Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus aşıb.
Baki-xeber.com-un RİA “Novosti”-yə istinadən xəbərinə görə, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb. Xəbərə görə, avtobus Nijni Novoqoroddan Bakıya gəlirmiş.
Bu arada Rusiya FHN Kalmıkiyada qəzaya uğramış azərbaycanlıların vəziyyəti ilə bağlı açıqlama yayıb. Kalmıkiyanın Fövqəladə Xidmət nümayəndələrinin “Trend”ə verdiyi məlumata görə, Çernozemelsk rayonunda qəzaya uğrayan Azərbaycan vətəndaşları Komsomolsk qəsəbəsində xəstəxanaya yerləşdirilib. Məlumatda o da bildirilir ki, xəsarət alanların həyati təhlükəsi yoxdur. Xəsarət alan qadınlardan birinin hamilə olduğu bildirilib.
Qəzanın baş vermə səbəbləri hələlik bəlli deyil.