənədləri ingilislərin və fransızların Osmanlı imperiyasını parçalamaq üçün qərar qəbul etdiklərini, Ənvər paşanın savaşa girməsilə əslində 1920-ci ildəki işğallara qədər imperiya torpaqlarının önəmli qismini  parçalanmaqdan qorunduğunu görürük.

Digər tərəfdən, Ənvər paşanın almanlarla məşvərət halında savaş qərarı qəbul etməsi cəmiyyətdəki döyüş və azadlıq iradəsini daha da gücləndirərək, 1919-cu ilin mayında qurtuluş hərəkatının başlamasına və təşkilatlanmasına önəmli təkan vermişdi. Ənvər paşa Osmanlı imperiyasının dağılması halında Qafqazda və Orta Asiyada yeni Türk dövlətlərinin qurula bilmə ehtimalını da düzgün dəyərləndirmiş, Qafqaz İslam Ordusu o dəyərləndirmələrdən sonra meydana çıxmışdı. Ənvər paşa o vaxt Liviya cəbhəsində olan qardaşı Nuri paşanı İstanbula çağıraraq, ordunun qurulması üçün təlimat vermişdi. Qafqaz İslam Ordusunun yaradılmasında Azərbaycanın qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin və Şimali Qafqaz Cumhuriyyətinin lideri Əbdülməcit Çermoyevin Sultan Mehmet Rəşadla görüşünün böyük rolu olmuşdu. Sentyabrın 15-də Bakının erməni cinayətkar dəstələrindən təmizlənməsi üçün hazırlanan  hərbi əməliyyat qərarı Rəsulzadənin 6 sentyabrda İstanbulda Sultan Mehmet Rəşadla  görüşündən sonra qəbul edilmiş, o görüşü dünya Osmanlının gənc Azərbaycan Cumhuriyyətini tanıması kimi qəbul etmişdi. Qafqaz İslam Ordusuna İraqın şimalından, Suriya cəbhəsindən və 1916-cı ildə Kutül-Amarə zəfərini qazanmış ordudan əsgərlər cəlb edilmişdi. Bundan başqa, Azərbaycanda general Əliağa Şıxlinskinin “Vəhşi diviziyası”nın əsgərləri və 1905-ci ildə gizli yaradılmış Şimali Qafqazdan bir çox döyüşçüsü olan “Difai” təşkilatının üzvləri qoşulmuşdu.

Qafqaz İslam Ordusu kağız üstündə heç bir qeydiyyatı olmadığından rəsmi ordu sayılmırdı. Mən Qafqaz İslam Ordusunun keçib gedəcəyi yerlərin xəritələrini, Ordunun əməliyyat planlarını  görmüşəm. Ordunun məqsədi həm Azərbaycanın müstəqilliyinə dəstək vermək, həm də Xəzər dənizinin şimalından Orta Asiyaya keçərək quru yolu Türklərin nəzarəti altında saxlamaq idi.

- Ordunun gizli komandanının Ənvərin və Nurinin əmisi Xəlil paşa olduğu iddia edilir...

- Xəlil paşa o vaxt Təbrizdə idi, Osmanlı ordularının Cənubdakı və Şərqdəki hərbi hissələrinə komandanlıq edirdi. Kutül-Amarədə ingilisləri ağır məğlubiyyətə uğradan ordunun komandanı Xəlil paşa, əlbəttə ki, İstanbul vasitəsilə Nuri paşa komandanlığındakı Qafqaz İslam Ordusunun yaradılmasını və irəliləyişini yaxından təqib edirdi. Ordunun komandanı Nuri paşa idi, Bakının xilas edilməsi əməliyyatında ərzurumlu Mürsəl paşa şəhərin cənub tərəfindən girərək önəmli dəstək vermişdi. Azərbaycan Cumhuriyyəti 28 mayda Tiflisdə elan edilmişdi - Azərbaycanın sərhədlərindən kənarda. Hökumətin qısa müddətdə sərhədlərin daxilinə köçməsi lazım idi. Nuri paşa 15 iyunda Tiflisə getdi, hazırlıqlar tamamlanandan sonra 17 iyunda hökumət onun əsgərlərinin himayəsində Gəncəyə köçdü.

Bir az irəli gedərək bunu da deyim ki, 15 sentyabrda Bakı erməni cinayətkar dəstələrdən azad edilən kimi Nuri paşa Gəncəyə teleqram göndərərək, baş nazir Xan Xoyskidən dərhal hökumətin Gəncədən xilas edilən Bakıya köçürməsini istədi. Osmanlı ordularının bu qədər geniş əraziyə yayılmasının əsas səbəbi Ənvər paşanın 1914-cü ilin axırında Sarıqamışda rus ordusuna qarşı göstərdiyi böyük müqavimət idi. Türkiyədə çox vaxt deyirlər ki, Ənvər paşa 90 min əsgərimizin Sarıqamışda donaraq ölməsinə səbəb oldu. Ancaq bu rəqəm düz deyil. Orada 16-17 min şəhid vermişik, rus mənbələrində bu rəqəm 23, ingilis mənbələrində isə 24 mindir. Ənvər paşa Sarıqamışda ruslara 17 min şəhid bahasına müqavimət göstərməsəydi, rus orduları rahatlıqla gəlib İstanbulu da işğal edərdilər. Tarixi hadisələrdən danışarkən heç kimi birtərəfli böyütmək və ya suçlamaq olmaz. Hadisələrə hərtərəfli baxmaq lazımdır ki, düzgün nəticəyə gəlmək mümkün olsun.

- Qərb tarixçiləri 1918-ci il yayın axırında Azərbaycanın şimalının və cənubunun Ənvər paşanın ordularının nəzarəti altında olduğunu yazıb. Bugünkü Ermənistanın 2/3-si də o vaxt Osmanlı ordularının nəzarətində idi. Türk ordusu Qafqazda olanda başqa ölkələr oraya müdaxilə etməkdən çəkinirdi, çünki bölgədə mühit sülhü dəstəkləyirdi. Bu mənzərə ilə bağlı nə demək istərdiniz?

- Əslində Qafqaz İslam Ordusunun fəaliyyəti Qafqazda Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Şimali Qafqazın azadlığının təmin edilməsi və Birinci Dünya Müharibəsindən sonra Wilson tərəfindən gündəmə gətirilən “xalqların öz müqəddəratını təyin etmə” prinsipinin daha əvvəl həyata keçirilməsidir. Hamımız bilirik ki, 1917-ci ildə Çar Rusiyasının dağılmasından sonra ortaya güclü, başıpozuq dəstələr, hətta ordular çıxmışdı. O qrupların Gürcüstanda, Azərbaycanda, Şimali Qafqazda böyük qətliamlar törətdiyini bilirik. Bolşevik-menşevik münaqişələrini fürsət bilən erməni radikal qrupları, xüsusilə Azərbaycanda çox ciddi terror aksiyaları həyata keçirirdi. Qafqaz İslam Ordusu Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Şimali Qafqaz xalqlarının dövlət qurmalarını təminat altına almışdı, yəni son dərəcə sülhsevər bir ordu idi. Bunu da qeyd etməyimiz lazımdır: Osmanlının ogünkü refleksi öz torpaq bütövlüyünü qorumaq və ondan yardım istəmiş xalqlara kömək etmək  fəlsəfəsi üzərində qurulmuşdu. Məsələn, o dönəmdə Osmanlı ilə Qacarların hakimiyyətdə olduğu İran arasında yaxşı münasibətlər vardı. 1918-ci ildə Xəlil paşa İrəvana gedərək orada nitq söyləyir. Xəlil paşa 1915-ci ildə baş vermiş hadisələri Çar Rusiyasının, ingilislərin, fransızların təşviqilə hərəkət edən erməni cinayətkarların həyata keçirdiyini, bu hadisələrin iki xalq arasındakı dostluğu pozduğunu deyir. İrəvanda insanlar aclıqdan ölmək üzrə ikən Xəlil paşa Nuri paşaya xəbər göndərir ki, anbarlarda artıq buğda varsa, onlara verilsin. Maraqlıdır ki, o dönəmdə qatarla ermənilərə buğda göndərilir. Bunlar tarixdə olub, ancaq bu gün bölgə ölkələri arasında cərəyan edən proseslərə görə bu barədə danışılmır. Bu gün Ermənistan adlandırılan ərazi keçmişdə Rəvan xanlığı olub. Bu gün İrəvan adlandırılan torpağın əslində türklərə aid olduğunu, daha sonra ermənilərə verildiyini hamının bilməsi lazımdır. Qafqaz İslam Ordusu həm Çar Rusiyasının dağılmasından sonra yaranan bu xaosu və xalqların bir-birinə qarşı olan düşmənçilik mövqelərini aradan qaldırmaq, həm də bölgədəki xalqların dövlət qurmalarına kömək məqsədiylə yaradılmış bir hərbi təşkilat idi. Ona görə də sülhsevər olub, işğalçı siyasət güdməyib.

Ənvər paşa Turan idealının orada qurulan yeni dövlətlərin birliyi və həmrəyliyi ilə gerçəkləşəcəyini xəyal edirdi. Qafqaz İslam Ordusu Osmanlı imperiyasının Anadoluda təhlükəyə düşməsi halında o ordunun əsgərlərinin geri qayıdaraq Anadolunu xilas etməsi üçün yaradılmış ehtiyat ordusu idi. Ordu öz missiyasını o çərçivədə yerinə yetirib.

Anadoludakı milli mübarizənin nüvəsini Qafqaz İslam Ordusunun əsgərləri təşkil edirdi. Çünki Mudros sazişilə Osmanlı ordusu ləğv edilmiş və silahları əllərindən alınmışdı. 1919-cu ilin mayında başlayan milli mübarizə üçün ordusu ləğv edilmiş coğrafiyada orduya əsgər aparmaq mümkün olmadığından, Qafqaz İslam Ordusunun Anadoluya qayıtması ilə milli mübarizə silahlı qüvvələrinin təməli də yaradılıb. Almanlar və ingilislər Qafqaz İslam Ordusuna qarşı çıxdıqlarından, almanların təqib edə bilməməsi üçün ordu Gürcüstandan Azərbaycana keçəndən sonra körpü partladılmışdı. Bu, Birinci Dünya Müharibəsində almanlarla türklərin arasındakı ittifaqın nə qədər könülsüz olduğunu göstərən  örnəklərdən biridir. Necə ki, 15 sentyabr 1918-də Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtı Bakıya girəndə Ənvər paşa İstanbuldakı Baş Qərargahdan Nuri paşaya teleqram göndərərək, dərhal əməliyyata son qoyulmasını istəyib. Gecə isə öz evindən Qafqaz İslam Ordusunun komandanı Nuri paşaya göndərdiyi teleqramda bu uğura görə onu təbrik edir, Azərbaycanın müstəqilliyini böyük məmnuniyyətlə qarşıladığını, artıq Azərbaycan Türk Cümhuriyyətinin qurulmuş olduğunu, Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əliağa Şıxlinskini  təbrik etdiyini və Qafqazda müttəfiq bir dövlətin yarandığını yazıb. İki teleqram arasındakı paradoks o dönəmin taktika savaşlarının necə davam etdiyini aydın göstərir.

Qafqaz İslam Ordusunun Bakını azad etməsindən 12 gün əvvəl - sentyabrın 3-də orada sayı kifayət qədər olan ingilis ordusu Qafqaz İslam Ordusu ilə savaşa girməmək üçün Bakıdan İrana tərəf geri çəkilir. Orta Şərqdə neftə sahib olmaq məqsədiylə Birinci Dünya Savaşını gizli şəkildə planlaşdıraraq başladan ingilislər eyni şəkildə Azərbaycan neftinə də sahib olmaq üçün Bakıda idilər. 31 oktyabrda Mudros sazişinin imzalanmasına və Osmanlının təslim olmasına baxmayaraq, Qafqaz İslam Ordusu əməliyyatlara davam edir. 5 noyabrda Dərbənd, 7 noyabrda isə Mahaçqala alınır. Lakin daha əvvəl də demişdik, bu, rəsmiyyətdə olmayan bir ordu idi, orada savaşarkən şəhid olan əsgərlərin ailələrinə daha sonra maaş verilə bilmirdilər, çünki leqal ordu deyildi.

- Bəziləri Osmanlı ordusunun Bakı küçələrindəki zəfər paradını “Turan idealının zirvə nöqtəsi” kimi qiymətləndirir. Nuri paşanın şimaldan, ərzurumlu Mürsəl paşanın (İstiqlal savaşı qəhrəmanlarından və Atatürkün istəyi ilə Bakü soyadını almış general) cənubdan Bakıya daxil olmalarından sonra Əhməd Cavad o tarixi zəfərin şərəfinə “Bismillah” şeirini yazıb. Hər şeyə Mudros sazişi əngəl oldu?

- Sultan Mehmet Rəşad vəfat edəndən sonra taxta Vəhdəddin çıxdı. O, Ənvər paşanın lideri olduğu İttihad və Tərəqqinin kadrlarından çox başqalarına inanırdı. 1918-ci ilin axırında Ənvər paşa müdafiə naziri kimi qalsa da, baş komandan əvəzi statusunu itirmişdi, bu vəzifəni Sultan Vəhdəddin icra edirdi. Ənvər paşa sazişin daha gec imzalanması üçün müqavimət göstərirdi. Onun planına görə, Mudros sazişi dekabrda və ya 1919-cu ilin yanvarında imzalansaydı, Qafqaz İslam Ordusu Həştərxana çatacaq və Orta Asiyaya gedən yol açılacaqdı. Anadoludakı mübarizəyə Orta Asiyadan yeni qüvvələr o yoldan keçərək qatıla biləcəkdi. Ənvər paşanın Turan xəyalı var, ancaq o, Turan xəyalını  əslində İttihadi-İslam üçün düşünən bir adamdır. Osmanlı ordusunun məğlub olaraq geri çəkilməsinə dair bədbin xəbərlərin gəldiyi dönəmdə Qafqaz İslam Ordusunun qazandığı zəfərlərin son dərəcə böyük mənası vardı. Ona görə də, başda Azərbaycan türklərinin müstəqil dövlət qurması olmaqla, Qafqaz xalqlarının da müstəqil olmaları İstanbulda razılıqla qarşılanırdı.

Ancaq Ənvər paşanın arzusu gerçəkləşmədi, çünki Osmanlı erkən təslim oldu. Osmanlının təslim olması Qafqazdakı xalqların müstəqil dövlətlərini qoruma cəhdlərinə mənfi təsir göstərdi. Buna baxmayaraq, Ənvər paşanın Almaniyada qalmayıb Rusiyadan Bakıya gedərək orada şərq xalqlarının qurultayını çağırması, Anadoludakı mübarizəyə dəstək verməsi və Orta Asiyadakı türkləri təkrar bir çətir altında toplamaq cəhdləri o dönəmin şəraitində son dərəcə önəmlidir. Ənvər paşa hərbi və siyasi mənada bir dahidir, ancaq ona “Bəxti gətirməyən dahi” deyə bilərik. Çünki Napoleon da demişdi ki, nə qədər böyük hərbçi və siyasətçi olsanız da, bəxtiniz gətirmirsə, heç bir şey edə bilməzsiniz. Ənvər paşa o vəziyyətdə çox böyük işlər görmüş hərbçi və siyasətçidir. Əhməd Cavad kimi bir şairin Qafqaz İslam Ordusuna şeir həsr etməsi isə tarixi hadisə idi. O, 1912-1913-cü illərdəki Balkan müharibəsi vaxtı İstanbula gələrək müharibəyə getmək istəyib. "Çırpınırdın Qara dəniz” şeirini o vaxt yazıb, Nuri paşa Bakını azad edəndən sonra o şeirə mahnı bəstələnib.

- Qafqaz İslam Ordusunun fəaliyyətilə bağlı gördüyünüz işlər barədə oxucularımıza hansı məlumatları vermək istərdiniz? Bundan sonrakı planlarınız nələrdir?

- Unutmadan bunu deyim, son cümlə kimi bunu yazarsınız: Osmanlı imperiyası tarix səhnəsindən çəkilərkən belə, zülmə məruz qalan xalqların üfüqünü işıqlandırırdı. Mən 2009-2010-cu illərdə Qafqaz İslam Ordusu ilə bağlı 5 hissədən ibarət sənədli film çəkmişəm. Türkiyənin bir çox telekanalında göstərildi, hələ də göstərilir. Orada rəsmi tarixlə qeyri-rəsmi tarixin sintezini yaratmışam. Filmdə o günlərdə danışılmağa cəsarət edilməyən bir çox şey barədə danışmışıq. Gələn il Azərbaycan Cumhuriyyətinin 100-cü ilidir. Heç birimiz tarixdə yaşadıqlarımızdan utanmamalıyıq. Tarixdə yaşanmış hadisələr o millətlərin var olmasının ən önəmli mərhələləridir. Qələbələri və məğlubiyyətləriylə bir yerdə türklərin möhtəşəm tarixi var. Əlbəttə, tarixin səhifələrindən dərslər almalıyıq. 1914-1922- ci illərdə baş vermiş hadisələr olmasaydı, bu gün müstəqil Türkiyədən, sərhədləri müəyyənləşdirilmiş Azərbaycan Cümhuriyyətindən, hansı şərtlərdə olmalarından asılı olmayaraq, Şimali Qafqaz xalqlarından, Gürcüstan və Ermənistandan danışmağımız mümkün olmazdı. 1914-1922-ci illər arasında yaşanan hadisələr bu ölkələrin bugünkü statuslarını müəyyənləşdirib. Bu gün Qafqazdakı dövlətlər, muxtar respublikalar və vilayətlər öz varlıqlarını Osmanlı imperiyasının o dönəmdəki gənc idarəçilərinə borcludur. Bunu deməkdə bir problem görmürəm. 100-cü il münasibətiylə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan bəlkə Qafqazda sülhü bərqərar etmək üçün başlanğıc edə bilər. Bizim ölkədə Çanaqqala, Kutül-Amarə zəfərləri qeyd edilir. Normandiya hərəkatından sonra mətbuat konfransı keçirən general Eyzenhauerə jurnalistlər sual vermişdilər ki, bu qələbə kimə aiddir? ABŞ generalı deyir ki, ordunun qazandığı istənilən qələbə generaldan sıravi əsgərədək bir orduya aiddir. Mətbuat konfransı bitəndən sonra Eyzenhauer əlavə edib ki, məğlubiyyət kimə aid edilirsə, qələbə də onundur. Sarıqamış məğlubiyyətini Ənvər paşaya aid edənlər Çanaqqala, Kutül-Amarə qələbələrini niyə ona aid etmirlər?..



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ