İyunun 15-də Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apelyasiya şikayəti verib. Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı verilən apellyasiya şikayətinin müsbət həll olunacağına ümid edir.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında Ali Məhkəmə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib.