ABŞ-ın Boston şəhərində ermənilər işğal etdikləri Dağlıq Qarabağın minalardan təmizlənməsi işində Britaniyanın “The HALO Trust” qeyri-hökumət təşkilatına maliyyə dəstəyi göstərilməsi məqsədilə xeyriyyə tədbiri keçirib.
Baki-xeber.com-un erməni saytlarına istinadən xəbərinə görə, tədbirdə qondarma “DQR”-in ABŞ-dakı “daimi nümayəndəsi” Robert Avetisyan da iştirak edib. Xeyriyyə vəsaitinin toplanması işinin təşilatçısı isə erməni xeyriyyəçisi və “Hayastan” ümumerməni fondunun keçmiş ABŞ təmsilçisi Raffi Festekçyan olub.
Beləliklə, ermənilər Azərbaycan torpaqlarını işğal edərkən əraziydə basdırdıqları minaları zərərsizləşdirmək üçün xaricdə vəsait toplamağa başlayıb.